nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Bakıda mağazada keçmiş həyat yoldaşını döyən şəxs saxlanılıb Adalet.az | Bakıda mağazada keçmiş həyat yoldaşını döyən şəxs saxlanılıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda mağazada keçmiş həyat yoldaşını döyən şəxs saxlanılıb

12478    |   2019-08-26 10:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Binəqədi Rayon Polis İdarəsi 43-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri uğurlu əməliyyat-axtarış tədbiri nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar və xuliqanlıq hərəkətləri edən Beyləqan rayon sakini Məhəmməd Bayramov saxlanılıb.

Daxili İşlər Nazirliyi Mətbuat xidmətindən verilən məlumata görə, Binəqədi qəsəbəsində yerləşən mağazalardan birində işləyən M.Bayramovun keçmiş həyat yoldaşı Səfurə Bayramova polis bölməsinə şikayət edərək bildirib ki, iş yoldaşı Gülşən Rəsulova ilə obyektdə olan zaman ərinin hücumuna məruz qalıb. M.Bayramovun hər iki qadına qarşı fiziki güc tətbiq edib onlara xuliqanlıq zəmində xəsarət yetirməsi mağazanın müşahidə kameraları vasitəsilə lentə alınıb.

43-cü Polis Bölməsinə gətirilən M.Bayramovun ətrafında keçirilən əlavə əməliyyat tədbirləri ilə onun başqa cinayətlər törətdiyi də məlum olub. Araşdırma zamanı müəyyən edilib ki, həmin şəxs paytaxtın Nizami rayonunda Xəyal Qubadov adlı şəxsə məxsus "Niva” markalı avtomobilin qabaq qapısını açaraq nəqliyyat vasitəsinin salonundan 372 manat pul, avtomaşına aid sənədlər və 1 ədəd mobil telefonu da oğurlayıb. M.Bayramovun həmin avtomobilin salonunda oğurluq etməsi də təhlükəsizlik kameraları vasitəsilə görüntülənib.

M.Bayramov, həmçinin Binəqədi qəsəbəsi və Sabunçu rayonu Ramana qəsəbəsində müxtəlif vətəndaşlara məxsus 12 fərdi yaşayış evinə oğurluq niyyəti ilə daxil olaraq məişət əşyaları oğurladığı da sübuta yetirilib. Onun yaşadığı evə baxış zamanı oğurladığı əşyaların bir qismi polislər tərəfindən aşkar edilərək maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı toplanan materiallar Binəqədi RPİ-nin İstintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2020-02-24
2020-02-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK