ANA SƏHİFƏ / GÜNDƏM

Bəsti İsmayılova: “Dünyanın ən gözəl ölüsü”

5859    |   2019-08-22 09:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Mütləq adının mənasını bilirmiş! Rəşad-doğru yol, düşüncəlilik, fərasətlilik!!! Rəşadət-igidlik, qoçaqlıq, rəşidlik! Pilot! Hər kəsin Rəşadət edə bilmədiyi bir peşə. Hər kəsin fərasət və igidlik göstərə bilmədiyi bir sənət!

Amma sən adını göylərə yazmış birisən... Ruhunu sulara tapşırmış birisən. Bir hava var-Dənizləri aş da gəl, kurban olayım! Sənin cəsədinin tapılmasına qurbanlar deyildi! Çünki Rəşadın ölüsü də gözəldir,-dedik!

Markesin bir əsəri var-" Dünyanın ən gözəl ölüsü”.. O ölü də dənizdən tapılmışdı..Onu da qadınlar hüznlü mahnı oxuya-oxuya üstündəki yosunları, mamırları təmizləyir.., sonra içlərini çəkib deyirdilər-dünyanın ən gözəl ölüsü. Bax o sənsən, Rəşad Atakişiyev! Dünyanın Rəşadı, Rəşidi, Rəşadəti!!
Tələbə vaxtı bir filmə baxmışdıq-" Qum karxanasının generalları”.Orda da gözəl bir qız vardı... Meyitini bəzəyib suya buraxdılar..”Ah Dora! Dora! Bu gündən qağayılar dəniz üzərində bir Rəşad, Rəşadət, Rəşidlik şarkısı oxuyacaq..,buna əminəm.

Göyün ağladığı, dənizin yuduğu Rəşad! O yaralı ayağını torpağa bas! Rəşadətin mübarək!
Səni Tərtərə bağlayan bağlar var. Bir tərtərli kimi bu RƏŞADƏTİN, RƏŞADIN DƏNİZ RUHU QARŞISINDA BAŞ ENDİRİRƏM... Hamımızın sevimlisi, əzizi, Rəşidi, Rəşadı...

Bəsti İsmayılova
Tərtər şəhər 2 saylı məktəbin müəllimi



İmza:

İqbal Ağazadə: Füzulimi yaddaşlara köçürən son oğlan...

Parlament jurnalistləri Prezidentə məktub ünvanladılar

"ASAN xidmət" TƏBİB-ə Covid-19-la bağlı tibbi ləvazimatlar hədiyyə etdi

Marketlərdə əhaliyə pulsuz maska verilsin, ancaq bu şərtlə... - TƏKLİF

Tofiq Ağahüseynov: Polis günü, hər bir Azərbaycan vətəndaşının bayramıdır

Azərbaycanda faydalı qazıntılar elektron hərrac yolu ilə istismara veriləcək

Polis günü və tədris ilinin buraxılışına həsr olunan təntənəli mərasim keçirilib

Çağırışçıların müddətli həqiqi hərbi xidmətə yola salınmasına başlanılıb

“Haqqı çatanlar mükafatlandırılacaq” - Jurnalistlər Prezidentə təşəkkür etdilər

AzTV-nin koronavirusdan vəfat edən əməkdaşının səs yazısı ilə bağlı RƏSMİ AÇIQLAMA

Prezident İlham Əliyev Vladimir Putinə təbrik məktubu göndərib

Xalqını sevən, canını vətənə qurban verən polislərin günü: Gününüz mübarək!

SON XƏBƏRLƏR
2020-07-03
2020-07-02


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (88.57%)
Pullsuz (11.43%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK