Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | İran: Heç bir liman Rusiya və ya Hindistana verilməyib Adalet.az | İran: Heç bir liman Rusiya və ya Hindistana verilməyib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

İran: Heç bir liman Rusiya və ya Hindistana verilməyib

7423    |   2019-08-20 17:12
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İranın heç bir limanı, o cümlədən Buşehr və Çabahar limanları Rusiya və ya Hindistana verilməyib.

Trend-in məlumatına görə, bunu İran hökumətinin sözçüsü Əli Rəbii mətbuat konfransında deyib.

Ə.Rəbiinin sözlərinə görə, İran, Hindistan və Əfqanıstan arasında Çabahar limanı haqda müqavilə imzalanıb.

Hökümət rəsmisi əlavə edib ki, bu müqavilə əslində Hindistanla olan müqavilədir:

"Hindistanın bir şirkəti Şəhid Behişti limanının 5 fazasının 1-ci fazasını 10 il müddətinə istismar və idarə edəcək. Hindistan şirkəti limanın 1-ci fazasında 185 milyon dollar yatırım edəcək. Bu, limanın tam şəkildə hər hansı ölkəyə verilməsi mənasında deyil".

Qeyd edək ki, son günlər İranın Buşehr və Çabahar limanlarının tam şəkildə idarə olunmasının Rusiya və ya Hindistanın sərəncamına verilməsi ilə əlaqədar məlumatlar yayılıb.




İmza:

İqbal Ağazadə : "Bu, iqtidar-müxalifət görüşü deyil"

BU GÜN YƏQİN XİN-in BOMBA KİMİ BİR BƏYANATI OLACAQ

DAĞLIQ QARABAĞDA TƏHLÜKƏLİ SEÇKİ SSENARİSİ - Asəf Quliyev yazır

MƏMMƏDYAROV MNATSAKANYANLA GÖRÜŞSÜNMÜ, GÖRÜŞMƏSİNMİ?

“Onun fikirləri iqtidarın mövqeyini əks etdirmir” - Prezidentin köməkçisi

“Danışıqların uzanması şübhələrin yaranmasına rəvac verə bilməz…”

Əli Əhmədov: Azərbaycanın ərazi bütövlüyünün təmin olunacağı heç kimdə sübhə doğurmasın

XİN: Dağlıq Qarabağda keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib

Tural Gəncəliyev: "Qarabağ xuntasının atdığı bu addım tam qanunsuzdur"

İqtidarla müxalifətin dialoqu : Siyasi qüvvələr arasında ayrı-seçkilik salmayacaqsa...

Çinin parlament sədri Azərbaycana rəsmi səfərə gəlib

Alman deputat: "Ermənistan ilkin mərhələdə 5 rayonu qaytarmalıdır"

Ramil Usubov Stanislav Zasla Əməkdaşlıq Planı imzaladı

Xəzər yalnız ətrafındakı ölkələri yox, həmçinin Avropa və Asiyanı birləşdirir - Xələf Xələfov

Ramiz Mehdiyev Stanislav Zasla görüşüb - FOTO + Yenilənib

İlham Əliyev Belarus Təhlükəsizlik Şurasının dövlət katibini qəbul edib - YENİLƏNİB

Hadi Rəcəbli: Bəzi deputatlar fantastik fikirlər səsləndirirlər

Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı İtaliyada müzakirələr aparılıb

“Azərenerji” ASC-nin rəhbəri Gürcüstanın İqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Bakıda Azərbaycan-Tacikistan Aqrobiznes Forumu keçirilir

“BTQ region ölkələrini logistika mərkəzinə çevirir” - Cavid Qurbanov

Milli Məclisdə komitə iclası keçirildi

SON XƏBƏRLƏR
2019-09-19
2019-09-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (66.67%)
"Sevilya" (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK