hacklink Adalet.az | Rauf Qərib Alagöz: TFU-TFU, MAŞALLAH Adalet.az | Rauf Qərib Alagöz: TFU-TFU, MAŞALLAH Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Rauf Qərib Alagöz: TFU-TFU, MAŞALLAH

6541    |   2019-07-31 12:35
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır






















Düşmən alıb yurdumuzu yurd edib,
Bizsə, onu söymək ilə məşğuluq.
Soyumuzu gordan edən soysuza,
Soyumuzu öymək ilə məşğuluq.

-"O atamız, bu babamız olubdur,
Ora, bura yurd-obamız olubdur,
Şərəf, qeyrət, ar əbamız olubdur”.
Amma kədər geymək ilə məşğuluq.

Dövr edirik buna rəğmən hovarda,
Qılıncımız paslanıbdır divarda.
Bizi vuran qalıbdır bir kənarda,
Dizimizi döymək ilə məşğuluq.

Tfu-tfu, maşallah bizlərə,
Məğrur-məğrur dik baxırıq üzlərə.
Nağıllara inandıqca, düzlərə
Boynumuzu əymək ilə məşğuluq.

Düşmən alıb yurdumuzu yurd edib,
Bizsə, onu söymək ilə məşğuluq.
Özümüzü özümüzdən edənə,
Özümüzü öymək ilə məşğuluq.


İmza:
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK