nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Ata və oğul iki qardaşı bıçaqladı - TƏFƏRRÜAT Adalet.az | Ata və oğul iki qardaşı bıçaqladı - TƏFƏRRÜAT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Ata və oğul iki qardaşı bıçaqladı - TƏFƏRRÜAT

14071    |   2019-08-29 15:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakıda iki qardaşı öldürməyə cəhd etməkdə təqsirli bilinən Ağdam rayon sakinləri Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Adalet.az ölkə.az-a istinadənxəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Telman Hüseynovun sədrliyi ilə keçiriləcək növbəti məhkəmə prosesi sentyabr ayının 9-na təyin olunub.

İttihama görə, Mübariz Əzimov və Ruslan Əzimov Xətai rayonu ərazisində Eltən Rüstəmov və onun qardaşı Elçinlə şəxsi münasibətlər zəminində mübahisə ediblər.

Pul borcu üstündə yaranan mübahisə sonda davaya çevrilib. Ata və oğul hər iki qardaşa çoxsaylı bıçaq zərbələri vurublar.

Hər iki yaralıya xəstəxanada vaxtında tibbi yardım göstərildiyi üçün həyatlarını xilas etmək mümkün olub.
Cinayəti törədən ata və oğul könüllü polisə təslim olublar.

İstintaq orqanı tərəfindən Mübariz Əzimov və onun oğlu Ruslan Əzimovun barəsində Cinayət Məcəlləsinin 29,120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.




İmza:
SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK