viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Elimin nəğməkar qızı Adalet.az | Elimin nəğməkar qızı Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Elimin nəğməkar qızı

Ağamahmud Səmədov, “Yer və insan” jurnalının redaktoru

5453    |   2019-08-14 16:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

2000-ci ilin bahar çağları idi. Neçə gün aramsız yağan yağışlardan sonra Qəbələdə gün çıxmışdı. Gül-çiçəyin məstedici qoxusu aləmi bürümüş, quşların ecazkar cəhcəhi hər yeri başına götürmüşdü. İşimlə əlaqədar uzun illər boyu çalışdığım Baş Qafqaz dağ silsiləsinin Cənub yamaclarında hər il yazın gəlişini lap çoxdan-tələbəlik çağlarından dəlicəsinə sevirdim. Amma söhbət açdığım zaman çox-çox kədərli idim. Dünyalar qədər sevdiyim anamı dəfn etməyimizdən heç bir ay ötməmişdi. Deyə bilərsiniz ki, məyər ananın sevilməyəni də olur? Razıyam. Amma...1950-ci ildə mən 6 aylıq körpə olarkan hansısa yaltaq və riyakarın yalan məlumatı əsasında mükəmməl savadlı kənd təsərrüfatı mütəxəssisi olan atamı ikinci dəfə (ilk dəfə 1937-ci ildə) ”xalq düşməni” adı ilə siyasi repressiyaya məruz qoymuş və ömürlük Sibirə sürgün etmişdilər. Evimizdə 3 nəfər qalmışdıq – xəstə nənəm və anamla mən. O zaman dəhşətli müharibədən bir neçə il ötmüşdü. Kənddə insanlar çox kasıb yaşayırdılar. Yəqin ki, belə bir şəraitdə "xalq düşməni” ailəsinin vəziyyətinin necə olmaqsını təsəvvür etmək çətinlik törətməz. Bir müddət sonra dayılarım anamla məni Şamaxıya öz evlərinə aparmış, nənəmi isə qonşu kənddə yaşayan Nəimə bibimgilin ailəsi himayəsinə götürmüşdü.

Anam şifahi xalq yaradıcılığını, folklorumuzu gözəl bilirdi və bir qayda olaraq axşamlar yatmamışdan əvvəl mənə seçmə nağıllar, rəvayətlər söyləyər, dünyanın yaranmasından, ilk insanlardan və onların dəhşətli günahı ucbatından cənnətdən qovulmalarından, M.Ə.Sabirdən, A.Səhhətdən danışardı. Beləliklə, mən kiçik yaşlarından dünyada Xeyirlə Şərin əbədi mübarizəsi, insan ağlı və zəkasının qüdrəti, xeyirxahlıq, nəciblik və alicənablıq kimi fəzilətlər barədə məlumatlı idim. Anamsa öz növbəsində ilk savadını bir vaxtlar Şamaxıda böyük Sabirdən dərs almış atası-Babakişi babamdan və ensiklopedik biliyə malik olan əmisi Soltan babadan götürmüşdü. Anam inanırdı ki, atam gec-tez mütləq qayıdacaq. Və Ulu Yaradanın qüdrəti sayəsində həqiqətən bir necə il sonra atamin heç bir təqsiri olmadığı rəsmi şəkildə müəyyənləşdirildi və o tam bəraət qazanaraq vətənə qayıtdı...Məyər bunun özü dünyamızda Xeyrin Şər üzərində qələbəsi deyildimi?!...Vaxtilə böyük Türk şairi Tofiq Fikrət yazırdı:

Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.
Göz yumma günəşdən, nə qədər nuru qaralsa
Sönməz əbədi, hər gecənin gündüzü vardır!
Millət yoludur, haqq yoludur tutduğumuz yol!
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa! Var ol!

Anamın yoxluğu həm də ona görə dözülməz idi ki, o həyatda rastlaşdığı bir çox məhrumiyyətlərə mərdanə qalib gəlmiş, olduqca rəhmdil, humanist və ədalətli olan nadir insanlardan idi; özünün təbirincə desəm "dünya malında gözü yox idi” və biz övladlarına da həmişə "nə qədər çətin olsa da düz yolla getməyi” nəsihət edərdi. Elə bu səbəbdən 2000-ci ilin baharında mən çox kədərli idim. Bir müdrik qərb filosofu demişkən "mənim kədərimi yer üzərində yaşayan bütün insanlar arasında bərabər bölsəydilər bir insanın belə çöhrəsində təbəssüm olmazdı”.

Həmin ərəfədə mən İsmayıllı və Qəbələ ərazilərində geoloji axtarış işləri aparan dəstənin rəhbəri idim. Yuxarıda qeyd etdiyim gün düşündüm ki, Qəbələdən avtobusla Şəkiyə çatım, orada məni qarşılayarlar və sonra da ekspedisiyamız yerləşən Zaqatalaya gedərəm. Avtobus yola düşən kimi sürücü maqnitofona səs verdi. Kimsə tanımadığım gənc bir müğınni ana haqqında elə oxuyurdu ki! ... İlahi,bu səs necə yanğılı, necə titrək, necə kədərli, necə də doğma idi...Belə yanqılı səsi çoxdan eşitməmişdim! Səssizcə qeyri-ixtiyarı yanaqlarımdan yaş süzülüb axmağa başladı;-ta Şəkiyə çatanacan. Bu həzin, gözəl musiqini elə bil məndən ötəri sifariş etmişdilər. Müğənninin ecazkar səsi sanki məni ovsunlamışdı. Musiqi məni həm duyğulandırmışdı və həm də elə bil kədərimi bir qədər yüngülləşdirmişdi. Ertəsi gün Zaqatalada dostum və geoloq həmkarım Xanlar Ağcayevə tanımadığım müğənninin cazibədar bir səslə "Ana” mahnısı oxumasından və hələ də bu gözəl müsiqinin əsarətində olmağımdan danışdım. Xanlar dedi ki, "müğənni bizim yerlimiz Elnarə Abdullayevadır”.

Sonralar bildim ki, Elnarə xanım elə mən doğulduğum Çuxanlı kəndindəndir. Beləcə mən Şirvan musiqi məktəbinin istedadlı yetirməsi, qeyri-adi ifaçılıq səsinə malik olan bu müğənnini tanıdım.

Elnarə xanım çoxuşaqlı ailədə böyüyüb. Onları Şeyx Həsən Bəsr övladları adlandırırlar. Deyilənə görə ulu babaları Şeyx Həsən uzaq keçmişlərdə Ərəbistanın (indiki İraqın) Bəsrə şəhərindən gəlmiş çox mömin və müdrik bir insan olmuşdur. Dinə bağlılığına, əməli saleh olduğuna və möminliyinə görə bütün el-oba bu insana böyük hörmət və sevgi ilə yanaşmış və vəfatından sonra onu müqəddəslər sırasına daxil etmiş, məzarı üzərində türbə tikmiş və övliya (pir) elan etmışdılər. İndi də bu pirə ziyarətə gələnlər, qurban gətirənlər vardır. Elnarə xanımın rəhmətlik valideynləri Tapdıq dayı və Süsən xala nəcib insanlar idilər.

Müğənninin ifa tərzi tipik Şirvan-Şamaxı musiqi mühitinə aiddir. Bəlli olduğu kimi qədim elm, mədəniyyət və incəsənət mərkəzlərindən olan Şamaxı həm də zəngin musiqi irsinə malik olmuşdur. Şamaxı musiqi mühiti özünəməxsusluğu ilə digərlərindən seçilir. Burada aşıq, muğam və mərasim musiqisi sintez olunaraq eyni kökdən qidalanır.

Şamaxı musiqi mühitindən danışanda qeyri-ixtiyari onun inkişaf etdirilməsində və yüksəklərə qaldırılmasında xüsusi xidmətləri olmuş böyük xeyriyyəçi, musiqini, poeziyanı, incəsənəti sevən, dərindən bilən XIX əsrdə yaşamış Mahmud ağa yada düşür. Mahmud ağa mahir tar çalarmış, muğam bilicisi imiş, həm də gözəl avazla pəsdən oxuyarmış. O dövrdə Şamaxıda böyük şairimiz Seyid Əzim Şirvaninin başçılıq etdiyi "Beytüs-səfa” adlı ədəbi məclisə Mahmud ağa himayədarlıq edərdi. Mahmud ağanın məclisləri nəinki Qafqazda hətta ondan çox-çox uzaqlarda məşhur idi. O dövrdə Şamaxıya gözəl Qarabağdan, Bakıdan, Gəncədən, Lənkərandan, həmçinin İrandan, Tiflisdən və başqa yerlərdən gələrdilər. Mahmud ağanın hörmətli qonaqları sırasında fransız yazıçısı Aleksandr Düma, rus rəssamı knyaz Qriqori Qaqarin də olmuşdur. Göründüyü kimi Şamaxı musiqi muhitinin dərin kökləri olmuşdur.Bu köklərin rişələri isə daha dərinlərə Şirvanşahlar dövrünə, İpək Yolunun mərkəzində yerləşən qədim və həmişəyaşar şəhərimiz Şamaxının orta əsrlərinə gedib çıxır.

Yaradanımızın nadir səs bəxş etdiyi Elnarə xanımın ifaçılıq üslübu da məhz bu kökdən qidalanır. Bu titrək, məlahətli və bir qədər də qüssəli səsi sadəcə, necə gəldi dinləmək mümkün deyil – qəlbən buna hazır olmalısan, köklənməlisən.

Milli kökə və mənəvi dəyərlərə bağlılığına, fitri istedadına və yüksək peşəkarlığına görə Elnarə xanımın ifasını sevən insanların Azərbaycanda sayı-hesabı yoxdur. Onun məlahətli ifasına, ecazkar səsinə məftun olanlar Mərkəzi Asiya ölkələrində, İranda və Türkiyədə də az deyil. Ən önəmlisi odur ki, bu müğənni yaradıcılığının inkişaf dövrünü yaşayır. Şübhə etmirəm ki, o daha böyük zirvələr fəth etməklə Azərbaycanımızın musiqi salnaməsinə yeni-yeni səhifələr yazacaqdır.

Müğənni Elnarə Abdullayevanin başqa bir ali xüsusiyyəti-xeyriyyəçiliyi barədə də söhbət açmaq yerinə düşərdi. Təsəvvür edin ki, bu insan böyüyüb boya-başa çatdığı min nəfərə yaxın əhalisi olan Çuxanlı kəndinin hər bir evinə öz vəsaiti hesabına su çəkdirib. Belə insanlar ölkəmizdə olsa da hələlik çox azdır. Bildiyimə görə Elnarə xanım bu işin başa çatdırılması üçün o zaman bütün vəsaitini sərf etmişdi.

İxtisasca geoloq olduğuma görə və bir zamanlar su təchizatı problemləri ilə məşğul olduğum üçün bu işin necə böyük - həm maddi və həm də mənəvi əhəmiyyət daşıdığını təsəvvür edirəm. Adətən biz zəruri hesab etdiyimiz maddi sərvətlərin dəyərini qızılla müqayisə edir; pambığa "ağ qızıl”, meşəyə "yaşıl qızıl”, neftə "qara qızıl” deyir, dünyamızın ən dəyərli sərvəti olan çörəyin hasil olduğu neməti "qızıl sünbül” adlandırırıq...

Bəs adicə içməli suyun dəyərini nə ilə müqayisə etmək olar? Təbii ki, heç nə ilə. Çünki su - qiymətsizdir! Onun dəyəri ölçüyə gəlmir!

Ötən əsrin 40-cı illərində Afrikada Sahara səhrasında təyyarə qəzasına uğrayaraq susuzluqdan əzab çəkmiş və son məqamda bədəvi ərəb tərəfindən xilas olunmuş məşhur Fransa yazıçısı və fədakar təyyarəçisi Antuan de Sent Ekzüperi su haqqında yazırdı:

"Su, sənin nə rəngin, nə dadın, nə qoxun var ... sənin həyat üçün zəruri olduğunu demək azdır - sən elə həyatın özüsən!...”

Uzun illər boyu qız-gəlinlər Çuxanlı kəndində olan bir-iki bulaqdan mis səhənglərlə evlərə su daşıyardılar.

Amma, indi baxanda bütün kənd yaşıllığa bürünüb. Bulaqlara su dalınca getməyə ehtiyac qalmır. Suya ehtiyaclı insanlara bundan da böyük hədiyyə ola bilərmi?!

Elnarə xanım haqqında söhbət düşəndə adətən istedadlı müğənni kimi xarakterizə olunur, suya kəskin ehtiyacı olan el, camaat üçün su çəkdirməsi onun İNSANLIĞININ sənətkarlığından da yüksəkdə olmasını göstərir.

Elnarə xanım el-oba üçün çəkdiyi xərci öz ailəsinə sərf edər, çox bahalı maşın alar, yaxud sevimli bacı-qardaşlarının ehtiyaclarına da sərf edə bilərdi. Lakin o boya-başa çatdığı Çuxanlı kəndinin əhalisinə heç zaman unudulmayacaq misilsiz xidmət göstərdi.

Bax, belə sənətkardır, belə İnsandır elimin nəğməkar qızı Elnarə Abdullayeva!




İmza:
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK