nulled forum hacklink satın al hacklink al epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Hicaba qarşı qızılgül paylayan üç qadına 55 il həbs Adalet.az | Hicaba qarşı qızılgül paylayan üç qadına 55 il həbs Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Hicaba qarşı qızılgül paylayan üç qadına 55 il həbs

8547    |   2019-08-15 18:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

ABŞ Dövlət Departamenti İranda hicaba etiraz edən üç qadının birlikdə 55 il həbsə məhkum edilməsini pisləyib.

Adalet.az virtualaz-a istinadən xəbər verir ki, həmin qadınların ikisi ana-baladır. "İran rejiminin Yasaman Aryani, Munire Ərəbşahi və Mojgan Keşavarz sadəcə, qızılgül paylamaqla məcburi hicab qanunlarına etiraz etdikləri üçün 55 illik həbsə məhkum etməsini pisləyirik", - departamentin sözçüsü Morgan Ortagus avqustun 14-də tvitində yazıb.

O, "bütün ölkələri bu kobud pozuntunu pisləməyə" çağırıb. Son iki ildə İranda onlarla qadın məcburi geyim kodeksinə etiraza görə həbs olunub, Human Rights Watch (HRW) insan haqları təşkilatı bildirib.

Nyu Yorkda mənzillənən insan haqları qurumunun bildirməsinə görə, 23 yaşlı Aryani, onun anası Ərəbşahi və 9 yaşlı qız anası Keşavarz apreldə Tehranda saxlanıblar və ötən ay məhkum ediliblər.Onların həbsindən öncə sosial mediada yayılmış videoda üç qadının 8 mart Beynəlxalq qadınlar günündə, baş örtüyü olmadan metroda qadınlara gül payladığı görünür.

"Gün gələcək, biz təməl hüquqlarımız uğrunda mübarizə aparmalı olmayacağıq", - Ərəbşahinin bu sözləri dediyi eşidilir.

İyulun 31-də Tehranda bir məhkəmə qadınlardan hər birini "dövlətin təhlükəsizliyinə qarşı birləşməyə" görə 5 il, "dövlətə qarşı təbliğata" görə bir il, "əxlaqi korrupsiya və fahişəliyi həvəsləndirməyə" görə 10 illik həbsə məhkum edib.Keşavarz bundan başqa "müqəddəsləri təhqir etdiyinə" görə 7 il yarım həbsə məhkum olunub.

HRW bildirir ki, apelyasiya instansiyası hökmləri qüvvədə saxlasa, qadınlar 10 illik maksimum cəzanı çəkəcəklər. 1979-cu il islam inqilabından bəri İranda qadınların geyimində qadağalar tətbiq olunub. Geyim kodeksinə görə, qadınlar ictimai yerlərdə saç və bədənlərini örtməlidirlər.




İmza:
SON XƏBƏRLƏR
2020-02-18
2020-02-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK