hacklink Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YAŞI KİÇİK, HÜDUDLARI SONSUZ DOĞMALIQ Adalet.az | Əbülfət MƏDƏTOĞLU: YAŞI KİÇİK, HÜDUDLARI SONSUZ DOĞMALIQ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Əbülfət MƏDƏTOĞLU: YAŞI KİÇİK, HÜDUDLARI SONSUZ DOĞMALIQ

Vəlyəddin Misiroğlunun 75 yaşına ünvanlanan təbrik

4316    |   2019-07-30 09:05
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bütün yollar heç də paralel deyil. Hətta paralel olsa belə hardasa sınma, kəsişmə nöqtəsi var. Bu hələ ola dağ yolları... Həmin dağ yollarının bir-birinə dolana-dolana üzü zirvələrə tərəf yüksəldiyini yəqin ki, görmüsünüz. Təəssüf ki, mənim kimi düşünənlər indi o dağ yollarının həsrətini çəkirik. Həmin həsrət də bizim ömrümüzü baltalayır. Amma... Biz də hər əzaba, hər ağrıya diz çökən deyilik. Yıxılırıq, amma sınmırıq, əyilmirik. Elə "şükür!” etdiyimiz də budu.

Onun barəsində çox eşitmişdim. Və bütün söhbətlərin də əsas məğzi bu dağlar oğlunun dəyanəti, dözümü, dizibərkliyi idi. Onu tanıyanların hamısı birmənalı şəkildə vurğulayırdı ki, Vəlyəddin müəllim əsl qaim-qədim kişilərdəndi. Sözü də, hərəkəti də bir-birini tamamlayır. El-obanın tədbirlərindən qalmır... dostun hər an yanındadı. Elə bil ki, xilasedicidi. Dərhal alır dostun başının üstünü. Bir damla su ilə də olsa, bir isti söz ilə də olsa təsəllisini verir. Ürəyə, hisslərə rahatlıq bağışlayır...

Bax, belə bir adamı qiyabi tanımaq nə qədər xoş olsa da, köhnə kişilər demiş, "igidin adını eşidəndən sonra üzünü görmək” bu xoş ovqatı bir az da artırdı. Təbii ki, hər şey zamanın diqtəsiylə öz axarına düşdü. Yəni mən Vəlyəddin müəllimi, elimin, ailəmin ağsaqqalı, çox dəyərli ziyalımız, özünü həyatda kifayət qədər təsdiq etmiş Nəbi Muxtarovun vasitəsilə günlərin bir günü qarşılaşdıq. Elə buradaca onu da əlavə edim ki, mən Vəlyəddin müəllim barəsində ən çox məhz Nəbi müəllimdən eşitmişdim. Doğrudur, onun barəsində Kəlbəcərin və bütövlükdə Azərbaycanın söz, qələm adamları – Hidayət Elvüsal, Adil Cəmil, Məhəmməd Nərimanoğlu ilə də söhbətlərimiz olmuşdu. Belə ki, indi həsrətini çəkdiyimiz dağlardan və dağ qürurlu insanlardan söz düşəndə söhbətin müəyyən bir məqamında Vəlyəddin müəllimin də adı çəkilirdi. Amma Nəbi müəllim onun barəsində gənclik illərindən, rəhbər vəzifələrdə olduğu məqamlarda danışanda da, ailəvi dostluqdan söhbət açanda da mütləq Misiroğlunu yada salırdı. Hətta mən Nəbi müəllimin 70 illik yubileyi ilə bağlı kitab hazırlayanda Vəlyəddin müəllimin telefonunu mənə verdi və bildirdi ki, onunla da əlaqə saxla. Bax, bu tapşırıq bizim gələcək münasibətlərimizin ipucu oldu. Və beləcə, başladı Vəlyəddin Misiroğlu ilə yolumuzun kəsişməsi...

Həyatın qəribəlikləri içərisində elə nüanslar var ki, bəzən onu vaxtında görüb duya bilmirik və yaxud gözümüzdən qaçırırıq. Bax, mən Vəlyəddin müəllimlə tanışlığımızdan bir az keçmiş, təsadüf nəticəsində öyrəndim ki, onun gəlini Aytən xanım ən yaxın qohumlarımdan imiş. Aytənin atası mərhum professorumuz, aşıq-şair rəhmətlik Aşıq Aydın isə çox önəmli ziyalılarımızdan idi. Bunu sözgəlişi xatırlatdım. Yəni demək istəyirəm ki, insanları bir-birinə çəkən, yaxınlaşdıran impulslar var. Bax, məni Vəlyəddin Misiroğlu ilə öncə Nəbi müəllim, sonra isə Aytən xanım daha da doğmalaşdırdı. Bu yaxınlaşma nəticəsində Vəlyəddin müəllimin sözə, qələmə bağlılığını da öyrəndim, yazılarını oxudum. Görmdüm ki, bu dağlar oğlu həm də qələm əhlidi, söz xridarıdı. Baxmayaraq ki, gəncliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb. Necə deyərlər, komsomolun şinelindən çıxıb. Siyasi fəallığı ilə yanaşı, ədəbiyyat, folklor biliciliyi də göz önündədir.


İndi mən Vəlyəddin müəllimin 75 yaşının tamamı ərəfəsində onunla bağlı düşüncələrimi bilgisayara köçürərkən onunla bağlı bir neçə məqamı gözümün önünə gətirirəm. İlk xatırladığım yurdsevərliyidi. O, Kəlbəcərin pərvanəsidir. Gecə-gündüz sözüylə, söhbətiylə, yuxularıyla dolanır Kəlbəcərin başına. İkincisi, o, son dərəcə ailəcanlıdı. Bir an da olsun ailənin böyüyündən, kiçiyindən diqqətini yayındırmır. Çalışır ki, heç olmasa ürəyinin hərarətiylə onları ovundursun.

Üçüncüsü, Vəlyəddin müəllim son dərəcə dostsevərdi, dosta bağlı adamdı. Mənə elə gəlir ki, dostlar onun ikinci nəfəsidir. Dördüncüsü, Vəlyəddin müəllim məclis adamıdı, çöl-bayır adamıdı. Yaşının bu çağında da o, dostları ilə birlikdə təbiət qoynunda süfrə açanda elə səliqəli və həvəsli bir dəstgah yaradır ki, ən özündən razı aşbaz da şəraitsiz, necə deyərlər, "vəhşi təbiətdə” bunu edə bilməz. Çünki onun üzündəki nurla, ürəyindəki hərarətlə yanaşı, əlində də dad var, bərəkət var. Və nəhayət, Vəlyəddin müəllim olan hər yerdə bir doğma mühit var, orda sıxılmırsan.

Bax, qısaca müəyyən cizgilərini şərh etdiyim Vəlyəddin Misiroğlu istənilən yerdə, istənilən məqamda həm ağsaqqaldı, həm ziyalıdı, həm dost-həmkardı, həm də qayğı göstərən insandı. Ona görə də onunla yol-yoldaşlığı da, həmsöhbət olmaq da xoşdu. Mən xoş ovqatlı insanın, ürəyi Kəlbəcər nisgilli dostumun 75 yaşının astanasında nələrdən keçdiyindən də xəbərdaram. Ona görə də onun dözümü qarşısında baş əyməklə dəyərli ağsaqqalım Nəbi Muxtarovun dediyi bir fikri təkrarlamaq istəyirəm. Nəbi müəllim yubilyarla bağlı fikirlərində belə bir nüansı qabardır:

- Yetmiş beş nədir ki, ay Misiroğlu, gərəkdi ki, yüzü vurasan başa!

Mən də öz növbəmdə Vəlyəddin müəllimi təbrik etməklə ona öncə can sağlığı və Kəlbəcərli günlər arzu edirəm. Və sonra qəlbinin pıçıltılarına qovuşmağı Allah ona nəsib etsin! – deyirəm. Tam səmimi şəkildə etiraf edirəm ki, şəxsi tanışlığımızın yaşı az olsa da, isti münasibətlərimizin hüdudları sonsuzdu. Kaş bütün sevgilərin, doğmalıqların sərhədsiz hüdudları , Yaxşıları, Xeyirxahları, sözün hər mənasında İNSAN olanları qoynuna alsın. Onda dünyamız yaşamalı olacaq. İnanın ki, mən bunu öz inancıma güvənib dedim. Çünki Vəlyəddin müəllim kimi halal nümunələr göz önündədir.




İmza:

YAZARIN ARXİVİ

2018-11-18 : DOYMUŞ MƏHLUL
2018-10-23 : YARIMÇIQ MƏKTUB
2018-09-21 : ÜMİD KƏNDİRİ
2018-09-14 : ÖMÜR YARPAQLARI
2018-09-08 : ŞUNURLULAR
2018-09-06 : Təzyiq yazısı
2018-09-05 : AYLI BİR GECƏ
2018-07-31 : HAVALI YAZI
2018-02-01 : "O SÖZƏCƏN..."
2017-12-15 : İLĞIM
2017-11-27 : «QABİL»
2017-11-24 : VAXT GÜNAHKARI
2017-09-27 : "BAYILDAN BAYIRA"
2017-08-29 : KİŞİ TİTULU
2017-08-11 : OVQAT YARADAN…
2017-07-29 : İSTƏK...
2017-07-28 : SÖZ HEYKƏLİ
2017-07-25 : BU DA 27–di!
2017-07-14 : "QALIN" ADAMLAR
2017-06-09 : GÜNAHIM NƏDİ?
2017-06-06 : "SNAYPER QIZ"
2017-05-26 : HAVADAKI ADAM
2017-05-05 : BAKI KÖÇKÜNÜ
2017-03-31 : SOY… QIRIM…
2017-03-01 : MÜŞFİQ TUFANI
2017-02-14 : "YADA DÜŞDÜ"
2017-02-10 : ÖMÜR QIRIQLARI
2017-02-03 : YAŞ HƏDDİ
2017-01-27 : NEKROLOQ
2017-01-19 : BİTMƏYƏN AĞRI
2017-01-06 : SON XƏBƏRDARLIQ
2016-12-16 : ALLAHIN İŞİ
2016-09-09 : BİR HECALI SÖZ
2016-08-13 : MƏKTUB
2016-08-12 : HAVA
2016-08-12 : MƏKTUB…
2016-07-01 : CƏNAB NAZİR
2016-06-17 : ÜMİD KƏNDİRİ
2016-04-29 : NİŞANÇI
2016-04-09 : ŞUŞANIN YOLU...
2016-04-08 : ŞUŞANIN YOLU...
2016-03-11 : MART OVQATI
2015-12-19 : MÜQƏDDƏS AMAL
2015-12-12 : YANIQ SƏS
2015-11-13 : Tofiq Abdinlə
2015-11-13 : ÜZ SUYU
2015-10-31 : SEÇİM ANI…
2015-09-12 : İNSANLIQ
2015-08-27 : YADDAŞ YAZISI
2015-08-19 : "AZƏRBAYCAN"
2015-07-10 : İLĞIM
2015-06-18 : DOST GEDİB…
2015-06-17 : "SAAT SƏSİ"
2015-05-06 : "AZƏRBAYCAN"
2015-04-22 : "YADA DÜŞDÜ"
2015-03-18 : "ADİ QƏŞƏM"
2015-02-28 : HAVALANMIŞ ADAM
2015-02-14 : SENSASİYA
2015-02-12 : BACI DOST OLARSA
2015-02-07 : YARPIZ SÖHBƏTİ
2015-01-16 : YAŞAYAN RUH
2015-01-10 : XAŞ + XAŞ
2015-01-09 : "QƏLƏM SƏSİ"
2014-12-27 : SAXTA BABA
2014-12-26 : SAXTA BABA
2014-12-20 : ŞUNURLU ADAMLAR
2014-12-16 : ELNURUN KİTABI
2014-12-11 : RUH ADAMI
2014-11-29 : NAXIŞLI ADAM
2014-11-20 : HƏYATIMDAKI ADAM
2014-11-15 : DİQQƏT TALONU
2014-11-14 : "QUM SAATI"
2014-11-12 : STATUS - KVO
2014-11-08 : BİR ƏTƏK DAŞ
2014-11-04 : PAMBIQLI QULAQLAR
2014-10-29 : "ƏDƏBİ HƏYAT"
2014-10-11 : AŞ QARASI
2014-10-04 : ZİNDAN UŞAQLARI
2014-09-03 : "YADA DÜŞDÜ"
2014-08-23 : İÇİMDƏKİ TOY
2014-07-18 : Kimsə yoxdu...
2014-07-05 : KİŞİ
2014-06-21 : ÜZ SUYU
2014-06-14 : TANISAM UTANACAQ
2014-05-24 : DİŞ ÇÖPÜ
2014-04-26 : QURU ADAM
2014-03-20 : İynə boyu yazı
2014-03-15 : LƏNƏTLƏNMİŞ
2014-01-25 : ÖZGƏ PALTARI
2013-12-21 : İSİNİŞMƏ...
2013-11-09 : QANADLI GÜNLƏR
2013-07-27 : DOST GEDİB...
2013-07-20 : PALAZA BÜRÜN...
2013-07-13 : YARIMÇIQ YAZI...
2013-05-08 : RUHUMUZUN ÜNVANI
2013-05-04 : "MAYOVKASIZ" MAY
2013-01-19 : DİRƏDÖYMƏ...
2012-12-20 : ATILAN İLK ADDIM
2012-12-08 : ÖGEY ANA
2012-12-07 : ŞAD XƏBƏR:
2012-11-27 : CANLI TARİX
2012-11-24 : SƏNSİZ
2012-11-16 : ÜMİD VERMƏK
2012-11-14 : SƏNSİZ
2012-10-13 : "BİZİM DÜNYA"
2012-08-18 : ADSIZ GÜNAHLAR
2012-06-23 : DON JUAN
2012-06-15 : ONDAN HAMIYA
2012-06-14 : RÜSTƏM KAMAL
2012-02-25 : DOLABDAKI ÜRƏK
2012-02-04 : BİR QIŞ NAĞILI
2012-01-07 : DİQQƏT QITLIĞI
2011-12-31 : SOVQAT
2011-12-17 : NƏFƏSLİK...
2011-11-12 : DOLAB
2011-08-27 : BİR SEVGİ DRAMI
2011-07-22 : SÖZÜN GÜNÜ
2011-07-16 : SİRLİ ZƏNG
2011-07-02 : İLİN YARISI
2011-06-11 : GÖRÜŞ YERİ
2011-05-28 : KÜT BIÇAQ
2011-04-30 : SATILIR
2011-04-23 : QAÇIRILAN QIZ
2011-04-16 : TƏNHA KİŞİ
2011-04-09 : GÖYDƏNDÜŞMƏ
2011-03-19 : AYDINLIQ
2011-03-15 : FRANSIZCA
2011-02-23 : 55-ə ÇATMADIN
2011-02-19 : Bu da bir il
2011-01-29 : GÖZMUNCUĞU
2011-01-22 : HƏYATIN BİR ANI
2011-01-08 : BAŞLANĞIC
2010-12-31 : BU DA İLİN SONU
2010-12-25 : CAN AĞRISI
2010-11-06 : SEÇİLƏN
2010-10-30 : YARALI DURNA
2010-09-18 : PƏRAKƏNDƏ YAZI
2010-07-31 : Axtarış
2010-07-02 : ÜMİD SORAĞINDA
2010-05-01 : DÜYÜNÇƏ
2010-04-17 : CƏRRAH BIÇAĞI
2010-02-20 : DÖZÜM MƏQAMI
2010-01-30 : AYRILIQ ANI
2010-01-16 : SEÇİM ANI
2009-12-12 : SÜKUTLA SÖHBƏT
2009-11-27 : BƏRAƏT KAĞIZI
2009-11-21 : KÖLGƏLƏR...
2009-10-31 : YARPAQ TÖKÜMÜ
2009-10-10 : CAVABSIZ SUALLAR
2009-09-12 : BİR AN
2009-08-22 : HƏFTƏMİN ACISI
2009-06-20 : XOCALI TOYU
2009-06-06 : UZUN BİR GÜN...
2009-05-23 : VAXTINDA
2009-05-02 : AĞLAYAN BULUDLAR
2009-03-14 : "BƏXTƏVƏRLİK"
2009-03-07 : ANAMA MƏKTUB...
2009-02-28 : ADİ RİYAZİYYAT
2009-01-31 : CAN AĞRISI
2009-01-24 : "ƏZABSIZ ANLAR
2009-01-10 : BƏHANƏ
2008-12-31 : Bazarlıq
2008-12-13 : DƏLİ ADAM
2008-12-06 : FAYDASIZ QAZINTI
2008-11-22 : PULUN VAR?
2008-11-15 : QALXANIN ENMƏSİ
2008-10-18 : ÖMRÜN BİR ANI
2008-10-11 : PAYIZ YAĞIŞLARI
2008-09-28 : MƏKTUBLAŞMA
2008-09-06 : QAYNAR QAZAN
2008-08-30 : ERA
2008-08-23 : OVCUMDA YANAN OD
2008-08-02 : QARIŞIQ YAZI
2008-07-12 : QƏFLƏT YUXUSU
2008-06-28 : ƏRKƏSÖYÜN
2008-06-07 : BAŞ AĞRISI
2008-05-17 : QURUMUŞ GÜLLƏR
2008-04-19 : DAŞ
2008-03-20 : ATHAAT
2008-02-02 : PASİBAN
2008-01-12 : AMERİKA AYISI
2007-12-06 : XƏBƏRDARLIQ
2007-11-24 : QALMAQAL
2007-11-23 : ÇÖKHAÇÖK
2007-11-22 : QIZDIRICI...
2007-11-03 : QOYUN BƏXTİ...
2007-10-27 : AŞİQLİK
2007-10-24 : XƏCALƏT
2007-10-19 : PAYIZ NOTLARI
2007-10-10 : BASARAT
2007-10-06 : ƏBƏDİ ÜNVAN
2007-10-06 : PERSONAJ
2007-10-05 : ÜÇ PÖHRƏ
2007-10-04 : HADİSƏ
2007-10-03 : HAVA
2007-10-02 : ÜZƏRLİK
2007-09-22 : HÖKM
2007-09-15 : VAHİMƏ
2007-09-01 : İNSTİNKT
2007-08-28 : NİYƏ ÖLDÜ?..
2007-08-15 : GÜNAH
2007-08-11 : PARALEL
2007-08-08 : GÜNVURMA
2007-08-07 : SALON
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK