hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb Adalet.az | Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SAĞLAMLIQ

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyası beynəlxalq sertifikat alıb

3318    |   2019-08-22 10:45
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mərkəzi Gömrük Hospitalının Tibbi laboratoriyasında beynəlxalq audit başa çatıb və onun ISO 15189:2012 "Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahiyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət standartına uyğun olduğu təsdiq edilib.

Laboratoriyanın sertifikatlaşdırılması üçün hazırlıq prosesinə cari ilin mart ayında start verilmişdi. Hazırlıq işlərinin aparılması üçün beynəlxalq sertifikasiya üzrə aparıcı şirkət olan "Sublime Management Services LLC” dəvət olunmuşdu.

Akkreditasiyanın əsas məqsədi laboratoriyada pasiyentlərə göstərilən tibbi xidmət zamanı keyfiyyətin beynəlxalq standartlara uyğun tətbiqini, tələb olunan şəraitin olmasını və müvafiq normativlərdən istifadə edilməsini təsdiq etməkdir.

Laboratoriyanın İSO 15189:2012 üzrə akkreditasiyası tibb sahəsində yüksək səviyyəli xidmətə, analiz nəticələrinin dəqiqliyinə, sənədləşmə prosedurlarına nəzarətə, risklərin minimuma endirilməsinə və hər şeydən əvvəl, pasiyentlərin məmnunluğuna zəmanət verəcək.

Beləliklə, Mərkəzi Gömrük Hospitalının kliniki-diaqnostik laboratoriyasının akkreditasiyası onun səlahiyyətliliyini və keyfiyyətli tibbi xidmət təqdim etmək imkanlarını təsdiq edir. Bu zaman keyfiyyətli işin təşkili və daim yaxşılaşmağa yönəldilmiş idarəetmə sisteminin fəaliyyəti də tam təmin edilir. Bu məqsədlə daxili auditlər, işdə uyğunsuzluqların aşkarlanması və onlara nəzarət, xəbərdaredici tədbirlərin aparılması nəzərdə tutulub.

Mərkəzi Gömrük Hospitalının laboratoriyası Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi, immunoferment və bakterioloji tədqiqatların aparılması üçün 24 saat rejimində bütün zəruri resurslara malikdir.




İmza:

Azərbaycanda ən çox rast gəlinən psixi pozuntuların adları açıqlanıb

Mərkəzi Gömrük Hospitalı müəllimlər üçün "İlk tibbi yardım" təlimi keçirib

Azərbaycanda ilk dəfə zədələnmiş böyrək kanalının rekonstruktiv əməliyyatı qapalı üsulla icra edilib

Bakıda yeni klinikanın açılışı olub

Dərdlərin dərmanı: BAL - ARAŞDIRMA

Gömrük Hospitalında uşaqlar üçün xüsusi aksiya keçirilir

“Gənclər Mərkəzi Gömrük Hospitalında tibbi xidmətlərə 50% endirimdən istifadə edəcəklər

Vaqif Qarayev: Yaxşı olar ki, gənclərimiz ailə qurmaq fikrinə düşməmiş...

HƏKİM MƏSLƏHƏTİ

Lənkəran limonu, məcun deposu...

Cərrah Dr.Elnur Pirəliyev “Həkim məsləhəti” rubrikasında öz tövsiyələrini bölüşüb

Nazirlikdən rüşvət alan həkimlə bağlı RƏSMİ AÇIQLAMA

SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK