hacklink Adalet.az | Böyük bacısı olan uşaqlar daha şanslıdır Adalet.az | Böyük bacısı olan uşaqlar daha şanslıdır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Böyük bacısı olan uşaqlar daha şanslıdır

8764    |   2019-08-26 10:07
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Böyük bacısı olan uşaqların danışıq bacarıqları böyük qardaşları olan uşaqlarla müqayisədə, daha yüksəkdir.

"Habertürk"xəbər verir ki, bu barədə Fransanın PSL Universitetinin apardığı araşdırmada deyilir.

Araşdırma çərçivəsində böyük bacısı, yaxud böyük qardaşı olan 1276 uşaq arasında danışıq testi keçirilib. Yaşları 2-6 arasında olan bu uşaqların dil bacarıqları üzrə inkişaf tempi 11 yaşına qədər öyrənilib.

Məlum olub ki, ailədə tək uşaq olanlar böyük qardaşı və böyük bacısı olanlara nisbətən daha yaxşı danışmaq bacarığına malikdirlər.

Böyük bacı və ya böyük qardaş amili nəzərə alınanda isə böyük bacısı olan uşaqların danışıq qabiliyyətləri daha yüksək səviyyədədir.

Bildirilir ki, ailədə tək uşaq olanlar valideynləri ilə daha çox vaxt keçirdiklərinə görə onlarda dil bacarıqları yüksək səviyyədə olur. Böyük bacıları olan uşaqların daha yaxşı danışmalarının səbəbi isə hələlik bilinmir.




İmza:
SON XƏBƏRLƏR
2019-11-16
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK