ANA SƏHİFƏ / GÜNDƏM

Mərkəzi icra hakimiyyəti orqanları qarşısında yeni tapşırıq qoyuldu

4936    |   2019-08-26 09:46
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nazirlər Kabineti "Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair dövri hesabat forması”nı və "Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabat forması”nı təsdiq edib.

 Baş nazir Novruz Məmmədov tərəfindən imzalanan qərara əsasən, Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarına və dövlətə məxsus müəssisələrinə tapşırılıb ki, Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrin icrasına dair illik dövr üzrə dövri hesabatı kağız və elektron daşıyıcılarda müvafiq hesabat dövründən sonrakı 10 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə təqdim etsinlər; Azərbaycan Respublikasının adından və ya Azərbaycan Respublikası Hökuməti adından alınan texniki yardım və ya qrant hesabına həyata keçirilən layihələrə dair yekun hesabatı kağız və elektron daşıyıcılarda bu Qərarın 2-ci hissəsi ilə təsdiq olunmuş formaya uyğun olaraq layihə bitdikdən sonra 20 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə göndərsinlər və sonrakı 30 gün müddətində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi ilə razılaşdırmaqla, Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsinlər.

Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanları və dövlətə məxsus müəssisələr tərəfindən təqdim edilmiş məlumatları ümumiləşdirib, illik hesabat şəklində kağız və elektron daşıyıcılarda (həmçinin, ümumiləşdirilmiş məlumatları slaydlarda olmaqla təqdimat formatında) müvafiq hesabat dövründən sonra 1 ay müddətində Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edəcək.

Bu Qərarın icrasına nəzarət Nazirlər Kabineti Aparatının Maliyyə və iqtisadiyyat məsələləri şöbəsinə həvalə edilib.




İmza:

İqbal Ağazadə: Füzulimi yaddaşlara köçürən son oğlan...

Parlament jurnalistləri Prezidentə məktub ünvanladılar

"ASAN xidmət" TƏBİB-ə Covid-19-la bağlı tibbi ləvazimatlar hədiyyə etdi

Marketlərdə əhaliyə pulsuz maska verilsin, ancaq bu şərtlə... - TƏKLİF

Tofiq Ağahüseynov: Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır

Azərbaycanda faydalı qazıntılar elektron hərrac yolu ilə istismara veriləcək

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

AzTV-nin koronavirusdan vəfat edən əməkdaşının səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

Xalqını sevən, canını vətənə qurban verən polislərin günü: Gününüz mübarək!

SON XƏBƏRLƏR
2020-07-03
2020-07-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK