hacklink Adalet.az | Niyə hamıya halaldır, müsəlmanlara haram? Adalet.az | Niyə hamıya halaldır, müsəlmanlara haram? Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Niyə hamıya halaldır, müsəlmanlara haram?

6976    |   2019-07-29 15:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır


Vaxtilə Bursada bir müsəlman, bügünkü adı Ərəb Şükrü olan mühitdə bulaq çəkdirib və bulağın lövhəsinə də bunları yazdırmışdı: "Hər qula halal, müsəlmana haram!”.

Bursanın paytaxt olduğu illər idi və bütün osmanlı bu nə fitnədir deyərək qarışmışdı.

Camaat qazıya şikayətə gedib və həmin adamı dərhal yaxalayıb qazının hüzuruna gətiriblər. Qazı əsəbi şəkildə deyib:

- Bu nə fitnədir belə?! Dini İslam, əhalisi müsəlman olan dövlətdə savabdır deyə bulaq çək, suyunu da müsəlmana qadağan elə! Belə şey olar?! Səbəbi nədir?! Ağlını itirmisən?!

Adam təmkinli şəkildə cavab verib:

- Səbəbi var. İcazə verin sübut edim.

- Nə sübutun, nə dəlilin var?! Sən fitnə yaradıb müsəlman əhalinin hüzurunu qaçırdın! Qətlin vacibdir!

Qazı marağını gizlədə bilməyib:

- Nədir səbəbin?

Adam səbəbi ancaq sultana deyə biləcəyini bildirdikdən sonra ara daha da qızışıb. Nəhayət söhbət sultanın qulağına çatıb və adamı yanına gətirib. Sultan yenə həmin sualı verib:

- Bu nə fitnədir belə?! Dini İslam, əhalisi müsəlman olan dövlətdə savabdır deyə bulaq çəkmisən, suyunu da müsəlmanlara qadağan eləmisən!

Adam səbəbinin olduğunu, amma bu səbəbin sübuta ehtiyacı olduğunu deyib.

Sultan soruşub:

- Bəs sübutun dediyin qədər sağlam olmasa?

- Onda boynum hökm qarşısında qıldan incədir!

- De görüm necə sübut edəcəksən?

- Buna görə gərək birinci sinaqoqdan bir ravvin (din adamı) həbs edin. Görün nələr olacaq.

Sultan adamın dediyini edib. Bütün bu dinə inanalar başda Musəvilər olmaqla birləşib bu zülmü qınamağa başlayıb. Onlar din adamlarının məsum olduğuna əmin olduqlarını, onun azad olunması üçün istənilən məbləğdə kəfalət ödəməyə hazır olduqlarını da deyiblər. Bu dinə mənsub olan digər ölkələrdən də elçilər, məktublar gəlib.

Bir həftənin sonunda adam artıq ravvini buraxmaq olar deyib. Sultana çoxlu hədiyyələr, təşəkkür məktubları gəlməyə başlayıb.

Adam bu səfər sultandan hansısa bir kilsənin keşişini həbs etməyini istəyib.

Kilsə keşişinin həbsi zamanı da reaksiyalar eyni olub. Bütün xristianlar bir olub etiraz ediblər. Keşiş azad edildikdən sonra isə sultana təşəkkür əlaməti hədiyyələrini göndəriblər.

Adam sonda sultandan Bursanın ən sevilən imamını həbs etməyi xahiş ediblər. Elə paytaxt Bursanın əsas məscidi olan Ulucamidə elə Cümə namazı vaxtı baş imamı həbs ediblər. Kimsə "heç olmasa imkan verin namazı axıra kimi qıldırsın” belə deməyib.

Həbsin üstündən bir həftə keçsə də nə imama görə etiraz edən olub, nə də sultana bir məktub yollayan. Hər kəs halından məmnun imiş və hətta qeybətlər də yayılmağa başlamışdı:

- Biz də onu adam sayıb özümüzə xoca bilirdik...

- Allah bilir nə edib ki, həbs etdilər!

- Vah, vah! Onun arxasında qıldığım namazlara heyfim gəlir.

- Demə e, demə.

Sultan, qazı və adam isə olanları izləyirmiş. Sultan bulağı çəkən adamdan nə etməli olduğunu soruşub. Adam imamı azad etməyi və ondan halallıq almağını istəyib. Sultan belə də edib.

Daha sonra adam sultana deyib:

- Ey böyük sultanım! İndi siz cavab verin. Belə müsəlmanlara su halal edilərmi?

- Hava da haramdır, hava da! – sultan cavab verib.

Bəli! Vətəninə, bayrağına, millətinə, dövlətinə sahib çıxmayana bu məmləkətin hər şeyi haramdır!



Çevirən: Ulucay Akif



İmza:
SON XƏBƏRLƏR
2019-11-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK