nulled forum hacklink satın al hacklink al warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Turist axını artıb, gömrük postunda sıxlıq yaranıb Adalet.az | Turist axını artıb, gömrük postunda sıxlıq yaranıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Turist axını artıb, gömrük postunda sıxlıq yaranıb

5343    |   2019-08-06 16:43
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Son günlərdə turist axının və səyahətçilərin sayının artması Qərb Ərazi Baş Gömrük İdarəsinin "Mazımçay” gömrük postunda zaman-zaman nisbi sıxlıqların yaranmasına səbəb olub.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, gündəlik iş rejimində "Mazımçay” gömrük postunun idxal və ixrac nəzarət xəttləri vasitəsilə ümumilikdə 400 nəqliyyat vasitəsi sərhəddi keçirdisə, ötən gün bu gömrük postu vasitəsilə gömrük nəzarəti təmin edilməklə 440 nəqliyyat vasitəsi ölkə ərazisinə daxil olub, 460 avtomobil isə ölkəni tərk edib.

Avqustun 6-da günün birinci yarısına qədər isə 194 nəqliyyat vasitəsinin ölkə ərazisinə girişi, 191-nin isə çıxışı təmin olunub.

Hazırda "Mazımçay” gömrük postu gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, sərnişinlərin və nəqliyyat vasitələrinin sürətli şəkildə sərhədi keçməsi üçün lazımi bütün tədbirlər həyata keçirilir.

Qeyd edək ki, hər il turizm mövsümündə, xüsusilə avqust ayında ölkə ərazisinə gediş-gəlişlərdə ciddi artım müşahidə olunur. Turizm sektorunun inkişafı ilə bağlı həyata keçirilən tədbirlər, eyni zamanda ölkə iqtisadiyyatındakı ciddi inkişaf bu il həm turistlərin həm də dincəlmək üçün xarici ölkələrə səyahət edən ölkə vətəndaşlarının sayının daha da artmasına səbəb olub.




İmza:

Yol polisi "Sədərək" dairəsində sürücülərə "tələ qurulması" xəbərini təkzib etdi

Koronavirusla əlaqədar Ağciyər Xəstəlikləri İnstitutunda xüsusi palatalar ayrılıb

Azərbaycan dəmir yolunda qatarlar koronavirusla bağlı dezinfeksiya olunur

Azərbaycanda yüksək maaşlar olan sahələr açıqlanıb

Azərbaycana koronavirusun daxil olmasına qarşı tədbirlər görüləcək

Ermənilərin “təmir” etdiyi Şuşa məscidinin indiki halı - VİDEO

DİN-dən sosial şəbəkə istifadəçilərinə xəbərdarlıq - ALDANMAYIN!

AZAL Çinə uçan sərnişinlərə müraciət etdi

Məzahir Pənahov: Nöqsan axtarırlar ki, tənqid etsinlər, ancaq tapa bilməyəcəklər

Beynəlxalq müşahidəçilərin sayı açıqlandı

Namizədlərin seçiciləri hansısa yolla ələ alması yolverilməzdir - Məzahir Pənahov

MSK deputatlığa namizədlərə çağırış edib

SON XƏBƏRLƏR
2020-01-28


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK