viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Faiq QİSMƏTOĞLU: BALDAN DA ŞİRİN NƏVƏ Adalet.az | Faiq QİSMƏTOĞLU: BALDAN DA ŞİRİN NƏVƏ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: BALDAN DA ŞİRİN NƏVƏ

4179    |   2019-08-02 10:08
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

... Nəvənin nə qədər şirin olduğunu babalar və nənələr daha yaxşı bilirlər. Olmayanlara da nəvə qismət olsun! – deyirik. Çünki o, dünyaya gələndən sonra bu şirinliyi hiss eləmək olur . Allah-Təala mənə də ən böyük var-dövlət verib – iki nəvə qismət eləyib. Birinin adı Sədaqətdi, birinin də adı Tunardı. Hər ikisi Füzuli rayonunun Horadiz şəhərində yaşayır və ordakı 1 nömrəli tam orta məktəbdə oxuyur. Sədaqət 10-cu sinifə keçib, Tunar isə 7-ci sinifə.

Nəvələrin şirinliyindən heç vaxt doymaq olmur. Onların oturuşu, duruşu, şıltaqlığı, şirinliyi adama bir ömür bəxş edir. Mənim də hər iki nəvəm dərs əlaçısıdı. Həmişə deyirəm ki, kim əlaçı olsa, ona hədiyyə verəcəm. Bu hədiyyə də nə olsa yaxşıdı? Kitab! Hər iki nəvəmdə kitaba çox böyük sevgi var. Onlara nə hədiyyə etsəm də, amma kitab qədər onları sevindirən heç bir hədiyyə yoxdur.

Bir dəfə Tunar bizə gəlmişdi. Kitab rəfimə diqqətlə baxdı, sonra əlini uzadıb ordan Cek Londonun hekayələr kitabını götürdü. Mən də bir şey demədim. Çünki seçim onun özünün idi. Əgər mən desəydim filan kitabı oxu, bəlkə də yaxşı alınmazdı. Bir həftənin içərisində o kitabdakı dörd hekayənin dördünü də oxudu. Sonra da gəlib o hekayələrdən – "Həyat eşqi”ni, "Bozqurd”u, "Meksika”nı və adı yadımdan çıxan daha bir hekayəni də mənə danışdı. Sonra rayona qayıdanda gedib sinif yoldaşlarına oxuduğu kitabla bağlı yenidən söhbətlər edib. Və o uşaqlar da onun oxuduğu kitabla maraqlanıblar. Yəni Tunar tək özü oxumaqla kifayətlənməyib. Oxuduğu hekayələrin məzmununu sinif yoldaşlarına və müəlliminə danışıb. Onlar da təəcüblənib ki, bu yaşda uşaq Cek Londonu oxuyur.

Nəvələrimə bir hədiyyə alanda onu qəbul etmirlər. Deyirlər dədə, sən ziyalı adamsan, bizə hədiyyə yox, sənin özün lazımsan. Elə sənin özün bizim üçün ən böyük hədiyyəsən. Və bu uşaqlar lap balaca vaxtından bu günə qədər başqaları kimi valideynlərindən, dədələrindən, nənələrindən heç bir işi ummayıblar. Çox çətinliklə ad günlərində nəsə bir hədiyyə vermək olur.

Bir gün Tunar dədəsi Süleymanın Horadizdəki çörək sexinə gedib yay tətilində işləmək istədiyini bildirir. Süleyman müəllim həmin gün orda olmur, o da səhərdən axşama kimi çörək daşıyır, yük aparır. O biri gün Süleyman müəllim bunu bilir, Tunarı yanına çağırır:

- Sən hələ balacasan, nə yaşın var ki, ağır yük daşımaq istəyirsən?

Tunar:

- Dədə, istəyirəm ki, bərkə-boşa düşüm, zəhmətə alışım. Ona görə işləməyə gəlmişəm.

Süleyman müəllim diqqətlə ona baxıb deyir:

- Doqquzuncu sinifə keçəndə gəlib mənə kömək eləyərsən, hələ tezdi. Təzə bişən çörəklərdən üç-dördünü götür, get evinizə!

Tunar da o çörəyin üç-dördünü götürüb bikef halda qayıdır anasının yanına. Deyir ki, dədəm işləməyə qoymadı. Dedi, hələ tezdi, sənin bərkə-boşa düşən vaxtın deyil. Anası da ona toxtaqlıq verir ki, dədən düz deyir. Gedərsən ağır yük götürərsən, belin əyilər. Dədən və vaxt desə, o vaxt da ona kömək edərsən.

Bu günlərdə yenidən bizə gəlmişdilər. Kitab rəfinə baxdı, ordan Dostoyevskinin "İdiot” romanını götürdü. Dedi dədə, bunu oxuyacam. Nə illah elədim ki, bu kitab sənin üçün tezdi, çətin olar, inadından dönmədi. O gün zəng eləyib dedi ki, bu kitabın yarısını artıq oxumuşam.

Onun ad günü yaxınlaşırdı. Mən də fikirləşirdim ki, bu ad gününə nə hədiyyə eləyim. Redaksiyanın dəhlizindəki divanda oturub fikrə getmişdim. Bu vaxt böyük şair Oqtay Rza gəlib çıxdı. Dedi ki, Mirzə, nə belə fikirlisən? Mən də dedim ki, Oqtay müəllim, nəvəmin ad günüdü bilmirəm ona nə hədiyyə eləyim. Dedi ki, ən yaxşı hədiyyə kitabdı.

Elə mənim də ürəyimdən kitab almaq keçirdi. Oqtay Rza nəvəmin ad günü olduğunu bilib bədahətən Tunara bir bənd şeir həsr elədi:

Tunarın ad günü xoş gəlib,

Yaşının üstünə yaş gəlib.

Faiq bəy, sevimli nəvənin

Çiyninə qonmağa quş gəlib.

Bu bəndi deyəndən sonra Oqtay Rza əlavə etdi ki, təzə kitablarımdan birini aftoqraf yazıb Tunara bağışlayacağam. Qoy o da bilsin ki, Oqtay babası onu çox istəyir və ad gününü təbrik eləyir.

İşdən çıxıb evə gedəndə Akademiyanın yaxınlığındakı bağda yeni kitabların satıldığını gördüm. Bir kitab diqqətimi cəlb elədi: "Azərbaycan nağılları”. Çox yüksək keyfiyyətli idi və poliqrafiya baxımından adamın diqqətini cəlb edirdi. İçərisində də 24-dən çox nağıl vardı. Qiymətinə baxdım, 25 manat idi. Ancaq satıcı dedi endirim var. 20 manata verə bilərəm. Və 20 manatı verib o kitabı aldım. Ad günündən bir gün qabaq kitabı nəvəm Sədaqətdən Tunara göndərdim. Təbii ki, kitabın arasına başqa hədiyyə də qoymuşdum. Ancaq Tunar o hədiyyədən çox kitaba görə sevindi. Dedi ki, dədə, bundan böyük hədiyyə yoxdu. Niyə əziyyət çəkib ikinci hədiyyəni də göndərmisən?

Tunarın avqustun 1-də 12 yaşı tamam olub. Ona can sağlığı, xoşbəxt həyat və bir də atalı-analı dünya arzulayıram. Qoy o da günlərin bir günündə ata olsun, baba olsun, nəvəsinə bax belə hədiyyə göndərsin. Bilsin ki, nəvə baldan da şirindi. Allah-Təala bütün nəvələri xoşbəxt eləsin, babaları da onlara baxıb sevinsinlər!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-08-19


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (100%)
“Linfild” (0%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK