viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Rəşad Məcid: "İsi Məlikzadənin əsərlərini çapa hazırlayırıq" Adalet.az | Rəşad Məcid: "İsi Məlikzadənin əsərlərini çapa hazırlayırıq" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Rəşad Məcid: "İsi Məlikzadənin əsərlərini çapa hazırlayırıq"

3721    |   2019-08-15 12:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İsi Məlikzadənin əsərlərini çapa hazırlayırıq. 40 il əvvəl oxuduğum əsərlərinə bir də qayıdıram. "Dədə palıd” povesti axıcı, lirik təhkiyəsiylə bir nəğmə kimi qalıb yadımda. Yazıçının yaratdığı saf, təmiz , sadəlöhv obrazlar- Nurcabbar, Bağır yenidən gözümdə canlanır. Bir də " pul qazanmaqdan savayı dərdi olmayan, puldan ötrü anasının əmcəyini kəsən " Piti Namaz.

Cəmiyyətdə özünə yer tapa bilməyib mehrini təbiətə salan Nurcabbar Kür çayıyla dərdləşir:
"- Mən gedəriyəm, sən əbədi. Mən acizəm, sən güclü. Qoru bu dunyanı acgözlərdən. Onların gətirdikləri bəladan, yamanlıqdan hifz elə bizi. Qorxuram acgözlərdən, Kürüm , qorxuram”

40 il əvvəl yazıçının intuisiyayla hiss elədiyi dərdlər qabardı, şişdi. Acgözlük dalğasında Nurcabbarlar məhv oldu, Bagırlar ev-eşiksiz qaldı, Piti Namazlar hörmətə mindi, iş adamına çevrildi.

Heyifslənməkdən başqa heç nəyə güc çatmır.


İmza:
SON XƏBƏRLƏR
2019-09-15
2019-09-14
2019-09-13


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK