nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib Adalet.az | Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Los Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib

9958    |   2019-08-21 10:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Los Ancelesdə fəaliyyət göstərən və İran yəhudilərinin ABŞ-da ən böyük sinaqoqu olan Nessah Sinaqoqunda Azərbaycanın multikulturalizm və tolerantlıq ənənələrinə həsr olunmuş geniş tədbir keçirilib.

Azərbaycanın Los Ancelesdəki Konsulluğundan verilən məlumata görə, 800-dən çox yəhudinin iştirak etdiyi tədbirdə sinaqoqun dəvəti ilə Los Anceles Konsulluq Korpusunun duayeni (sədri), Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev çıxış edib.

Tədbiri giriş nitqi ilə açan Sinaqoqun baş ravvini Devid Şofet Azərbaycan kimi multikulturalizm və tolerantlıq dəyərlərinə yüksək önəm verən bir ölkə ilə yaxından tanış olmaqdan böyük şərəf hissi keçirdiyini vurğulayıb. O, dünyada baş verən dinlərarası münaqişələr və müxtəlif ölkələrdə getdikcə artmaqda olan antisemitizm və irqçilik fonunda Azərbaycanda bütün xalqların, o cümlədən yəhudilərin azad və dinc şəraitdə birgə yaşamalarının, tam dini etiqad azadlığına malik olmalarının olduqca təqdirəlayiq olduğunu qeyd edərək, buna görə Azərbaycan xalqına və dövlətinə təşəkkürünü çatdırıb. Ravvin Şofet nə tarix boyu, nə də bu gün hər hansı antisemitizmin olmadığı Azərbaycanı bütün yəhudilərin dostu adlandırıb.

Baş konsul N.Ağayev öz çıxışında Azərbaycanın yerləşdiyi mürəkkəb coğrafi məkan, müstəqillik tarixi, sosial-iqtisadi inkişafı, uğurlu xarici siyasəti və multikulturalizm və tolerantlıq ənənələri, eləcə də Azərbaycan yəhudilərinin tarixi barədə ətraflı məlumat verib.

Baş konsul xalqımızın əsrlərdən bəri yüksək səviyyəli tolerantlıq mədəniyyəti yaradaraq inkişaf etdirdiyini bildirib. Multikulturalizmin bir dövlət siyasəti kimi bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurla həyata keçirildiyini söyləyən diplomat Azərbaycan multikulturalizminin bütün dünyaya gözəl bir örnək olduğunu vurğulayıb.

N.Ağayev Azərbaycan və İsrail arasında müxtəlif sahələrdə uğurlu tərəfdaşlıq əlaqələrinin qurulduğunu və bu əlaqələrin müxtəlif sahələrdə ilbəil daha da genişləndiyini bildirib.

Qeyd edək ki, Los Anceles İran və İsraildən kənarda ən çox İran yəhudisinin yaşadığı şəhərdir. Burada 60 minədək İran yəhudisi yaşayır.




İmza:

Sooronbay Jeenbekov Prezident İlham Əliyevi təbrik edib

MSK sədrindən xəbərdarlıq: Qanun pozuntularına yol verən komissiyalar buraxılacaq

İranda səsvermənin müddəti uzadılıb

Daha bir məntəqədə seçkilərin nəticələri ləğv edilib

İlham Əliyevin Romada rəsmi yolasalma mərasimi olub

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfərinin vaxtı açıqlandı

“Seçkidən qalib çıxmışam, niyə istefa verməliyəm ki?” - Sabir Rüstəmxanlı

Sercio Mattarella: 2020-ci il İtaliyada “Azərbaycan ili” elan olunub

Çindəki səfirliyimiz tam heyətlə işləyir - XİN

MSK daha altı məntəqənin nəticələrini “sıfırladı” - YENİLƏNİB

Harvard Universitetinin saytında Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib

MSK DSK-nın qərarını qüvvədə saxladı

SON XƏBƏRLƏR
2020-02-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Bir nəfər məscidə namaz qılmağa gəlir. Namaz qılarkən biri yaxınlaşır ki, alnını canamaza düz qoymursan. Başqası deyir, ayaqlarını düz cütləməmisən. Bir başqası deyir ki, əllərini dizinin üstünə düz qoymursan. Birisi də deyir, əllərini sinəndə düz tutmursan.

Dilxor olur, kövrəlib məsciddən çıxır.

Göydən səda gəlir ki, ey mənim övladım, niyə ağlayırsan?

- Allahım, məni məscidə buraxmadılar.

Göydən yenə səda gəlir:

- Dilxor olma, övladım, heç çoxdandı məni də məscidə buraxmırlar.





digər lətifələr
ARXİV
FACEBOOK