ANA SƏHİFƏ / YAZARLAR

EŞŞƏK VƏ İNSAN

19016    |   2010-04-09 11:33
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

İnsanların ən şüursuz saydığı heyvan eşşəkdi. Lağ yeridi, təhqir yeridi və sair və ilaxır.
   
   Amma bir məsələ var ki, baxıb görürsən, eşşək insandan ağıllıdı ey. Məşhur bir məsəl var: "Eşşək palçığa bir dəfə girər". İkinci dəfə döysən də, öldürsən də o palçığa girməz.
   
   Özünü eşşəkdən ağıllı sayan insanlar isə palçığa bir dəfə yox ey, yüz dəfə girirlər, bəzən elə palçığın içində yaşayırlar.
   
   Bakıda yeraltı və yerüstü keçidlər tikilib. Dövlət milyonlarla vəsait ayırıb ki, insanların təhlükəsizliyini təmin eləsin, insanları qəzalardan qorusun. Hətta millətimizin tənbəl olduğunu bildiyinə görə bu keçidlərə eskalator da qoyb, yəni əziyyət çəkib pilləkənlə çıxmayasan, kef eləyə-eləyə düşüb-çıxasan.
   
   Hətta bəzi yerlərdə bir metr hündürlüyündə yol qoruyucuları da qoyublar ki, birdən ikiayaqlı heyvan keçər yoldan, maşın vurar, bədbəxt hadisə olar və sair və ilaxır. Amma canları çıxır ki, ya yeraltı, ya da yerüstü keçiddən keçsin. O bir metrlik qoruyucunun üstündən atlayıb keçirlər və maşın vurur canları çıxır.
   
   Demək olar ki, hər gün belə qəza hadisələrinin şahidi oluruq.
   
   Bütün dünyada keçidlərdən və ya svetofordan keçməyən şəxsi maşın vurarsa, sürücü heç bir məsuliyyət daşımır. Bu qanun bizdə də tətbiq olunmalıdır, özü də geniş ictimaiyyətə hər gün bu xəbər çatdırılmalıdır. Bəlkə insanlar ağıllandı. Hərçənd ki, buna inanmaq da çətindi.
   
   Bu yazını niyə yazdım? 3-cü mikrorayon bazarının arxasında çox rahat bir yerüstü keçid var.
   
   Birini qoyub o birisinə gedim. Televiziyada bir dəfə gördüm ki, piyadalar şikayətlənirlər ki, yayda yerüstü keçid çox isti olur. Bircə dəqiqə ordan keçəcək, isti onu yandıracaq. Gülmək məni tutdu. İstədim qəzetdə Nəqliyyat Nazirliyinə bir müraciət edim ki, bu keçidlərə kondinsionerlər də qoysunlar, gəbə-xəli də döşəsinlər.
   
   Mən o yuxarıda adını çəkdiyim keçid olan yoldan demək olar ki, hər gün istifadə edirəm. Özü də bəzən üç-dörd dəfə. Həmişə də müşahidə eləmişəm ki, insanlar keçiddən keçmirlər, o sürətli maşın axınının içindən yolu keçməyə çalışırlar. Hansısa bir sürücünü və özlərini bədbəxt eləməkdən ötrü elə bil canları çıxır ki, keçiddən keçsinlər.
   
   Bu yaxınlarda gördüm anam yaşında iki qadın, yanlarında iki-üç uşaq düz keçidin altında yolu keçməyə çalışırlar. Və heç keçə də bilmirlər. Yaxşı ki yol polisi gəldi, amma yol polisi də onları keçiddən keçirə bilmədi. Məcbur olub maşınları saxladı ki, onlar yolu keçsinlər.
   
   Və gözümün qabağına bir lövhə gəldi. Bir nəfər eşşəyi həmin yerdən keçirmək istəyir, nə qədər dartır eşşək yolu keçmək istəmir, axırda yazıq eşşək dilə gəlib deyir:
   
   - Başına dönüm ay əmoğlu, bəlkə keçiddən keçək?
   
   Bir yaxşı karikaturaçı rəssam axtarıram bu lövhəni çəksin, mən də qəzetin birinci səhifəsində onu çox geniş şəkildə dərc edim.
   
   Rəssam qardaşım Yavər, bəlkə bu barədə fikirləşəsən?! Özü də sənin o əsərini bütün keçidlərin girişinə vurmaq olar.
   
   Bəyənmədiyimiz eşşək palçığa bir dəfə girir, bəs biz?..


İmza:Aqil ABBAS

YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-09-25


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Qiymətlər qalxandan sonra avtobusa minəcəksiniz?

Hə (66.67%)
Yox (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Aşot Moskvadan bir urus qız alır. Gəlir İrəvanda da toy edir. Aradan on beş gün keçir, gəlin gileylənir:

- Bu necə olacaq, nə atanın, nə də ananın məndən xoşu gəlmir.

Aşot:

- Onları boş ver, əsas odur ki, müdirimin səndən xoşu gəlir.





digər lətifələr
ARXİV
FACEBOOK