Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Məşhur turizm şirkətinə ağır ittiham: 20-dən çox ailəni aldatdılar - Polis araşdırmaya başladı Adalet.az | Məşhur turizm şirkətinə ağır ittiham: 20-dən çox ailəni aldatdılar - Polis araşdırmaya başladı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Məşhur turizm şirkətinə ağır ittiham: 20-dən çox ailəni aldatdılar - Polis araşdırmaya başladı

2805    |   2019-08-27 12:23
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda fəaliyyət göstərən məşhur turizm şirkətlərindən birinin insanları aldatdığına dair iddia irəli sürülüb.

İddia ilə sosial şəbəkə istifadəçisi Leyla Məmmədli çıxış edib.

Onun sözlərinə görə,"InTravel.Az" saytından Antalyaya tətilə getmək üçün turpaketalıb, lakin hava limanında aldadıldığı məlum olub.

L.Məmmədli deyir ki, Heydər Əliyev Beynəlxalq Hava Limanında ona nə biletinin olduğu, nə də adına hotel bron edildiyi bildirilib.

Sosial şəbəkə istifadəçisinin iddiasına görə, 20-dən çox ailə həmin turizm şirkətinin dələduzluğundan əziyyət çəkir.

Oxu.Az-ın əməkdaşı məsələ ilə bağlı sözügedən şirkətlə əlaqə saxlayıb. Şirkətin meneceri Zahir Mahmudov saytımıza açıqlamasındaməsələdən xəbərdar olduqlarını vurğulayıb:

"Şirkətimizin Nərgiz Məmmədova adlı satış meneceri bir müddət əvvəl səhhətindəyaranan problemə görə işdən icazə alıb. O, daimi müştərilərin etibarından sui-istifadə edərək onlarasaxta sənəd verib, biletlər satıb. Sadəcə, bizim şirkətin deyil, başqa şirkətlərin də adından saxta sənədlər verilib. Nərgiz Məmmədova bu yolla təxminən 20-yə yaxın ailəni aldadıb".

Z.Mahmudov qeyd edib ki, məsələ barədə hüquq-mühafizə orqanlarına müraciət edilib.

Nəsimi Rayon Polis İdarəsindən isə bildirilib ki, hazırda işlə bağlı araşdırma aparılır.




İmza:

BNA-dan küləkli hava ilə bağlı sərnişinlərə müraciət

XALİD KAZIMLI BAKIDAKI ERMƏNİLƏRİN XƏTRİNƏ DƏYİR

Nizami Cəfərov "Şöhrət" ordeni ilə təltif edildi

İlham Əliyev Mehriban İmanovanı Elmin İnkişafı Fondunun icraçı direktoru təyin edib

“AzerGold” rəhbərliyi Tacikistan nümayəndə heyəti ilə görüşdü

APARICILAR GÜL VURUR EY!

İlham Əliyev Neftçilər günü münasibətilə keçirilən mərasimdə

8 minədək uşaq sosial xidmətlərlə təmin olunur

Bakıda bir neçə polis bölmə və şöbələrinə TƏYİNATLAR olub

Qətlə yetirilmiş polis anasından Prezidentə məktub: "Bu ağır cinayətin üstünü ört-basdır etmək bu qədərmi asandır?"

Uşaqlar DYP postunda “xidmət” apardılar - FOTO

Fuad Qəhrəmanlıdan qızına mesaj: “Allah bəlanı versin” - SƏS YAZISI

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK