hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək Adalet.az | Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Məktəbəhazırlıq qruplarının müəllimləri üçün təlimlər keçiriləcək

7343    |   2019-08-22 14:52
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Avqustun 26-dan 2019-2020-ci tədris ilində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında dərs deyəcək ibtidai sinif müəllimləri üçün ixtisasartırma təlimlərinə start veriləcək.

Bakı Şəhəri uzrə Təhsil İdarəsindən verilən məlumata görə, "Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə təlimlər Azərbaycan Respublikası Təhsil Nazirliyinin sifarişi ilə "Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzi tərəfindən həyata keçiriləcək. Təlimlərin monitorinqi və qiymətləndirilməsi isə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutu (TİPİİ) tərəfindən aparılacaq.

Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixoloji inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdan ibarətdir.

Təlimlərdə paytaxt üzrə məktəbəhazırlıq qruplarında məşğələ keçəcək 1000-ə yaxın ibtidai sinif müəlliminin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, ixtisasartırma təlimlərinin müdavimlərinə TİPİİ tərəfindən təşkil ediləcək yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.




İmza:

Şagirdlərin geyim formaları ilə bağlı ictimai rəyin öyrənilməsinə başlanılır

UNEC-də distant Çin dili kurslarını bitirən tələbələrə sertifikatlar təqdim olunub

Şagirdlərin yerdəyişməsi müvəqqəti dayandırılır

UNEC-in 90 illik yubileyi ilə əlaqədar tədbirlərə start verilib

UNEC-də 20 Yanvar faciəsinin 30-cu ildönümü qeyd olunub

ADU-da imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur keçirilib

ADU-da şərq dilləri metodikasının aktual problemləri müzakirə olunub

Magistraturaya qəbul qaydaları sadələşdirilib

Təhsil Nazirliyinin rəsmi “Telegram” kanalı fəaliyyətə başlayır

Məktəblərdə 9 gün dərs olmayacaq

Təhsil nazirindən yeni TƏYİNATLAR

Bakı Ali Neft Məktəbi karyera imkanlarına görə liderdir

SON XƏBƏRLƏR
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK