Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq? Adalet.az | Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ELM VƏ TƏHSİL

Azərbaycanda vahid məktəbli forması nə zaman tətbiq olunacaq?

4986    |   2019-08-19 16:47
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycanda dövlət ümumtəhsil müəssisələrində vahid məktəbli formalarının tətbiqi ilə bağlı işlər aparılır, bunun üçün Təhsil Nazirliyində işçi qrupu yaradılıb.

Bunu Trend-ə nazirliyin baş məsləhətçisi Əhliyət Adıgözəlov deyib.

Ə.Adıgözəlov vurğulayıb ki, nazirlik Bakı Tikiş Evinə müraciət edib: "Məktəbli formalarının müxtəlif dizaynları, eskizləri hazırlanır. Bunlar hazır olduqdan sonra vahid məktəbli forması seçiləcək. Vahid məktəbli formaları ölkədə bütün dövlət məktəblərində tətbiq ediləcək. Əvvəl belə idi ki, hər məktəb formanı özü seçirdi. Lakin 2020-2021 tədris ilindən bütün orta məktəblərdə vahid məktəbli formaları tətbiq ediləcək”.

Onun sözlərinə görə, vahid məktəbli formaları ictimai müzakirəyə çıxarılacaq və ictimai rəy öyrənildikdən sonra formaların kütləvi istehsalına başlanılacaq.

Ə.Adıgözəlov vurğulayıb ki, bu məsələdə valideynlərin, hətta şagirdlərin də rəyi öyrəniləcək. Geyimlərdə yaş xüsiyyətləri, fəsillər nəzərə alınacaq.

Gödəkcə və ya paltoların vahid olması ilə bağlı məsələyə gəlincə, Ə.Adıgözəlov bildirib ki, bu haqda hələ bir fikir yoxdur, palto və gödəkcədə müxtəliflik ola bilər.

Qeyd edək ki, Milli Məclis vahid məktəbli geyimi ilə bağlı "Ümumi təhsil haqqında” qanuna dəyişiklik edib. Dəyişikliyə əsasən, Azərbaycanda ümumtəhsil müəssisəsində təhsilalanlar üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunmuş vahid geyim forması tətbiq edilə bilər.




İmza:

Məktəblərimizdə rus bölmələrinə maraq niyə artır? - Tənzilə Rüstəmxanlı və İradə Tuncay

UNEC-də BDU-nun 100 illik yubileyi qeyd edilib

ADU Təhsil Nazirliyinin Akkreditasiya qiymətləndirilməsindən uğurla keçib

Test qalmaqalı - VİDEO

Bakı Ali Neft Məktəbində “Mühəndislər üçün biznes təhsili” layihəsinə start verildi

UNEC-də əmək haqları artırıldı

Millət vəkili Məlahət İbrahimqızı ADU-nun müəllim və tələbələri ilə görüşüb

Bakı Ali Neft Məktəbi Prezident təqaüdçülərinin sayına görə ilk sıralardadır

ADU-da Sovet-Türk kollokviumunun 30 illiyinə həsr olunmuş tədbir keçiriləcək

Zəhra Abdullayeva ilə “Xarici dil öyrənməyin asan yolları”

BDU-da Ümumuniversitet elmi seminarı keçirilib

Mehriban Əliyeva müəllimləri təbrik edib

SON XƏBƏRLƏR
2019-10-14
2019-10-13
2019-10-12


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK