hacklink Adalet.az | Rəqəmsal Dünyanın ilk təcrübəçiləri Adalet.az | Rəqəmsal Dünyanın ilk təcrübəçiləri Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / TEXNOLOGİYA

Rəqəmsal Dünyanın ilk təcrübəçiləri

“Azercell-Lab” təcrübə proqramının qalibləri elan edildi

10880    |   2019-07-24 12:15
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Ölkəmizdə telekom sahəsinin inkişafı və gənclərin bu sahəyə olan marağını artırmaq istiqamətində bir sıra layihələr həyata keçirən "Azercell Telekom” MMC-nin may ayında elan etdiyi "Azercell-Lab” ödənişli təcrübə proqramının ilk qalibləri artıq rəqəmsal dünyaya səyahətlərinə yola düşdülər. Təcrübəçilər iyul ayının 1-dən etibarən "İT-lab" və "Biznes-lab" inkubasiya mərkəzlərində telekom sahəsinin ən son trendləri ilə tanış olmaq fürsətindən istifadə edərək nəzəri biliklərini tətbiq edib, peşəkar mühitdə şirkətin real layihələrində iştirak edirlər. Təcrübə Proqramının ilk həftəsində Azercell Akademiyasının professional tədrisçiləri tərəfindən "Azercell-Lab”-ın rezidentlərini yeni nəsil rəqəmsal texnologiyalar ilə yaxından tanış etmək üçün xüsusi master klasslar və təlimlər təşkil edilib. Qaliblər 6 ay müddətində biznes və İT sahələrində zəngin təcrübəyə malik olan aparıcı ekspertlər ilə birlikdə çalışaraq, ölkəmizin ən arzuolunan iş məkanlarından biri olan Azercell şirkətində karyeralarında ilk addımlarını atmaq üçün əvəzolunmaz fürsət əldə ediblər. Rəqəmsal Texnologiyalara həvəsi olan gənclərə dəstək olmaq və onların telekommunikasiya sahəsinə marağını artırmaq məqsədi daşıyan bu layihənın qalibləri 600-dən çox namizəd arasında akademik fəaliyyəti və peşə bilikləri əsasında dəyərləndirilərək seçilib. Bu vaxtadək Azərbaycanın müxtəlif universitetlərində təhsil alan 190-dan çox tələbə Azercell-də təcrübə keçmək fürsətindən yararlanıb. Onlardan 27-si isə artıq Azercell ailəsinə qoşulub.

Qeyd edək ki, müvəffəqiyyətlə təhsil alan və fərqlənməyi bacaran tələbələrə xüsusi qayğı nümayiş etdirən Azercell şirkəti güclü liderliyin, korporativ mədəniyyətin və insan resurslarının idarə olunması təcrübəsinin davamlı inkişafının göstəricisi olaraq "Investors in People” (IIP) - İnsana Sərmayə Standartının tələbləri üzrə dəyərləndirilərək Qızıl sertifikatına sahib oldu. Azercell ölkəmizdə Qızıl sertifikat qazanan ilk qurum olmaqla yanaşı, MDB məkanında belə bir uğura imza atan yeganə telekommunikasiya şirkətidir.

Daha ətraflı məlumat üçün news@mcs.az ünvanına müraciət edə bilərsiniz

Azərbaycanın mobil rabitə sektorunun lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi Azercell Telekom MMC 1996-cı ildə təsis edilmişdir. Azərbaycanın mobil rabitə sektorunda 49% bazar payına malik olan Azercell-in şəbəkəsi ölkə ərazisinin 99.1% (işğal altında olan ərazilər istisna olmaqla), əhalinin isə 99,8% əhatə edir. Hazırda 4,5 milyon abunəçi Azercell-in xidmətlərindən istifadə edir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, metropoliten ərazisində şəbəkənin qurulması, 24/7 Telefon Mərkəzi (*1111), həftənin 7 günü fasiləsiz ön ofis xidmətləri, M2M xidmətləri, 1 nöqtədə 3 xidmət göstərən Azercell Ekspres ofisləri, mobil müştəri xidmətləri, onlayn müştəri xidmətləri və sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti "Asan İmza” və s. 2012-ci ildə Azercell ölkədə ilk dəfə 4G xidmətini təqdim etmişdir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir. Azercell ölkədə və MDB məkanında beynəlxalq "İnvestors İn People” İnsana Sərmayə Qızıl Sertifikatına layiq görülən yeganə şirkətdir.




İmza:

“Mastercard”ın rəsmi tərəfdaşı olduğu IV Bankçılıq Forumu keçirildi

Azercell-dən Samsung smartfonları üçün xüsusi təklif!

Azercell-in “Mobil Göz Klinikası”nın yeni səfərləri

“Bakcell”dən tamamilə yeni İnternet paketləri

KİV nümayəndələri üçün “Rəqəmsal ödənişlər və innovativ həllər” mövzusunda seminar keçirilib

Azercell “İlin innovasiya tədbiri” nominasiyasında qalib gəlib

“Azercell”in “Kabinetim” mobil tətbiqi yeniləndi

Azercell bölgə ali təhsil müəssisələrinin tələbələri ilə görüşüb

"Bakcell" jurnalistləri mobil telekommunikasiyanın son həllər və yenilikləri ilə tanış edib

Azercell-in mobil klinikalarında 10 000-dən çox insan müayinə edilib

Azercell ilə ən sevilən filmləri izləmək artıq daha asandır!

"Bakcell" BDU-nun tələbə və məzunlarını karyera imkanları ilə tanış edib

SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK