Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Həyat etüdləri Adalet.az | Həyat etüdləri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Həyat etüdləri

Akif Cabbarlı

5564    |   2019-08-14 12:49
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Rafiqi durğuzun, müəllim”

Orta məktəbdə müəllim işləyən tanışım maraqlı bir əhvalat danışdı və dedi ki, əsl yazılmalı mövzudur.

Deməli, dərslərin birində "sürünənlərin" başında duran Ruslan gözlənilmədən əlini qaldırır, müəllimin diqqətini cəlb etmək üçün hələ ayağa da durur. Müəllim də sevinir ki, axır bu danabaş gədə də dərs danışmaq istəyirmiş. İcazə verir ki, yazı taxtasının qarşısına çıxsın.

-Müəllim, ora çıxmağa ehtiyac yoxdur, elə yerimdən də deyərəm.

-Nəyi deyərsən, bala? Nə bilirsən, nə öyrənmisən, gəl çıx qabağa, danış da.

-Yox e, müəllim, mən başqa şeyi bilirəm.

-Nəyi?

-Onu bilirəm ki, Rafiq bugünkü dərsi əla öyrənib. Onu durğuzun. Dünən işıqları sönmüşdü, bütün gecəni bizdə dərs oxuyub, məsələ-misal həll eləyib, hələ əlavə bir şeir də əzbərləyib, papa canı...

"Yenə ordasanmı?”

Köhnə dostlar - Əhmədlə Məmməd

uzun illərdən sonra paytaxtın izdihamlı küçələrinin birində təsadüfən rastlaşdılar. Səmimi görüşdülər, qucaqlaşdılar, zəndlə bir-birinin gözlərinin içinə də baxdılar.

-Məmməd, nə təhərsən ey, aya-günə dönmüs

ən, neyləyirsən, yenə ordasan?

-Hə, Əhməd, səndə nə var-nə yox? Hələ ki, ordayam. Sən necə, ordasanmı?

-Ordayam, orda... Küləyi görürsən də, göz açmağa imkan vermir.

-Hə, ardaş, deyirlər sabahdan kəsəcək.

-Oldu, qardaş, öpürəm səni.

-Mən də səni...

Ayrıldılar.

Kimin harada olduğu, yəni ki, harada, hansı idarədə işlədiyi, nə ilə məşğul olduğu, ailələrində nə baş verdiyi bir-birinə özləri də bilmədən qaranlıq qaldı.

...Allah bilir bir də nə vaxt görüşəcəkdilər.

"Ağsaqqal, siz niyə

tans eləmədiniz?..”

İsti günlərin birində qələm dostumun və qonşumun təklifi ilə yaşadığımız binadan cəmi on-on beş dəqiqəlik məsafədəki çimərliyə yollandıq. Bu, həm də debütümüz, el arasında deyildiyi kimi, şeytanın qılçasını qırmaq kimi bir şey idi. İsti qumda uzanmaq, gömgöy dənizə, mavi səmaya baxıb da cürbəcür qayğıdan uzaqlaşmaq, dincəlmək neçəyə desən dəyərdi.

Çimərlikdə sıxlıq idi. Saysız-hesabsız maşınların, ikimərtəbəli turist avtobuslarının arasından birtəhər adlayıb keçid məntəqəsinə yaxınlaşdıq. Burada keşik çəkən qapqara saqqallı, şivərək oğlanlar qarşımızı kəsib adambaşına çox yox, ikicə manatdan keçməli olduğumuzu bildirəndə dostum dilləndi:

-Axı, çimərliyə giriş indi pulsuzdur. Mətbuatda da elan olunub. Ay oğul, biz niyə pulla keçməliyik? - desə də, xeyiri olmadı.

Ayağımızı quma basan kimi Latın Amerikasındakı kovboyları xatırladan qapqara bədənli, çoxdan dəbdən düşmüş şlyapanı gözünün üstünədək endirmiş birisi baş barmağı ilə şəhadət barmağını bir-birinə sürtüb hırıldadı:

-Dayday, on beş manat qani (yəni ki, düş bura), sizə stol-stul verim. Çox çək-çevirdən sonra on manata razılaşdı. Deyinə-deyinə sınıq-salxaq plastmas stol-stulu zir-zibillə dolu talvarın altında ayağımızın altına tolazlayıb turşumuş sifətini qeyzlə kənara döndərdi.

Kefimizə yavaş-yavaş doğranan soğanın üstünə qəfildən sanki qapqara qətran tökdülər. Bizdən on-on beş metr aralıda rəngbərəng köşklərin ortasındakı kiçik meydançaya qolu-qılçası tatiurovkalı ərəb kişiləri və yalnız Çin fanarlarındakı təki işıldayan gözləri görünən qapqara örtüklü arvad-uşaq səs-küylə doluşdu. Sonra kişilər bir nəfər kimi dənizə təpildilər, qadınlar isə stollara haradansa gətirdikləri yeməkləri, sərinləşdirici içki şüşələrini düzdülər. Bir az keçdi, kişilər qayıtdı. Sonra bu meydançada elə bir mərəkə qopdu ki, sözlə deyil, gərək sazla çatdırasan.

Ortaya səsgücləndirici qurğu qoyuldu, pəzəvənglərdən biri əlinə mikrofon götürüb elə ucadan qışqırmağa, sonra da oxumağa başladı ki, bütün çimərlik lərzəyə gəldi. Oxuyurdular, oynayırdılar, arada da ağızlarını göyə tutub elə bağırırdılar ki, sanki səmada əjdaha başı görmüşdülər.

Yan-yörəmizdə oturanların bəziləri qulaqlarını tutsa da, yalnız "həbibim" sözünü başa düşdüyümüz mahnının ritminə uyğun çiyinlərini atır, guya ki, rəqs edirdilər. Sonra bizim qarasaqqal qaqaşlar da gedib onlara qoşuldular. İlahi, burada elə bir mənzərə yaranmışdı ki, ən tanınmış kinorejissorlar belə bu cür səhnəni düzüb-qoşmaqda yəqin ki, çətinlik çəkərdilər.

Qarmaqarışıq musiqi, anlaşılmaz qışqırtılar sözün əsl mənasında bizi boğurdu. Odur ki, durub qaçdıq dənizin qoynuna. Suda da ki, nə qədər qalasan?! Yerimizə qayıdanda rəqslər, ifalar pik həddinə çatmışdı. Ərəblər və onlara qoşulan bizimkilər hamılıqla ekstaz vəziyyətdə idilər. Bizim uşaqlar qan-tərin içində elə tryuklar göstərirdilər ki, sanki Ginnesin kitabına düşmək istəyirdilər. Hələ bir oğlanın iki-üç yaşında qızını bir əli ilə başının üstünə qaldırıb toylarda oynayan bəzi düşük valideynlər kimi ərəb melodiyasına uyğun fırlatmağını görəydiniz...

İşin şirin yerində ynımızdakı bir rus qadın anlamadığı ərəb mahnısına bizim dildə bir mesaj qolayladı: - zurnaaaa!

Təbii ki, bu replikanı eşidə bilməzdilər. Bəlkə də eşitsəydilər, söz də tapıb deyərdilər. Deyərdilər ki, nədir, uzun illər sizin rəqslərinizə tullanıb-düşüblər, qoy bir az da istiqanlı, səxavətli ərəblərin sümük sındıran, şux rəqslərinə oynasınlar da...

Deyəsən arada bir yoruldular. Qısaca fasilə oldu. Bu vaxt haradansa, səsucldan qurğudan meyxana deyən bizimkilərdən bir cavab jesti yayımlandı: - bəh-bəh, zövqün(m)üzə əhsən!

Görəsən, çimərliklərdə hansı dildə olur-olsun, hər kəsin ürəyindən olan klassik musiqilər, estrada nümunələri səsləndirmək olmazmı?

Ümumiyyətlə, çimərliklərdə bu cür hoqqabazlıq lazımdırmı? Camaat şəhərin səs-küyündən, əsəbilikdən, problemlərdən qaçıb bir neçə saatlıq dincəlmək istəyirsə, o arzunun içinə acı soğan doğrayıb, üstünə də qara qətran əlavə etmək nə dərəcədə doğrudur, ədalətli və qanunidir?

Beynimizdə bu sualları dolaşdıra-dolaşdıra çimərliyi tərk edirdik ki, qarasaqqal cavanlardan biri bizə yaxınlaşdı:

-Ağsaqqal, siz nöşün tans eləmədiniz, xoşuvuza gəlmədi?




İmza:
SON XƏBƏRLƏR
2019-10-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (83.33%)
Pullsuz (16.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Millət vəkili Elman Məmmədov bir tədbirdən çıxanda bir xanım ona yaxınlaşaraq:

- Müəllim, səhv etmirəmsə, siz mənim uşaqlarımdan birinin atasısınız.

Elman müəllim təlaşla:

- Məəən?

Xanım:

- Müəllim, təlaşa düşməyin, mən müəlliməyəm, dərs dediyim uşaqları nəzərdə tuturam.





digər lətifələr
ARXİV
FACEBOOK