Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Azercell"in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı Adalet.az | "Azercell"in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

"Azercell"in yay boyu davam edən “Rəqəmsal Dünya Bölgələrdə” layihəsi Gəncədə yekunlaşdı

2792    |   2019-08-27 14:10
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanın lider mobil operatoru "Azercell Telekom"un iyul ayından başlayaraq "Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında ölkəmizin müxtəlif regionlarında həyata keçirdiyi layihə öz yekun sədasını avqustun 26-da qədim paytaxtımız Gəncə şəhərindən yayımladı.

Xatırladaq ki, bütün Azərbaycanı yeni bağlantı erasına hazırlayan "Azercell Telekom" özünün 4G şəbəkəsini gücləndirərək və genişləndirərək son yarım ildə ölkə əhalisini əhatəsində 86.2%, coğrafi ərazi əhatə dairəsində isə 61.4% yüksəlişə nail oldu. Həmçinin, gündəlik LTE data istifadəsində 49.6%, LTE yükləmə və ötürmə sürətində isə 16%-dək yüksəliş qeydə alınıb. Hazırda Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsi "Azercell"in 4G şəbəkəsinin əhatə dairəsində olub və bu rəqəm gündən-günə yüksəlməkdə davam edəcək.

Əsas hədəfi fəaliyyət göstərdiyi sahədə meydana gələn texnoloji trendləri hamı üçün əlçatan etmək olan "Azercell Telekom" iyul ayının 29-dan etibarən Gəncə də daxil olmaqla Naxçıvan, Ordubad, Şərur, Quba, Qusar, Xaçmaz, Sumqayıt, İsmayıllı, Şamaxı, Qəbələ, Göyçay, Şəki, Zaqatala, Bərdə, Cocuq Mərcanlı kəndi, Mingəçevir, Yevlax, Lənkəran, Qazax, Tovuz, Şəmkir bölgələrində baş tutan "Rəqəmsal Dünya Bölgələrdə” layihəsi çərçivəsində keçirilən tədbirlərdə 130 000-ə yaxın insanı bir araya topladı.

Digər bölgələrdə olduğu kimi, Gəncədə də keçirilən əyləncəli tədbir öz ətrafına 20 000-dən çox şəhər sakinini topladı. Əhali tərəfindən böyük maraqla qarşılanan tədbirlərdə müasir interaktiv əyləncələr və intellektual oyunlar geniş yer aldı. Bununla yanaşı, budəfəki tədbirə İnnovasiyalar Agentliyinin startapçısı, "CustomAR” şirkətindən Fərid Davudov "Yüksəklik” oyunu ilə qatıldı. Təşkil edilən müsabiqə və oyunların iştirakçılarına "Azercell" tərəfindən müxtəlif hədiyyələr təqdim edildi. Layihə çərçivəsində iştirakçılar mobil qurğuların texniki imkanları, texnoloji yeniliklərin insan həyatını necə rahatlaşdıra biləcəyi haqda məlumatlandırılıdı.

Qeyd edək ki, axşam saatlarında keçirilən genişmiqyaslı əyləncəli proqramla yanaşı, bu səfər də cəmiyyətə qayğı və sosial məsuliyyəti hədəf tutaraq ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə yerləşən SOS Uşaq Kəndi, qaçqın və məcburi köçkün düşərgələri, eləcə də, Gəncə şəhər Uşaq Evinin sakinlərini əhatə etdi. Belə ki, "Azercell"in dəstəyilə fəaliyyət göstərən "Mobil Göz” və "Mobil Diş” klinikaları Gəncə SOS Uşaq Kəndində 70-dən çox uşağı müayinədən keçirmiş və ilkin müalicələr aparmışlar.

Kəndin balaca sakinlərinə, həmçinin, "Azercell"dən məktəb ləvazimatları və hədiyyələr də paylanmışdır.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə yaradılan "Regional İnkişaf" İctimai Birliyi ilə birgə "Azercell"in nümayəndə heyəti, həm də, Gəncədə məskunlaşan Xocalı və Kəlbəcərdən olan məcburi köçkün ailələrini də ziyarət etmiş, onlara da öz hədiyyələrini təqdim etmişdir. Layihənin sosial məsuliyyət təşəbbüsləri Gəncədə yerləşən Uşaq Evini də əhatə edərək, yeni tədris ili ərəfəsində 70 uşağı yeni məktəb ləvazimatları ilə sevindirdi.

Beləliklə, ölkənin ikinci ən böyük şəhəri olan Gəncədə keçirilən tədbirlə mobil operator müxtəlif regionlarda Azərbaycan əhalisinin rəqəmsal dünyanın yenilikləri ilə tanış olmasına, isti yay aylarında innovativ həllər vasitəsilə əyləndirilməsinə və sosial qayğıya ehtiyacı olan sakinkərin rifahının yüksəldilməsinə yönəlik tədbirlər silsiləsinə yekun vurmuş oldu.




İmza:

“Umico” ilə alış-veriş edərək “Azercell” nömrənizin balansını artırın

Bakcell və ASAN könüllüləri növbəti dəfə uşaqları sevindiriblər

“Bakcell” LTE şəbəkəsi üzrə Azərbaycanda ən böyük layihəni həyata keçirib

“Azercell”in dəstəklədiyi “Uşaq Qaynar Xətti”nə yayda 1547 müraciət daxil olub

"Apple" yeni "iPhone" modellərini təqdim edib

Azercell “ITU Telecom World 2019” beynəlxalq sərgisində innovativ xidmətlərini təqdim edir

Biznesinizi Azercell-in köməyi ilə daim müştərilərinizə bağlı saxlayın

"Facebook" "like"ları göstərməyəcək

Azercell korporativ müştəriləri üçün yeni “Biznesim İnternet Xətti” xidmətini təqdim edir

Bakıda M.A.P. Beynəlxalq Teatr Festivalı keçiriləcək - VİDEO

Helikopteri saatda 600 km sürətlə uçurtmağın üsulu tapıldı

"Instagram"da yeni messencer müjdəsi: maraqlı yeniliklər olacaq

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK