viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Dilçilik İnstitutu: Mətbuatda söz, termin yaradıcılığı meyli artıb Adalet.az | Dilçilik İnstitutu: Mətbuatda söz, termin yaradıcılığı meyli artıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MƏMLƏKƏT

Dilçilik İnstitutu: Mətbuatda söz, termin yaradıcılığı meyli artıb

3003    |   2019-08-01 14:22
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Əvvəlki dövrlərdən fərqli olaraq mətbuatda söz, termin yaradıcılığı meyli və təşəbbüsü daha da artıb ki, bu da dilimizin lüğət tərkibinin zənginləşməsinə təkan verir.

Adalet.az xəbər verir ki, bunu Trend-ə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Təranə Şükürlü deyib.

Onun sözlərinə görə, müstəqillik illərində dil siyasətinin ana xəttini təşkil edən məsələlərdən biri mətbuatda ana dili problemlərinin işıqlandırılmasıdır:

"Azərbaycan dilinin keşiyində ilk növbədə Kütləvi İnformasiya Vasitələri dayanır. Ana dilinin təmizliyi, saflığı uğrunda mübarizə aparan müstəqil mətbuat orqanları onun yazı və tələffüz mədəniyyətini inkişaf etdirir. Mətbuatda işlənən sözlər, terminlər ictimai-siyasi durumu, cəmiyyətin inkişaf səviyyəsini əks etdirir. Çünki mətbuat cəmiyyətdə baş verən bütün yenilikləri işıqlandırmağa çalışır. Mətbuatın dilində işlənən sözlər, terminlər ictimai-siyasi durumu, cəmiyyətin inkişaf səviyyəsini əks etdirir”.

T.Şükürlü qeyd edib ki, Azərbaycan elmi-mədəniyyəti inkişaf etdikcə Azərbaycan dili daha da zənginləşir, müasir analitik düşüncənin dilinə çevrilir.

Bu gün dil siyasətinin dövlət siyasətinin əsas tərkib hissəsi olduğunu deyən alimin sözlərinə görə, 2004-cü ilin iyulunda Respublika Prezidentinin imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı əlifba ilə bağlı problemləri tamamilə həll etdi: "Ölkə Prezidenti İlham Əliyevin 9 aprel 2013-cü il tarixli sərəncamı ilə "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. İlk növbədə Azərbaycan dilinin hərtərəfli inkişafı və tətbiq dairəsinin genişlənməsi üçün böyük imkanlar yaradan Dövlət Proqramının əsas məqsədlərindən biri də qloballaşma şəraitində dillərin qarşılıqlı əlaqələrinin öyrənilməsinin intensivləşdirilməsi məsələsidir. Prezident İlham Əliyevin 2018-ci il noyabrın 1-də imzaladığı "Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmanı ana dilinin saflığının qorunmasına və inkişafına böyük qayğını ifadə edir".

Xatırladaq ki, 1 avqust ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilir.



İmza:
SON XƏBƏRLƏR
2019-08-23
2019-08-22


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (80%)
“Linfild” (20%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Dünən yazıçı Samirə Zeynalovanın ad günü idi. Onu dəlicəsinə sevən Vəli Xramçaylının möhtəşəm məhəbbətindən də xəbərdarsınız. Qısası...
İkisi  ayrıca qeyd etdilər. Restoranda. Qarson toy havası vermək üçün tanıdığınız o üzərliyi yandırır. Yəni atır boşqabın içinə, tüstülədə- tüstülədə gəlir onların yanına " göz dəyməsin ".
boşqabı Samirənin başına fırladır və xanım onun qabına babat pul qoyur. Qarson sevinə- sevinə Vəli Xramçaylıya yanaşanda Samirə qışqırır :
- Ə bura gəl , ə. Nə iş görürsən? Onu da tüstüyə verirsən ki, göz dəyməsin? Ə, bir diqqətlə bax də... O boyda adamda göz dəyəcək bir şey görürsən ?!
-- ...



digər lətifələr
ARXİV
FACEBOOK