viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | ƏDƏBİ MÜHİT Adalet.az | ƏDƏBİ MÜHİT Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

ƏDƏBİ MÜHİT

İSA HƏBİBBƏYLİ: «ŞƏRUR» ƏDƏBİ BİRLİYİ NAXÇIVAN YAZIÇILAR BİRLİYİNİN ŞƏRURDAKI YARADICILIQ BAZASIDIR»

2700    |   2019-08-09 15:57
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

1970-ci ilin ortalarında rayonun bir qrup yaradıcı ziyalısı «İşıqlı yol» (indiki «Şərurun səsi») qəzetinin nəzdində ədəbi birlik yaratmaq təklifi ilə o vaxtkı redaktor Rafiq Həsənova müraciət etdi. Rafiq müəllim özü də ədəbiyyatın vurğunu olduğundan bu təklifi məmnuniyyətlə qəbul elədi. Bir neçə gündən sonra qəzetdə dərc olunmuş elanı oxuyan qələm sahibləri redaksiyaya toplaşdılar. Qızğın müzakirələrdən sonra rayon qəzetinin nəzdində «Şərur qönçələri» adlı ədəbi birlik təsis edildi və tanınmış pedaqoq-şair Altay Tağızadə ədəbi birliyə rəhbər seçildi.

Az vaxt ərzində rayonun müxtəlif yaşayış məntəqələrində olan yazarları öz ətrafında birləşdirən «Şərur qönçələri» ədəbiyyat həvəskarının ilk qələm təcrübəsini araya-ərsəyə gətirdiyi ünvan oldu. Bir vaxtlar ədəbi birliyin məşğələlərində ürək çırpıntısı ilə öz yazılarını oxuyanlar, «dəmiri isti-isti döyərlər» devizi ilə tənqid olunanlar, ilk yazılarını qəzet səhifələrində görəndə sevincdən quş kimi qanadlananlar bu gün müxtəlif yerlərə pərvazlansalar da, ədəbi birlikə əlaqələrini yenə də üzmürlər.

«Şərur qönçələri» Ədəbi Birliyinin yaradıcılarından biri, «Şərur» Ədəbi Birliyi Naxçıvan Yazıçılar Birliyinin Şərurdakı yaradıcılıq bazasıdır», -- deyən Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili, akademik İsa Həbibbəyli sonralar «Ədəbiyyat» qəzetində dərc olunmuş «Şərurun poetik səsi» adlı məqaləsində yazırdı: «Şərur qönçələri» Şərurda pöhrələnən şeir-sənət qönçələrinin yaradıcılıq dərnəyi idi. Bir çox istedadlar «Şərur qönçələri»ndən çıxdı, qönçələndi, çiçək kimi açdı. «Şərur qönçələri» bu Oğuz yurdunda ədəbi mühitin formalaşması mərhələsidir...».

Dorğurdan da, «Şərur qönçələri»nin (1990-cı ildən «Şərur» adlanır) üzvü olmuş qələm sahiblərinin adlarını xatırladıqca qəlbimizdən iftixar hissi keçir: Filologiya elmləri doktorları, Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyev, filologiya elmləri doktorları, akademik Vəli Nəbioğlu, Akif İmanlı, Əbülfəz Əzimli, fəlsəfə doktorları Sona Vəliyeva, Vaqif Məmmədov, Seyfəddin Eyvazov, Vahid Rzayev, Həsənəli Eyvazlı, tanınmış şair və yazıçılardan Asim Yadigar, Əhməd Sədərəkli, Telman Ağrıdağ, Hüseyn Əsgərov, Budaq Təhməz, Kəmaləddin Qədim, Kəmalə Nəsrin, İnqilab Orxan, Rafiq Oday, Allahverdi Aqil... və onlarca digər qələm sahibləri «Şərur» Ədəbi Birliyinin yetirmələridir.

Həqiqi ədəbi məktəb kimi fəaliyyət göstərən «Şərur» Ədəbi Birliyi üzvlərinin 30 nəfərdən çoxu Azərbaycan Yazıçılar və Curnalistlər birliklərinin üzvüdür. Onların müxtəlif illərdə qələmə aldıqları 300-dən artıq müxtəlif mövzulu kitab nəşr olunub oxuculara çatdırılmışdır. Ədəbi toplularda, «Ulduz» və «Azərbaycan» curnallarında, Naxçıvan Muxtar Respublikasında yazıb-yaradan qələm sahiblərinin əsərlərindən ibarət «Araz» seriyalı almanaxlarda, «Dünyanın bəzəyi», «Dostluq töhfəsi, «Uşaqlar və Günəş», «Təmsillər», «Hekayələr», «Poemalar və pyeslər» adlı kitablarda, «Naxçıvan» curnalında ilk dəfə «Şərur» Ədəbi Birliyinin məşğələlərində oxunan və bəyənilən bədii əsərlər dərc olunmuşdur. İkicildlik «İlhamla çağlayır «Şərur» bu gün də» və ədəbi birliyin 35 illiyinə həsr edilmiş «Yaşadığın yaşa dəyər» adlı almanaxlar da oxucu marağını çəkən çap nümunələrindəndir.

Zamanın 1988-ci ildən başlayan sərt sınaqları, ziddiyyətli həyat ədəbi məclis üzvlərinin uzun illər müraciət etdikləri mövzuların səmtini dəyişdi, xain qonşuların vəhşiliyi onların qələmini süngüyə çevirdi. Əhməd Sədərəklinin «Haray», Vaqif Məmmədovun «Danışır torpaq», Kamran Əliyevin «Sədərək döyüşləri», bu yazı müəllifinin «Mənim inamımı güllələdilər», «Ölümü Tanrıdan gələnlər», «O günü göylərdən kədər yağırdı» adlı kitabları, digər şairlərin döyüşkən şeirləri yazıldı. Bu sənət əsərlərinin çoxunun əlyazması ilk dəfə ədəbi birliyin məşğələlərində oxunub müzakirə edildikdən sonra «Şərurun səsi» qəzeti vasitəsi ilə oxuculara çatdırılırdı.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışı bütün sahələr kimi, ədəbiyyatımızı da fəlakətlərdən xilas etdi. O böyük insanın yazarlara, onların yaradıcılığına göstərdiyi diqqət və qayğının sayəsində Azərbaycan ədəbiyyatı yenidən öz axarına düşdü. Naxçıvan Yazıçılar Birliyi yaradıldı, «Şərur» Ədəbi Birliyi isə, akademik İsa Həbibbəylinin təbirincə desək, təzədən onun bazası kimi fəaliyyətini davam etdirdi.

25 ildən çoxdur ki, ədəbi birlik üzvlərinin yaradıcılığında qurub-yaradan insanlara rəğbət, ana Vətənin tərənnümü, lirik duyğular yenidən geniş yer tutur. Azərbaycan Yazıçılar Birliyinin üzvlərindən Sürəyya Nəsibin, Elmira Rzayevanın, şairlərdən Püstə Gülsevənin, Xədicə Təbəssümün, Ümbülbanu Musayevanın, Yeganə Bağırovanın yaradıcılıqlarında kövrək hisslərlə yanaşı anaya, doğma torpağa, təbiətə, qəlb sirdaşına təmiz, ülvi məhəbbət duyulmaqdadır.

Aramızdan vaxtsız getmiş Səyyad Əzizoğlunun hər bir şeiri mövzu baxımından təzə-tər və oxucu qəlbində özünə daim yer tutandır. İlyas Fərəməzoğlu və Əziz Kərimoğlu məhsuldar yazan birlik üzvlərindəndir. Yeni mövzu axtarışı, yazılanları təkrar etməmək, şeirlərdəki axıcılıq onların yaradıcılığına xas olan xüsusiyyətlərdir.

Mehman Cəfəroğlu lirik şeirlərlə birgə, qəzəlləri ilə də diqqəti çəkir. Sözə, şeirə hörmətlə yanaşmaq Mehmanın qəlbinin dərinliklərindən gələn ülvi hisslərdir. Oxucularına bir neçə kitabını təqdim edən Qafar Alışarlının mövzusunun mayasını qoşmalar, gəraylılar, sevgi və məhəbbətlə dolu şeirlər təşkil edir. Qurban Məhərrəmoğlunun satirik şeirlər toplanmış kitabları da maraqla oxunur. Yaşar Cəliloğlu isə sərbəst şeirləri ilə öz poetik fikirlərini tam çatdıra bilir. Ömrünü müəllimliyə həsr etmiş Siyafər Xələclinin şeirlərində müsiqi ilə poeziya vəhdət təşkil edir.

«Şərur» Ədəbi Birliyinin məşğələlərində yaradıcı gəncliyə geniş yer verilir. Qılman Mərdanoğlu, Araz Məmməd, Prezident mükafatçısı Humay Nur, Mövlan Əliyev, əsgəri borcunu bu il başa vurmuş Əli Rüzgar, bu il orta məktəb məzunu olmuş Seyidraza Salehoğlu kimi gənc yazarlar bir neçə kitablarını oxuculara təqdim etmişlər. Respublikamızda, onun ayrılmaz hissəsi olan Naxçıvanda aparılan geniş quruculuq işləri və sosial-iqtisadi inkişaf ədəbi birlik üzvlərinin əsərlərində bədii dillə tərənnüm olunur. Bunun nəticəsidir ki, «Şərur» Ədəbi Birliyinin bir neçə üzvü bu mövzularda keçirilən müsabiqələrin iştirakçısı və qalibləri sırasında olmuş, mükafata layiq yerlər tutmuşlar.

50 illik yubileyini qeyd etməyə hazırlaşdığımız «Şərur» Ədəbi Birliyi bu gün də ilhamla çağlamaqdadır. Ədəbi birliyin ilk üzvlərindən olan İsa Həbibbəylinin birlik haqqında dediyi aşağıdakı fikirlərlə yazını bitirmək istəyirəm: «Azərbaycanın ayrılmaz parçası, Naxçıvan diyarının bənzərsiz bölgəsi olan qədim və həmişəcavan Şərurun bədii obrazı, nağıllı-əfsanəli Arpaçayın poetik səsi, elmi-publisist salnaməsi «Şərur» Ədəbi Birliyində formalaşıb. «Şərur» Ədəbi Birliyi Dədə Qorqud yurdu Şərurun sabahına da gur işıq salır…».

İbrahim YUSİFOĞLU,

Azərbaycan Yazıçılar Birliyinin üzvü,

«Şərur» Ədəbi Birliyinin rəhbəri,

«Qızıl qələm» mükafatı laureatı, Prezident mükafatçısı




İmza:
SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK