hacklink Adalet.az | Bakıda lombarda basqın edilib Adalet.az | Bakıda lombarda basqın edilib Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

Bakıda lombarda basqın edilib

10865    |   2019-08-02 13:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Xətai rayonu ərazisində yerləşən lombardlardan birində işləyən qadına qarşı quldurluq edilib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən verilən məlumata görə, hadisə zamanı zərərçəkənin baş nahiyyəsinə xəsarət yetirən naməlum şəxslər quldurluq yolu ilə pul və qızıl-zinət əşyaları götürərək hadisə yerindən qaçıblar.

Faktla bağlı məlumat daxil olan kimi Daxili İşlər Nazirliyi, Bakı şəhər Baş Polis İdarəsi və Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zərərçəkənin izahatı alınıb. Həyata keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinənlərin şəxsiyyəti qısa zamanda müəyyənləşdirilib. Əməliyyat zamanı həmin şəxslər – Ağcabədi rayon sakini Nəbi Əhmədov və Füzuli rayon sakini əvvəllər məhkum olunmuş Ceyhun Əliyev tutularaq istintaqa təqdim ediliblər.

Saxlanılan şəxslər ifadələrində törətdikləri cinayəti etiraf ediblər. Onlar lombarda daxil olan zaman özlərini su idarəsinin əməkdaşları kimi təqdim etdiklərini bildiriblər.Qeyd edək ki, hadisə zamanı N.Əhmədov və C.Əliyev lombardın müşahidə kamerasının yaddaş blokunu da çıxararaq özləri ilə aparıblar.

Faktla bağlı Xətai Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.




İmza:
SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK