nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | “Dini dəyərlərin təbliği düzgün aparılmalıdır” - Səyavuş Heydərov Adalet.az | “Dini dəyərlərin təbliği düzgün aparılmalıdır” - Səyavuş Heydərov Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

“Dini dəyərlərin təbliği düzgün aparılmalıdır” - Səyavuş Heydərov

6232    |   2019-08-29 17:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Nəsimi Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə "Dini mərasimlər: ənənəvilik və müasirlik” mövzusunda seminar-müşavirə keçirilib.

Qurumdan verilən məlumata görə, rayon hüquq-mühafizə orqanlarının rəhbərləri, İcra Hakimiyyətinin nümayəndələri, ağsaqqallar, din xadimləri, dindarlar və gənclərin iştirak etdiyi tədbirdə əvvəlcə DQİDK-nın tabeliyində yaradılmış Mənəvi Dəyərlərin Təbliği Fondunun sifarişi ilə çəkilmiş "Heydər Əliyev: dəyərlərimizin xilaskarı” sənədli filmi nümayiş olunub.

Daha sonra çıxış edən RİH başçısının birinci müavini Gülarə Verdiyeva rayondakı dini durum barədə məlumat verib və qeyd edib ki, Nəsimi rayonunda 3 məscid fəaliyyət göstərir. Gülarə Verdiyeva, eyni zamanda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dini maarifləndirmə sahəsindəki fəaliyyətini yüksək qiymələndirib.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov DQİDK tərəfindən maarifləndirmə məqsədilə paytaxtda və bölgələrdə ardıcıl olaraq dəyirmi masalar və konfransların keçirildiyini qeyd edərək vurğulayıb ki, bu tədbirlərin keçirilməsində əsas məqsəd dövlət-din münasibətlərinin, ölkəmizin tolerantlıq ənənələrinin, mənəvi dəyərlərinin qorunması və daha da inkişaf etdirilməsidir. Sədr müavininin sözlərinə görə, radikal dini cərəyanların yayılması cəhdlərinin qarşısının alınması üçün cəmiyyətdə, xüsusilə gənclər arasında milli-mənəvi, o cümlədən dini dəyərlərin təbliği düzgün aparılmalıdır.

Dövlətin dinə qayğısından da bəhs edən Səyavuş Heydərov deyib ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan mənəvi dəyərlərimizə dövlət qayğısı siyasəti bu gün ölkə başçımız cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. "Din xadimlərinə maddi dəstəyin verilməsi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən ibadət yerlərinin tikintisi və əsaslı təmiri ölkə rəhbərliyinin dinə və dindarlara qayğısının bariz nümunəsidir”,-deyə sədr müavini əlavə edib.

Səyavuş Heydərov bildirib ki, ən qədim sivilizasiya mərkəzlərindən biri olan Azərbaycan müxtəlif millətlərin və dinlərin sülh şəraitində birgə yaşayışı baxımından dünyaya nümunədir. Bəzi dairələr tərəfindən respublikamızda ictimai-siyasi və dini sabitliyin pozulmasına, eləcə də yad dini ideologiyaların ölkəmizə ixrac edilməsinə müəyyən cəhdlərin edildiyini diqqətə çatdıran natiq bu kimi mənfi halların qarşısının qətiyyətlə alındığını söyləyib.

Natiq xurafat, dini ekstremizm və radikalizmlə mübarizədə dini icmaları, din xadimlərini fəal olmağa çağırıb və eyni zamanda qarşıdan gələn Məhərrəm ayı ilə əlaqədar tövsiyələrini verib.




İmza:

“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Azərbaycanda bu kənddə kəskin bronxit və suçiçəyi yayılıb

Bakı polisi "Əsgərə salam" aksiyasına qoşuldu

Türkanlıların avtobus problemi: “Axşam saatlarında sakinlər taksilərə möhtac qalır”

Nazirlik: Azərbaycanda taxıl qıtlığı gözlənilmir

“İnsanlarımızda intellekt qıtlığı var...” - SORĞU

Dövlət Komitəsi məcburi köçkün yataqxanalarındakı yanğınlarla bağlı məlumat yayıb

“Azerçay” Moskvada təşkil edilmiş Beynəlxalq sərgidə iştirak edib

Naxçıvan Qarnizonu Qoşunlarında taktiki-xüsusi təlim keçirilib - VİDEO

Naxçıvanda qanunsuz yaşayan 35 əcnəbi aşkarlanıb

Faiq QİSMƏTOĞLU: AVTOXULİQAN

BNA: "Sədərək"dəki yanğın 10 marşrutun hərəkətinə mane oldu

SON XƏBƏRLƏR
2020-02-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK