nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Cəlilabadda naməlum şəxslər evləri daşlayır: Sakinlər qorxu içindədir Adalet.az | Cəlilabadda naməlum şəxslər evləri daşlayır: Sakinlər qorxu içindədir Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Cəlilabadda naməlum şəxslər evləri daşlayır: Sakinlər qorxu içindədir

4457    |   2019-08-27 10:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cəlilabad rayonunun Petrovka adlanan yaşayış məntəqəsində naməlum şəxslər həyətyanı evləri daşa basır, insanları qorxudurlar.

Bu barədə Azvision.az -a yerli sakinlər məlumat veriblər. Bildirilib ki, anoloji hadisə hər gün axşam saatlarında baş verir. Evləri daşa basan şəxsləri tapmaq mümkün olmayıb.

Cəlilabad rayon sakini Qızqayıt Şükürovanın sözlərinə görə, atılan daşlar evlərin pəncərələrinin sınmasına səbəb olur.

"Artıq iki ildir ki, evlərimiz naməlum şəxlər tərəfindən daşlanır. Sonuncu dəfə anoloji hal dünən gecə saatlarında baş verib”.

Q.Şükürova qeyd edib ki, Petrovkada yaşayan sakinlər hər gecəni təşviş içində keçirirlər: "Bunu kimlərin etdiyini bilmirik. Əsasən evlərin damına və pəncərələrə daş atırlar. Gecə olan kimi başlayırlar. Dünən bizim evimizi axşam saat 10-dan gecə 3-ə kimi daşladılar. Bunu edən şəxsləri heç kim tapa bilmir və daşların hansı istiqamətdən atıldığını da müəyyənləşdirə bilmirik. Qonşuların evləri növbə ilə daşlanır. Bu barədə polisə məlumat vermişik, gəlib izahat alıb gediblər. Artıq iki ildir ki, Cəlilabadın müxtəlif yerlərində Məhərrəmlik ayı ərəfəsi eyni hal yaşanır. Hamımız qorxu içindəyik, nə edəcəyimizi bilmirik”.



İmza:
SON XƏBƏRLƏR
2020-02-25
2020-02-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK