hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Prokuror Cahangir Hacıyevə iş istədi - 17 il Adalet.az | Prokuror Cahangir Hacıyevə iş istədi - 17 il Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Prokuror Cahangir Hacıyevə iş istədi - 17 il

5077    |   2019-07-29 14:48
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayıl Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam edib.

Adalet.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Dövlət ittihamçısı C.Hacıyevin əvvəlki cəzası ilə birlikdə qəti olaraq 17 il, sabiq deputat Dünyamin Xəlilovun isə əvvəlki cəzası ilə toplamaqla qəti olaraq 15 il 9 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Prokuror təqsirləndirilən şəxslərdən İsmayıl Hidayət-zadəyə isə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini istəyib.

Bu işdə adına şirkət açılan və bu yolla da bankdan milyonlarla manatın çıxarılmasına şərait yaradan digər təqsirləndirilənlər Camal Həsənov, Sərxan Rəsulov, Natiq İmanov, Samir Hacıyev, Təbriz Əbdülhəmidov, Mahir Qafarov, Sadıx Murtuzayev, Tərlan Məhərrəmov, Fəxrəddin Heybətov, Ramin Əhmədov, Fariz Muradov, Səlahəddin Qədirov, Erxan Cavad, Arif Ramazanov, Navai Şirinov, Svetlana Əsədullayeva, Arif Mədətov, Adil Mikayılov, Ramis Kərimov barəsində isə şərti cəza təyin edilməsi istənilib.

Məhkəmə iclası davam etdirilir.

Qeyd edək ki, rəsmi məlumata əsasən, aparılmış istintaqla 2001-2015-ci illərdə "Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sədri vəzifəsində işləmiş C.Hacıyevin göstərişləri əsasında ayrı-ayrı ölkələrdə yaradılmış hüquqi şəxslərlə real dəyəri olmayan sadə veksellərin alqı-satqısına dair 3,4 milyard ABŞ dolları və 987 milyon avro məbləğində (müvafiq dövrün məzənnəsi ilə 3,8 milyard manat) müqavilələr bağlanılaraq qanunsuz veksel əməliyyatları aparılmasına dair əsaslı şübhələr müəyyən edilib.



İmza:

Yol qəzasında xəsarət alan şagirdlər özəl klinikaya köçürüldü

Beyləqanda qoyun oğruları tutuldu

Keçmiş məhkumun evindən döyüş sursatları aşkarlandı

“Polis xidmətlərinin etibarlılığı”na görə ölkəmiz 45 pillə irəliləyib

2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR

Aftandil İsrafilovun yaradıcılığı: İlahidən gələn vergi...

Nərmini öldürməkdə şübhəli bilinən şəxsə yeni ittiham irəli sürüldü - Video

Çindən Azərbaycana gələn turistlərin sayı 62,4 faiz artıb

Məhkəmə yol polisini bıçaqlayan şəxslərin şikayətini rədd etdi

Qeydiyyat və notariat baş idarəsində müşavirə keçirilib

Qarabağda yaralanan erməni hərbçilərin kimliyi bilindi

Baş Polis İdarəsi orta məktəbdə uşaq oğurlayan qadınla bağlı araşdırmalara başladı

SON XƏBƏRLƏR
2020-01-24
2020-01-23


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK