nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | ABŞ alimləri kərə yağının analoqunu hazırlayıblar Adalet.az | ABŞ alimləri kərə yağının analoqunu hazırlayıblar Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / DÜNYA

ABŞ alimləri kərə yağının analoqunu hazırlayıblar

19301    |   2019-08-24 21:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ-ın Nyu-York ştatında yerləşən Kornell Universitetinin alimləri əsas tərkibi sudan ibarət olan az kalorili kərə yağının analoqunu əldə ediblər.

Adalet.az-ın məlumatına görə, kimyaçılar bitki yağı və süd piyi qatılmış böyük həcmdə suyu tərkibi kərə yağına yaxın emulsiyaya çevirə biliblər. Həmin məhsulun tərkibində süni stabilizatorlar yoxdur və o, kərə yağından 75 faiz daha az kaloriyə malikdir. İmitasiyanın bir xörək qaşığında 2,8 qram piy və 25,2 kalori olduğu halda, analoji həcmdə yağda 11 qram piy və təxminən 100 kalori var.

Tədqiqatın aparıcı müəllifi Alireza Abbaspurradın sözlərinə görə, alimlər məhsulun dadını və digər qida xüsusiyyətlərini dəyişə, onu vitaminlərlə zənginləşdirə də bilərlər.

İmitasiyanın əldə olunması üçün istifadə edilən texnologiyanın sağlamlığa faydalı məhsulların alınmasında vacib rol oynaya biləcəyi vurğulanır.




İmza:
SON XƏBƏRLƏR
2020-02-18
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK