nulled forum sanal pezevenk hacklink satın al hacklink al Sit Giriş Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled hack forum spyhackerz warez php script Adalet.az | GÜL BAYRAMI Adalet.az | GÜL BAYRAMI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

GÜL BAYRAMI

BAYRAMI ŞƏHƏR İCRA HAKİMİYYƏTİ KEÇİRİR, MƏKTƏBLƏR YOX

28839    |   2010-05-08 15:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Artıq neçə ildir ki, hər il mayın 10-da Ulu Öndər Heydər Əliyevin doğum günü ilə əlaqədar olaraq Bakı Şəhər İcra Hakimiyyəti Gül Bayramı keçirir. Artıq bu gözəl bir ənənəyə çevrilib. Şəhər meri Hacıbala Abutalıbovun böyük bir məhəbbətlə özülünü qoyduğu bu bayram Bakının hüdudlarından kənara çıxaraq respublikaya yayılıb. İndi rayonlarda da bu bayram keçirilir.
   
   Gül Bayramı mayın 10-da keçirilsə də əslində bu, bir gün çəkmir. Bayrama hazırlığın özü də paytaxt sakinləri tərəfindən çox maraqla izlənir. Xüsusilə də uşaqlar üçün bunun özgə bir gözəlliyi var. Parklarda bayrama hazırlığın gedişatını uşaqlı-böyüklü hamı bir teatr tamaşasını izləyirmiş kimi izləyir. Bundan başqa şəhərimizin park və bağlarında konsertlər təşkil olunur, Azərbaycanın ünlü sənətçiləri də bu konsertlərdə iştirak edirlər. Yəni, əslində bayram bir gün yox, bir həftə çəkir.
   
   Gül Bayramında təkcə ölkəmizdə yetişdirilən güllər və çiçəklərdən istifadə edilmir, demək olar ki, dünyanın bir çox yelərindən gül-çiçək gətirilir. Və bir özəlliyi də odur ki, o nadir gül-çiçəklər sonra Azərbaycanın özündə yetişdirilməyə başlanır.
   
   Bu gün Bakının gül mağazalarında gördüyümüz qeyri-adi güllər-çiçəklər demək olar ki, artıq xaricdən gətirilmir, burda yetişdirilir. Bu qeyri-adi gül-çiçəklərin ölkəmizdə yetişdirilməsi ənənəsi də Gül Bayramının özülünün qoyulması ilə qoyulub. Bu bayrama ağız büzənlər də var, bu qədər pulu niyə sərf edirlər və sair və ilaxır.
   
   Yaponiyada ildə bir dəfə maraqlı bir tamaşa göstərilir. Milyonlarla domino daşlarını elə düzürlər ki, daşın birinə toxunmaqla çox ecazkar bir səhnə yaranır. Və gərək bunu görəsən, yəqin görmüsünüz də, televiziyalar həmişə bunu nümayiş etdirir. Və bu tamaşanın hazırlanması üçün yüzlərlə insan 2-3 ay çalışmalı olurlar. Eləcə də bu tamaşa üçün milyonlarla dollar pul xərclənir. Yüzlərlə insanın aylarla çalışdığı, milyonlarla dolların xərcləndiyi bu tamaşa cəmi 7-8 dəqiqə, ən uzağı 15 dəqiqə çəkir. Yəni dövlət milyonlarla para xərcləyir ki, öz vətəndaşlarına belə bir sevinc bəxş eləsin. Və artıq bu ənənə də Yaponiyanın hüdudlarından kənara çıxıb. Avropada da, Amerikada da belə bir bayram keçirilir, düzdür, hələ yaponlar kimi keçirə bilmirlər. Amma Azərbaycanda keçirilən Gül Bayramına nə o qədər para xərclənir, nə o qədər vaxt ayrılıb, nə də bayram sevinci 15 dəqiqə olmur, bir həftə çəkir, təəssüratları isə daha uzun müddətə davam edir.
   
   Qəzetələrdə oxudum ki, guya Gül Bayramının keçirilməsi üçün məktəblərdən pul yığırlar. Bu absurddur. Çünki Gül Bayramını Bakı Şəhər İcra Hakimiyyəti keçirir. Bunu Təhsil Nazirliyinin sözçüsü Bayram Hüseynzadə də təkzib edib.
   
   Gül Bayramı! Azərbaycanda gözəl bir ənənə yaranıb. Bu bayram Ulu Öndər Heydər Əliyevə və Azərbaycan dövlətçiliyinə sevginin nümayişidir. Və bu bayramın özülünü də Ulu Öndər Heydər Əliyevin və onun siyasi varisi möhtərəm prezidentimiz İlham Əliyevin ən sadiq əsgərlərindən biri Hacıbala Abutalıbov qoyub.
   
   Gül Bayramınız mübarək! Və günlərin bir günü bu bayram gülün, çiçəyin, gözəlliyin məkanı cənnət Qarabağda da keçiriləcək. Şuşada keçiriləcək.
   
   Ulu Öndər hər il Şuşada Vaqif Poeziya günləri keçirirdi. İnşallah, möhtərəm prezidentimiz İlham Əliyev də Şuşada həm Vaqif Poeziya günlərini keçirəcək, həm də Gül Bayramında iştirak edəcək.
   
   Tanrı köməyimiz olsun!


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2020-04-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.48%)
Pullsuz (9.52%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

-Sonuncu dəfə deyirəm, vətəndaş, damdan düş, gir evə, səninlə burda çənə-boğaz eləməyə vaxtımız yoxdu - polis mayoru həyətdən səs gücləndirici ilə binanın başındakı kişiyə səsləndi - hamımız eyni vəziyyətdəyik, amma dözürük, sən də dözməlisən!

Kişi etiraz etdi:

-Dedim yox! Mən dözmək istəmirəm! Mən bu qədər özümü çeynətməm!
Mayor nişan alıb tapança ilə adamı çiynindən vuraraq dama sərdi...
Kişi gözünü açdı ki, xəstəxanada çarpayıdadı. Mayor da oturub çarpayının yanında.

-Nahaq vurdun məni! - mayora baxıb narazı dilləndi - kişi-kişinin arvad-uşaq yanında sınmasına razı olmasın gərək!

Mayor başını aşağı salıb gileyləndi:

-A kişi bezmişik ey əlinizdən, biriniz dama çıxırsınız, biriniz yuxu dərmanı içirsiniz, hələ o gün biri evində üstünə benzin tökmüşdü ki, "mənə söz deyən olsa, özümü yandıracam". Boğaza yığmısınız ey bizi. Bilmirik asayişi qoruyaq, ya sizinlə uğraşaq. Ə, elə bilirsən bizə asandı? Biz də kişiyik, anlayırıq sizi! Ama day intihara cəhd etmək nədi?! Allah bu koronavirusa lənət eləsin!

Kişi əlini uzadıb mayorun qolundan tutdu - bilirəm qardaş, sizin işiniz lap ağırdı, özü də indiki vəziyyətdə, amma məni də başa düş - kişini qəhər boğdu - əşşi mən arvada dedim köməyə ciddi ehtiyac yaransa, kartof qızardaram, uzağı bozbaş bişirərəm. Day əriştə kəsmək nəymiş! Bu qədər də yox də! Bax, cənab mayişor, mən deyiləm sənsən, arvad desəydi əriştə kəs, kəsərdin? Yox vallah! Dama çıxmaq nədi ey, bəlkə də sən tapança ilə məni vurduğun kimi, arvadı da vurardın!

-A kişi nə kartof qızartması, nə bozbaş, nə əriştə? Orda sənə dedim axı, hamımız eyni vəziyyətdəyik - mayor yerindən qalxdı, gətirdiyi meyvə dolu torbanı çarpayının ayaq tərəfindən götürdü, bayaqdan oturduğu kətilin üstünə qoydu, kövrəlmiş halda sözünə davam etdi - tez sağal, get evinə qardaş, ta bir də dəlilik eləmə! Görünür bu da bir sınaqdı, dözməliyik. Bax, mən dünən gecə, növbədən sonra, evdə yarpaq dolması bişirmişəm, bu günə də düşbərə sifariş ediblər...





digər lətifələr
ARXİV
FACEBOOK