nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Müdafiə Nazirliyi FHN-in əməkdaşlarını təltif edib Adalet.az | Müdafiə Nazirliyi FHN-in əməkdaşlarını təltif edib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Müdafiə Nazirliyi FHN-in əməkdaşlarını təltif edib

3805    |   2019-08-26 17:18
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Fövqəladə Hallar Nazirliyində FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin bir qrup əməkdaşının təltifetmə mərasimi keçirilib.

FHN-dən Adalet.az-a verilən məlumata görə, mərasimdə Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev və Müdafiə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov iştirak edib.

Qeyd edək ki, FHN Xüsusi Riskli Xilasetmə Xidmətinin hərbi qulluqçuları bu ilin 24 iyulunda qəzaya uğramış Müdafiə Nazirliyinin Hərbi Hava Qüvvələrinə məxsus "MiQ-29” təyyarəsinin pilotunun nəşi və təyyarənin qalıqlarının axtarış-xilasetmə əməliyyatlarında qarşıya qoyulmuş tapşırıqların yerinə yetirilməsi işində yüksək peşəkarlıq, bacarıq və fədakarlıq göstərərək fərqləndiklərinə görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinə əsasən fəxri fərmanla təltif edilib, qiymətli hədiyyələrlə mükafatlandırılıblar.

Mərasimdə çıxış edən Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev "MiQ-29” hərbi təyyarəsinin pilotunun həlak olmasını təkcə Müdafiə Nazirliyi deyil, dövlət və xalq üçün böyük itki olduğunu vurğulayıb. Bildirib ki, FHN-in əməkdasları qəza axtarış-xilasetmə əməliyyatlarında iştirak edərək öz vəzifə borclarını yerinə yetiriblər. Nazir müavini XRXX-nin əməliyyatlarda fərqlənmiş hərbi qulluqçularının MN tərəfindən təltif edilməsini böyük diqqət adlandırıb və minnətdarlığını bildirib.

Sonra FHN XRXX-nin 11 nəfər əməkdaşına fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib. Fövqəladə Hallar nazirinin müavini general-leytenant Etibar Mirzəyev də Müdafiə Nazirliyinin xüsusi mükafatı ilə təltif edilib.



İmza:

BU KİTABXANA AQİL ABBASIN FÜZULİYƏ VƏ BAYATA HƏDİYYƏSİDİ

Baş Prokurorluq deputatlığa namizədin vəkilinin ölümü ilə bağlı məlumat yaydı - VİDEO

Şəhid kursantların anım günüdür - İmarət Qərvəndin müdafiəçiləri

Erkin Qədirli: Məni söyməyi bitirəndə xəbər edin

BŞİH müxalifətin mitinq keçirməsinə razılıq verdi

Bir obanın yurd həsrəti - Malıbəyli və Quşçular kəndlərinin işğal günüdür

Miqrasiya Xidmətində Milli Fəaliyyət Planı müzakirə edildi - FOTO

Hadı Rəcəblinin lider olduğu dairədə nəticələr ləğv edildi

İlham Əliyev: Bərpa olunan enerji növləri Azərbaycanda inkişaf edəcək, bu inkişaf geniş vüsət alacaq

İlham Əliyev Kürdəmirdə körpələr evi-uşaq bağçasının tikintisinə 3 milyon manat ayırıb

MSK: Videoda öldüyü deyilən qadın ölməyib

Azərbaycan meşə yanğınlarına görə Avstraliyaya maliyyə yardımı etdi

Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub

Neftçalanın icra başçısı vəzifəsindən azad edilib - SƏRƏNCAM

DMX yanında Məşvərət Şurasının iclası keçirilib

Ölən şəxsin daxili orqanlarının çıxarılması xəbəri yalandır - RƏSMİ

Türkiyə XİN Almaniyadakı hücuma etirazını bildirdi

Azərbaycanda daha bir yol polisi postu köçürüldü - RƏSMİ

DTX Neftçala İcra Hakimiyyətindəki əməliyyatla bağlı məlumat yaydı

DTX Mingəçevirdə tədbir keçirdi

Gömrük Komitəsi: "İranda koronavirus təhlükəsinə görə sərhəddə..."

Xocalı soyqırımının ildönümü ilə bağlı "Tədbirlər Planı” təsdiqlənib

SON XƏBƏRLƏR
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.47%)
Pullsuz (10.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK