hacklink Adalet.az | Azərbaycanda istifadəyə verilən elektron imza sertifikatlarının sayı 20 mini ötüb Adalet.az | Azərbaycanda istifadəyə verilən elektron imza sertifikatlarının sayı 20 mini ötüb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Azərbaycanda istifadəyə verilən elektron imza sertifikatlarının sayı 20 mini ötüb

17372    |   2019-07-25 17:36
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) cari ilin ilk yarımilliyində 20 376 ədəd elektron imza sertifikatı istifadəyə verib.

Nazirlikdən bildirilib ki, bu sertifikatlardan 13 484-ü dövlət qurumlarının, 4 458-i hüquqi və fiziki şəxslərin, 2 402-si vətəndaşların, 32-si isə qeyri-rezidentlərin payına düşüb.

Son bir ayda istifadəyə verilən e-imza sertifikatlarının sayı 2 850 olub. Belə ki, 2019-cu ilin iyun ayında dövlət qurumlarına 1 742, hüquqi və fiziki şəxslərə 822, vətəndaşlara 286 e-imza sertifikatı verilib.

MHM-in Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən istifadəyə verildiyi gündən 2019-cu ilin 1 iyul tarixinədək ümumilikdə 187 314 elektron imza sertifikatı əldə olunub. Onlardan 104 802-si dövlət qurumlarına, 46 034-ü hüquqi və fiziki (sahibkarlar) şəxslərə, 36 478-i vətəndaşlara təqdim edilib.

Elektron imza istifadəçilərinin sayının artması aparılan əməliyyatların sayının artmasına da təsir göstərir. Son bir ildə dövlət qurumları tərəfindən 8 992 379, hüquqi və fiziki şəxslər tərəfindən 1 645 574, vətəndaşlar tərəfindən 37 340 olmaqla, ümumilikdə 10 675 293 autentifikasiya və e-imza əməliyyatı aparılıb. Təkcə 2019-cu ilin ikinci rübü ərzində aparılan əməliyyatların ümumi sayı 3 973 472 olub. Onlardan dövlət qurumlarının payına toplam olaraq 3 507 322, hüquqi və fiziki şəxslərin payına toplam 453 930, vətəndaşların payına isə toplam 12 220 autentifikasiya və elektron imza əməliyyatı düşüb.

Qeyd edək ki, e-imza virtual məkanda şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir. Azərbaycan Respublikasının mövcud qanunvericiliyinə əsasən, elektron imza ilə imzalanan elektron sənədlər əl imzası ilə imzalanan və möhürlənən sənədlərə bərabər tutulur.




İmza:

"Azercell Telekom" MMC-nin “Mobil Diş Klinikası” hesabatını açıqladı

Bakcell yeni “099” prefiksini istifadəyə verib

"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətt” xidmətinə 2019-cu il ərzində 5061 müraciət daxil olub

İnnovativ “Mobil Ödəmə” xidməti artıq Azərbaycanda

“Bakcell” və “ASAN Məktub” leykemiyadan əziyyət çəkən uşaqlar üçün bayram şənliyi təşkil edib

"Azercell" bu sertifikatı alan ilk mobil operator oldu

“Bakcell”in Ulduzum proqramı abunəçilərə əlavə güzəştlər qazandırır

Azercell yenidən jurnalistlər üçün ingilis dili kursları elan edib

"Bakcell" abunəçilərlə bağladığı müqavilələriə dəyişdirəcək

Azercell və Azərbaycan Beynəlxalq Bankından ölkəmizdə bir ilk!

Azercell-dən super prizlər və sürpriz hədiyyələr qazan!

İnstagram və YouTube-un işində problemlər yaranıb

SON XƏBƏRLƏR
2020-01-17


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK