nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Leyla Əliyeva retro avtomobildə - FOTO Adalet.az | Leyla Əliyeva retro avtomobildə - FOTO Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏDƏNİYYƏT

Leyla Əliyeva retro avtomobildə - FOTO

30942    |   2019-08-26 10:55
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisi təşkil olunub.

AZƏRTACxəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşdə 1980-ci ilədək istehsal olunmuş avtomobillər iştirak edib.

Onların arasında yürüş üçün qeydiyyatdan keçmiş şəxsi nəqliyyat vasitələri, eləcə də, Heydər Əliyev Mərkəzində nümayiş etdirilən klassik avtomobil sərgisinin eksponatları sırasında olan nəqliyyat vasitələri də yer alıb.

Heydər Əliyev Mərkəzinin qarşısından start götürən yürüşdə 100-dən çox klassik avtomobil iştirak edib.

Avtomobillər şəhərin müasirliklə qədimiliyin vəhdət təşkil etdiyi mərkəzi küçələri və prospektləri ilə yürüşdən sonra Heydər Əliyev Mərkəzinin parkında nümayiş olunub.

Yürüş-sərgidə "Ford Model A"(1930), "Fiat Balilla"(1933), "Mercedes Benz 220 B Cabrio"(1952), "Chevrolet Corvette"(1960), "Cadillac Eldorado"(1974), "VAZ 21011"– milis (1973), "Qaz 13"- Çayka (1975) və sair kimi nadir nümunələr iştirak edib.




İmza:
SON XƏBƏRLƏR
2020-02-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.47%)
Pullsuz (10.53%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK