nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | Qadına əl qaldıran kişi potensial qatildir - Eminquey yazır Adalet.az | Qadına əl qaldıran kişi potensial qatildir - Eminquey yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Qadına əl qaldıran kişi potensial qatildir - Eminquey yazır

20374    |   2019-08-26 15:40
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nadir Qafarzadə bir qələt eləyib deyib ki, "yaxşı arvadın başını kəsməzlər”. Mən razı. Və heç Nadirin başı üçün də deyil ki, dediklərini öz yoldaşına tətbiq etsin. Ən azı teatrı bağlatdırıb yoldaşına konsert verən adamdır. Ki, bu gün onu yıxıb-sürüyən adamlar həmin vaxtlar da lağ-lağaya qoymuşdular. Bəs, Nadir arvadından qorxur, Nadir arvadının önündə əyilib mahnı oxuyur. O necə kişidir və sairə və ilaxır. Ona görə də mənə cəmiyyətin təpkisi maraqlı deyil. Cəmiyyətin belə şeylərdə adekvat davranmadığını, ingilis bayrağı kimi ora da əsdiyini, bura da əsdiyini gözəl bilirəm.

Burada bir maraqlı məqam var. Mən əminəm ki, Nadir o fikri deyəndə düşünməyib. Sadəcə olaraq, "əsl Azərbaycan kişisi” damarına salıb deyib. Guya əsl Azərbaycan kişisi belə olmur?

Bir az səmim olaq, bəylər və xanımlar. Siz də yaxşı bilirsiniz ki, həmişə ailədə kişi hegemonluğu, kişi yumruğu təbliğ olunub. Həmişə bizə belə bir yalanı həqiqət kimi soxuşdurublar. Ki, arvad kişidən qorxmalıdır. Arvad kişinin köləsidir. Kölə də belə olur da. İstədiyin vaxt nə istəyirsən elə. Yat, ayaqlarını yudurt, qışqır, lap başını da kəs.

Əgər qadına olan şiddətə qarşısınızsa, bir şeyi mütləq edin. Youtube-da meyxanalara qulaq asın. "O nə evdü, vəziyyətə arvad baxır” kimi bir qafiyənin içində siz dedikləriniz dolayısı yolla camaata ötürülür. Şəxsən mən neçə vaxtdır bununla məşğulam. Və mənə bir şey agah oldu. Qadına qarşı bu cür aqressiya bizim kimi cəmiyyətlərdə ən ümdə amaldır, məqsəddir.

Qadına əl qaldıran kişi potensial qatildir, qadası.

Ərindən boşana bilməyən qadın potensial xəyanətkardır, başına dönüm.

Bizim qadının kişiyə, kişinin qadına xəyanətinə lətifə halında gülən millətik. Xəbərin içində olan bir adam kimi gündə neçə-neçə belə xəbərlər oxuyuram. Qohumda, qonşuda nə qədər belə hadisələr baş verir.

Məsələn, dəfələrlə rast gəlmişəm ki, qadın ərinə onunla yaşaya bilmədiyini, boşanmaq istədiyini deyir, amma kişi boşanmır. Qadın həm ailəsinin onu qəbul etməyəcəyini bilir, həm də bilir ki, əgər boşansa tək yaşamağa nə evi var, nə də özünü saxlayası durumu. Bunun üstünə cəmiyyətin "boşanmış qadın” damğası gəldimi, vəssalam, qadın boşanmaqdan vaz keçir.

Bu durumda qadının xəyanətə əl atması əksər hallarda qaçılmazdır. Və şəxsən mən belə qadınları xəyanətdə qınamıram. Bir qadını ki, 18 yaşında ərə verirlər və o 25 yaşında ayılır ki, bu adam onun ömür sürə biləcəyi adam deyil, o qadına necə haqq qazandırmaya bilərsən? Ömür boyu kölə kimi, özü öz ayaqları üstündə dura bilməyən bir qadın yetişdirən anaların, ataların bu gün tökdüyü göz yaşları faydasızdır. Qızına "boşanıb üstümüzə qayıtma” deyən atanın, ananın sabahsı qızının kəsilən başını qucaqlayıb ağlaması mənə səmimi gəlmir.

Bu gün oğlunun lüt gəzməsilə fəxr edən atadan nə gözləmək olar? Hə, oğlan uşağıdır, ona hər şey olar. Qoy millət görsün ki, oğlunun filan şeyi var. Qoy oğlan uşağıdır, nə istəyir eləsin. Niyə?

Bunu Nadir deməsin, kim deyir desin, "əsl Azərbaycan kişisi” lazım gəldikdə, qadın başı kəsməyi də bacarmalıdır. "Əsl Azərbaycan qadını” lazım gəlsə, özü başını ərinə kəsilməkçün həvalə etməlidir.

Hə, təəssüf ki həqiqət acı olur…

Qızlarınıza oğullarınız kimi öz ayaqları üstündə durmağı öyrədin. Əl çəkin boşanmış qadınlara yuxarıdan aşağı baxmaqdan. Əl çəkin qadınları köləniz kimi görməkdən. Əl çəkin "əsl Azərbaycan kişisi” adı ilə manqurtlar yetişdirməkdən.



İmza:Eminquey

Deputatların heç birində koronavirus aşkarlanmadı - RƏSMİ

Türkiyədəki azərbaycanlı tələbələr dövlətə aid yataqxanalardan çıxarılmayıb - Erkan Özoral

Koronavirus səbəbindən bəşəriyyətin yarısı karantindədir

İlham Əliyev koronavirusa görə karantin üçün hotellərini ayıran iş adamlarına təşəkkür etdi

Dövlət başçısı: “Yaşı 65-dən yuxarı insanlar evdə oturmalıdırlar. Vəssalam, birmənalı şəkildə!”

Azərbaycan Afrika İttifaqı Komissiyasına 20 min dollar yardım edib

İlham Əliyev və Mehriban Əliyeva Bakıda tibb müəssisəsinin açılışında - YENİLƏNİB

Bakıda qadın vəhşicəsinə döyüldü: Polis araşdırmalara başladı

Çinin dövlət müşaviri: Koronavirusla mübarizədə Azərbaycana yardım göstərməyə hazırıq

Cəlilabadda polisi güllələyən şəxs həbs edildi - RƏSMİ

YAZARIN ARXİVİ

SON XƏBƏRLƏR
2020-04-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir adam xoşbəxtcəsinə dostuna deyir ki,

indiyədək həyatımda koronavirus kimi məni sevindirən bir hadisə olmamışdı:

- Arvad artıq səyahətə getmək istəmir!

-Artıq heç bir şey satın almır, çünki hər şey Çindən gəlir.

- Alış-veriş mərkəzlərinə də getmir ki, oralarda qələbəlikdi.

- Bütün günü də ağzına maska taxıb danışmır.

Bu virus deyil ey, Allahın mənə bir lütfüdü, kefdəyəm.





digər lətifələr
ARXİV
FACEBOOK