hacklink Adalet.az | “Erməni qan gördü”, yaxud erməni qan görməli - Vüqar Abbasov yazır Adalet.az | “Erməni qan gördü”, yaxud erməni qan görməli - Vüqar Abbasov yazır Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

“Erməni qan gördü”, yaxud erməni qan görməli - Vüqar Abbasov yazır

10380    |   2019-08-14 13:53
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Diplomatiya – başqa vasitələrlə müharibənin davamı deməkdir”

C.Oldricin "Diplomat”əsərindən.

Bir neçə gün öncə Ermənistanın baş naziri Paşınyan işğalda olan torpaqlarımıza, Qarabağa gəldi və bir daha bəyan etdi ki, obrazlı desək, "kış deməklə darıdan çıxası” deyillər. Yəni soyadları "yan”la bitənlər qan axmadan torpaqlarımızı qaytarmayacaqlar. Anlaşılandır, düşmən də olsaq, haqsız deyillər. Qanla aldıqlaını (Rusun köməyi ilə olsa da), necə deyərlər, canla-başla qaytarası deyillər. Uşaq olanda ən çox eşitdiyim sözlərdən biri "erməni qan gördü” idi. Bu sözü bir qorxaqlıq əlaməti kimi işlədirdik. Uşaq idik, yıxılır-durur, yaralanır, əlimizi-ayağımızı qanadardıq və yaramız nə qədər ağrıtsa, qanasa da "erməni qan gördü” sözünü eşitməmək üçün ağlamamağa çalışır, "erməni”olmaq, qorxaq görsənmək istəmirdik. Daha bu sözü işlədən yoxdur. Nə oldu? Erməni daha qan görəndə qorxmurmu? Qorxar, dəqiq qorxar. Sadəcə o qanı onlara göstərmək lazımdır. Qansızlarla başqa cür davranmaq olmaz. Bizim işimiz gücümüz isə ancaq bəyanat verməkdir. Bu yaxınlarda "facebook” sosial şəbəkəsinin xatırlatmasından gördüm ki, yeddi il əvvəl bir status yazıbmışam. Ermənilər Suriyadan qaçqın düşən erməniləri Qarabağa yerləşdirirmişlər və bizim rəsmilər isə ancaq bəyanat verib etiraz edibmişlər. Yazıya giriş verdiyim əsərdən "Diplomatiyanın yarısı şikayətlərdən ibarət olur” deyimi yadıma düşdü. Bəli, Qarabağ məsələsində bu ifadə bizə tam uyğun gəlir, ancaq şikayət edirik. Yalnız bizim diplomatiyanın yarısı deyil, yarıdan da çoxu şikayətlərdən ibarətdir; erməni nəysə edir, biz isə bəyanat veririk. Məsələn, Paşinyanın son səfəri. Məsələn, ermənilərin Qarabağda həyata keçirtdikləri müxtəlif layihələr və.s. Bəzən düşünürəm ki, bir "təsadüfi bomba”nın ora düşməsi kifayətdir ki, layihələr də, səfərlər də dayansın. Bomba isə düşmür, etiraz, şikayət bəyanatları isə bomba kimi yağmaqdadır...

Bir neçə il öncə, bizim qondarma adlandırdığımız, ancaq bir türlü varlığına son qoya bilmədiyimiz Dağlıq Qarabağ respublikasının Amerikadakı (ABŞ) nümayəndəliyinə zəng etmiş və danışmışdım. Sonra isə bu barədə yazı da yazmışdım. Xatırladıram ki, ABŞ ATƏT – in Minsk Qrupunun həmsədrlərindən biridir və onu da xatırladım ki, Minsk Qrupunun həmsdər olduğu üç dövlətin hər birində, yəni digər ikisində də, Fransa və Rusiyada da onların nümayəndəlikləri var (idi, yəqin ki, indi də var). O vaxt da soruşmuşdum, indi də soruşuram, biz onlardan ədalətmi gözləyirik?! Nədənsə özümüzü qurbanlıq kimi hiss etdim, kəsiləcəyini gözləyən qurbanlıq kimi. O vaxt Minsk Qrupu haqqında yazanda bəziləri məni tənqid etdi, hətta irəli gedərək dövlətin siyasətinə qarşı çıxmaqda ittiham edənlər də oldu. Nə qərib, bəlkə də nə xoş, indi onlardan bəziləri məlum qrupu tənqid etməkdən çəkinmir.

Münaqişənin həlli uzandıqca uzanır. Artıq yeni bir nəsil formalaşır və bilmirəm təəssüfmü deyim, nə deyim, müharibə istəməyən gənclərin də sayının çoxaldığını müşahidə etmək mümkündür. Əlbətdə ki, müharibəni biz də istəmirik, mən də istəmirəm. Ancaq "Şərəfsiz sülhdənsə şərəfli müharibə yaxşıdır” deyiblər (Əbu Turxan) və çox da doğru deyiblər. Qorxum odur ki, bu gedişlə pasifist (hər cür müharibənin, hətta milli azadlıq müharibəsinin əleyhnə çıxan adam) bir gənclik formalaşsın. Əgər belə bir gənclik formalaşarsa, bax o zaman bu bizim sonumuz olar. Açıq etiraf edim (və kaş ki, yanılım), nədənsə özümüzdə torpaqlarızı geri almağa, ümumiyyətlə, erməni üzərində qələbəyə az istək görürəm. "Yoxdur” demirəm, "yetərli deyil” deyirəm. Bu istək, bizim pula, şana-şöhrətə və.s. çatmaq istəyimizdən çox deyil. Təəssüf ki, bunu hər yerdə, hər sahədə hiss edirəm; diplomatiyadan tutmuş ta daspora kimi. Əslində isə diaspor fəaliyyəti də elə bir diplomatiyadır, olmalıdır. Bunlar başqa mövzunun söhbətidir. İndilikdə isə dediyim budur ki, torpaqlarımız geri alınsın, sülh və qonşuluq şəraitində yaşayaq. Əgər zamanla mehribanlıq etsələr, biz də mehriban, dost olarıq, ancaq bu dəfə "çomağı” yerə qoymadan.

Yuxarıda diplomatiyamızı azacıq, haqq etdiklərindən çox yumşaq tənqid etdim. Tamam, qoy danışıqlar getsin. Hələlik Rusiyanı (ki, bütün açarlar ondadır) razı salıb müharibəyə başlaya bilmirik. Bunu anlamayacaq qədər düşüncəsiz deyilik. Ancaq niyə Minsk Qrupuna Türkiyənin də salınmasına çalışmırıq. Bir vaxtlar belə fikir səslənirdi, sonra sakitlik oldu, nədənsə Türkiyənin adı daha hallanmadı və gündəmdən çıxarıldı. Əcaba niyə? Məlum qrupa daxil olan dövlətlər barədə yuxarıda qısa yazdım və siz dəyərli oxucular da, bizim diplomatlarımız da onlarla bağlı çox şeyləri bilirsiniz, buna şübhə yox. Onu da bilirik ki, Qarabağ məsələsi, erməni məsələsi elə məsələlərdəndir ki, Qərb dövlətləri ilə Rusiyanın mövqeyi təxminən eynidir. Onu da bilirik ki, ermənilər dini mənsubiyyətlərini bu işlərdə istifadə edirlər, həm də məharətlə. Əgər xeyrlərinə olarsa, əminəm ki, dinlərindən də imtina edərlər. Milli mənsubiyyətləri onlar üçün daha öndədir. İndilikdə isə dinləri köməklərinə çatır. Bu barədə hətta illər öncə Niderlandlı millət vəkilinə sual da vermişdim və həmən müsahibə həm Niderland, həm də Azərbaycan mətbuatında getmişdi. Ona da demişdim ki, dini məsnubiyyətinizə görəmi haqsız olan erməniləri haqlı çıxartmağa çalışırsınız?

Yazıma C. Oldicin "Diplomat”əsəri ilə başladım, elə ordan bir seçmə ilə də son verməyi düşünürəm. Yeri gəlmişkən, bu əsəri oxumağı hər bir kəsə israrla tövsiyə edirəm.

Deməli əsərdə İngilis nümayəndə heyəti İrana (Cənubi Azərbaycan məsələsi ilə bağlı) gedir və yolda, dağlarda maşınları xarab olur. Kömək axtarmağa gedərkən bir kürd kəndlisinə rast gılirlər və aralarında belə bir dialoq olur:

"- Siz nə dilində danışırsınız?

- İngilis dilində

- Siz xaçpərəstsiniz?

- Bəli.

- Deməli, siz ermənisiniz.

- Yox. Biz İngilisik.

Kürd inamla:

- Xaçpərəstlərin hamısı ermənidir, - dedi.”

Bəli, Ceyms Oldric sadə kürd kəndlisinin dili ilə çox məqamlara toxunmaq istəyib, məncə. "Necə düşünürsünüz, ATƏT –in Minsk Qrupunun həmsədrləri arasında Türkiyəyə ehtiyac yoxdurmu?" Müsəlman filan demirəm, başqa Türk respublikalarından heç birini demirəm. Məhz Türkiyə deyirəm. Nə deyirsiniz, haqsızmıyam?

Vüqar Abbasov. Niderland.

Vugarabbasov@hotmail.com




İmza:

YAZARIN ARXİVİ

2019-02-05 : Məzlum Məsum
2018-09-04 : Reportaj
2015-12-07 : Adsız yazı
SON XƏBƏRLƏR
2019-12-05


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (86.36%)
Pullsuz (13.64%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK