Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır Adalet.az | Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Kolleclərə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır

3204    |   2019-08-23 11:25
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlər qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatdan keçməlidirlər.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı bu gün başa çatır.

Birinci mərhələdən sonra ali təhsil müəssisələrinə qəbul olunan abituriyentlərin qeydiyyatı avqustun 27-dək davam edəcək.

Ali təhsil müəssisələrinin boş qalan yerlərinə qəbul olunanlar isə avqustun 23-dən sentyabrın 2-dək sənədlərini daxil olduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Tam (11 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə qəbul olunanlar isə avqustun 29-dək qeydiyyatdan keçməlidirlər.

Müəyyən olunmuş müddətdə qeydiyyatdan keçməmək abituriyentin müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri təhsil müəssisəsinə göndərilməyəcəkdir.



İmza:

Ədalət Muradov: Universitetlər təkcə biliyə deyil, həm də dəyərlərə fokuslanmalıdır

ADU kollektivi Cocuq Mərcanlı kənd orta məktəbində səfərdə olub

Bakı Ali Neft Məktəbində “Yaşıl Enerjinin İdarə Olunması” üzrə Beynəlxalq Yay Məktəbinə start verildi

Heydər Əliyev Fondu yeni məktəb binaları inşa edib

Komitə sədri: Ali məktəb dərsliklərində problemlər var

UNEC-in bakalavr və magistr pilləsi üzrə ikili diplom proqramlarının sərgisi keçiriləcək

Azərbaycan Dillər Universitetində İngilis dili həftəsi uğurla sona çatıb

Prezident və xanımı yeni tədris kompleksinin açılışında - YENİLƏNİB

Mehriban Əliyevanın tapşırığı ilə Gəncədə bu məktəblər təmir edildi

Təhsil Nazirliyi Bakı Ağ Şəhərdə yeni məktəb binasının layihəsini təqdim etdi

UNEC-də birinci kurslar üçün “Oriyentasiya günü” keçirilib

Rəşad Azadlı: Hədəf qoymuşdum ki, Bakı Ali Neft Məktəbinin tələbəsi olum

SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK