hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖZÜMƏ TƏSƏLLİ ŞEİRİ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: ÖZÜMƏ TƏSƏLLİ ŞEİRİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Əbülfət MƏDƏTOĞLU: ÖZÜMƏ TƏSƏLLİ ŞEİRİ

(" Bir qadına..." silsiləsindən)

8932    |   2019-08-16 11:20
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır






















Gör necə çəkilib durub kənarda
Amma ki, mənimçün darıxır o qız!
Gözləri deyir ki, ötən hər anda -
Darıxır səninçün , darıxır o qız!..

Özünə zülm edir - əzab yaşayır
Hər kəsə, hər şeyə əsəb yaşayır...
Qürura bir dəli qəzəb yaşayır -
Adım səslənəndə karıxır o qız!..

Yayınır nəzərdən, qaçır tünlükdən
Barınmır kölgədən, nə də günlükdən!
Sıyrılıb gələndən son minillikdən -
Darıxır mənimçün, darıxır o qız!

İçim sevgi dolu, xəyalım viran
Yoxdu onsuz ötən - yaşanan bir an!
Çökmüşəm önündə - əlimdə Quran -
Görüb bu halımı karıxır o qız!

Sanki əl uzadır quyu dibinə
Axır gözlərimin suyu dibinə...
Mən ümid sərirəm - ümid ipinə -
Sarılır boynuma , yar . axır o qız!



İmza:
SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK