viagra sipariş viagra satış viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | FİKİR AYDINLIĞI VƏ YAZIÇI MƏSULİYYƏTİ Adalet.az | FİKİR AYDINLIĞI VƏ YAZIÇI MƏSULİYYƏTİ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

FİKİR AYDINLIĞI VƏ YAZIÇI MƏSULİYYƏTİ

4064    |   2019-07-23 12:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Zəka Vilayətoğlu! Bu imza çağdaş ədəbiyyatımızda tanınan və sevilən imzadır. O, Gədəbəy rayonunun Arabaçı kəndində dünyaya göz açmış, gül-çiçək ətirli sərin çeşmələr, bulaqlarla zəngin dağların qoynunda böyüyüb-boy atmış, bu misilsiz gözəlliklərə heyrət duyğusu ilə sözə, ədəbiyyata həvəslənmişdir. Zəkanın bir xoşbəxtliyi də onda dır ki, atası Vilayət müəllim Ədəbiyyat müəllimi idi və onun mütaliəsində atasının böyük rolu olmuşdur.

İllər öncə mən Zəkanı gözəl səsli müğənni, istedadlı bəstəkar, ürəyəyatımlı, yaddaqalan mahnılar müəllifi kimi televiziya ekranlarından tanımışdım. Amma bir- birinin ardınca onun "Şah ölüm", "Küsmüş Ay","Güllələnmiş qaranlıqlar", " Milena" adlı nəsr əsərləri və"Sənə bir söz deyəcəm" şeirlər kitabı,həm də bu günlər təqdimatına yığışdığımız povest və hekayələr toplusu olan"Bataqlıq" məndə belə bir inam yaratdı ki, həqiqətən, Zəka Vilayətoğlu peşəkar yazardır, sözə könül verməklə yanaşı ona sadiq olan əsl ədəbiyyat adamıdır.

Zəka Vilayətoğlu, bir qələm əhli kimi dilin bədii çalarlarına bələd olan, sözün incəliklərini yaxşı hiss edən, özünəməxsus üslubu ilə seçilən yazıçıdır. İstedadını cilalıya- cilalıya nəsrin müxtəlif janrlarında uğur qazana bilməsi, onun güclü mütaliə və müşahidə qabiliyyətindən, daxili təlabatından, ürək çırpıntılarından yaranır. Vətənimizin dünəni və bu günü ilə çulğaşan ağrı- acılar və gələcəyimizə olan ümid, inam onun əsərlərində tam fərqli baxış bucağından böyük maraq doğurur.

Tarixə istinadən yazılmış " Şah ölüm" romanını Z.Vilayətoğlu yaradıcılığının zirvəsi hesab etmək olar. Xalq qəhrəmanı Məcid ağa Şəkibəyovun ( Qaçaq Məcidin ), azğın və tarixi düşmənlərimiz olan ermənilərə və rus çarizminə qarşı sərt və qətiyyətli mövqeyi romanın əsas qayəsini təşkil edir. Əsərdə yüksək vətəndaşlıq duyğuları, xeyir və şər qüvvələrin çarpışması göstərilir və sonda üstünlük xeyirin qələbəsinə yönəldilir. Məcid ağanın şahanə ölümü də bu əsərdə türk mənəviyyatının qələbəsi kimi səciyyələndirilir.


"Otuz üç ildən sonra dodaqlarda səslənən Mehrab adı kəndin yaddaşına uzaqdan atılan kiçik daş kimi dəydi..." "Bir qərinədən sonra" povesti bu sözlərlə başlayır.Yazıçı, artıq bütün hadisələrin gedişatını, istiqamətini bu obraza yönəltməklə "bir qərinəlik qürbət ömrü" yaşayan bu obrazın- Mehrabın timsalında həyatın dərinliklərində itib- batmış, öldüyü zənn olunan bu insanın təzədən doğma kəndinə qayıtmasını, yaxlnlarına baş çəkməsini, hətta dünyasını dıəişmiş atasının məzarını ziyarət etməsini insana məxsus müsbət və mənfi dəyərləri ön plana çəkir.Povest amirlik dövrünün ictimai həyatımıza gətirdiyi fılakətlər üzərində qurulmuşdur. Həyatın talelərə vurduğu zərbələr, mənəviyyatlarda yaranan erroziyalar əsərin başlıca təsvir obyektidir. Otuz üç il qürbət həyatı yaşayan bu insanın doğmalarından, yaxınlarından ayrı düşməsi, hətta qayıdıb gələrkən tanınmaz olması, miskinliyi məşhur atalar sözümüzə -" Qürbət cənnət olsa da, yenı də vətən yaxşı" anlamına haqq qazandırır.
Mehrab həyatdan aldığı zərbələr önündə özünü çox kimsəsiz hesab edir. Yaxın qohumu Sərxanla söhbətdə ötüb keçən ömrünü belə xarakterizə edir:" Eeeh, qardaş, başım nələr çəkmədi, bu otuz üç ildə? Yaş da öz işini görür! Yaşa dolduqca ağıllanır adam.Onda da çox gec olur. Çox peşimanam, çox! - Ani olaraq Mehrabın gözləri yaşla doldu."

Müəllif qürbətin ömrə bəxş etdiyi faciəni, peşimançılıq hissini qəhrəmanln dili ilə çox gözəl səciyyələndirir:" Ölməyə gəlmişəm! Canımdakı ağrılar anamı ağladır, Sərxan!."

Yazıçı öz qəhrəmanını müxtəlif xarekterli adamların əhatəsində verməklə, müxtəlif həyati hadisələrə diqqəti yönəltməklə onun ağrılı-acılı həyatına bir aydınlıq gətirir. Mehrab uzaq Almaniyadan cibi dolu gəlsə də, Sərxana "BMV -X-6" markalı Cip maşını alsa da, kənd camaatına xeyriyyə yardımında bulunsa da, ondan sonra başqa bir kişiyə ərə gedib uşaq yiyəsi olan köhnə sevgilisi Nazlıya israrla paketdə üç min dollar versə də, yenə özünü günahkar, bədbəxt, yararsız bir insan hesab edir. Müəllif onun fərdi keyfiyyətlərini ön plana çəkməklə müasir Azərbaycan həyatının şüurlarda doğurduğu qeyri- adi olaylara münasibətini də ifadə etmişdir.

Z. Vilayətoğlunun " Bataqlıq" kitabında toplanan hekayələrində mövzu və məzmun genişliyi, xarakter zənginliyi,psixoloji məqamlara münasibətdə yeni nöqteyi- nəzər aydın hiss olunur.İstər təbiətdə, istərsə də cəmiyyətdə insan qəlbinə yaxın olan, onun ruhunu, qəlbini oxşayan tərbiyəvi əhəmiyyəti olan hər nə varsa Zəkanın mövzu və ilham mənbəyidir.Mövzunun böyüklüyünün və kiçikliyinin onun üçün heç bir fərqi yoxdur. Çünki, o, hər şeyə eyni həssaslıqla yanaşır, eyni ilhamla, eyni qüdrətlə qələmə sarılır. Nəcib hisslərin yüksək bədiiliklə vəhdəti onun əsərlərinin ounaqlı olmasına, sevilməsinə səbəb olur. Zahirən adi görünən hadisələri bədii ümumiləşdirmə yolu ilə mənalandırmaq və onu ictimai hadisə səviyyəsində təqdim etmək sənətkarlığın ən ümdə cəhətlərindəndir.

Yazıçının hekayələrindəki obrazlar - Mənsur, Lilpar, Şəmsi, Sərdar Şahin, Oruc, Həmdulla, Zurab, Əşrəf, Mazan, Ceyhun və s. bir- birindən fərqli həyat tərzləri, düşüncələri, dünyaya baxışları portret cizgilərlə ustalıqla qələmə alınmışdır.

" Keçi südü", "Tutinaz" hekayələrində fantaziyaya meyl etsə də, bu fantastikanı real həyat həqiqətləri üzərində qurur, oxucunu düşünməyə vadar edir. " Keçi südü" Xocalı soyqırımına həsr olunub. Əsərdə kəndin ağır iniltilər içində can verib ölməsi və düşmən gülləsindən hələ son nəfəs kimi onun boğazında ilişib qalan oğlanın ayağa qalxa bilməməsi, qarlı və qaranlıq bir gecədə qarın işığına baxa-baxa yuxuya getməsi yazıçı qələmində təsirli boyalarla əks olunmuşdur. Kiçik nağıl elementlərindən istifadə olunan bu hekayədən çıxan məntiqi nəticə də elə bu yuxuyla bağlıdır. Yuxuda üç saqqallı erməninin yaralı oğlana rast gəlməsi və birinin o birinə: "Kəs bunun burnunu, qulağını. Biz gərək yer üzündən "türk"deyilən bütün varlıqları silib təmizləyək" deməsi və əlindəki bıçaqla ona sarı əyiləndə oğlanln sinəsi üstünə ilahidən göndərilən sirli bir qutunun enməsi, səsin eşidilməsi, oğlanın yoxa çıxması,düşmənlərin vahiməyə düşməsi və digər tərəfdən də oxucu intizarı hekayənin ən uğurlu cəhətidir. Müəllif bu məqamda oğlanln eşidəcəyi səsi diqqət məkəzində saxlayır:" Oğlan, məni bura sənin öz Allahın göndərib. Bu qılıncı da o yolladı sənə. Qutudakı qızıl üzükdür.Üzüyü barmağına keçirsən, səni heç kəs görməyəcək.Allahın bir də bu qılıncı göndərdi sənə və dedi ki, o, bu qılıncla döyüşüb düşməni məğlub edəcək.Yalnlz qılıncla! Axı,- dedi, - onun babaları düşmənlə üz-üzə,göz- gözə, mərd- mərdanə qılıncla döyüşüb.Öləndə mərd ölüb, qalanda mərd qalıb.Al bu qılıncı, üzüyü keçirt barmağına.Qayıt kəndə.Düşmənlər hamısı oradadır. Ən gözəl düşmən qadınları, qızları da oradadırlar.Hamlsını təslim et, dəstələyib doldur bu qalaya.

Bu hekayədə erməni şərəfsizliyinə qarşı ittiham çox güclüdür. Səsin göstərişi ilə oğlan erməni qadınlarını kişilərdən ayırıb bir güncə yığanda da, "mən sizin namusunuza toxunmayacağam, hamınız ölməlisiniz, amma mın sizi öldürməyəcəyəm" deməsi nə qədər təəccüblü görünsə belə, müəllif milli mentalitetimizə xas mənəviyyatı erməni xislətindən fərqli bəşəri bir ideyanı ön plana çəkir. Erməni qadınları gözəl olslar da, öz südləri ilə övladlarını zəhərləyib, insanlıqdan çıxarıb.Onları öldürməyib azadlığa buraxanda da qulaqlarında sırğa ola biləcək hekayə qəhrəmanının son sözü yazıçı qənaətinin uğurlu tapıntısı kimi qiymətləndirilməlidir:" Hərənizin həyətində bu gündən sonra bir südlü keçi olmalıdır.Siz ailə quranda, doğub- törəyəndə övladlarınıza öz südünüzü yox, həmin keçinin südünü əmizdirıcıksiniz. Qoyun, heç olmasa, o uşaq təmiz böyüsün, gözəl həyatı, gözəl kainatı murdarlamasın! Dediklərim olmasa yer üzündən kpkünüzü bax bu qılıncımla qazıyacam!"
Sözü yarımçıq qalan oğlanın qəfil yuxudan ayılması, boğazından azacıq nəfəsin çıxması ilə kəndin ölməsi bir detal kimi hekayənin təsir gücünü, bədii səviyyəsini yüksəltmişdir.

Z. Vilayətoğlu hekayələrində həyati hadisələrin mahiyyətini, ziddiyyətli görünən bütün nüansları oxucu dərkinə yönəldir və quru nəsihətçilikdən, öyüd- nəsihətdən uzaq olaraq əllaməçilik yaratmır. Onun əsərlərinin ümumi ruhu, ideyası insanı bəd əməllərdən, insanlığa zidd olan olaylardan çəkindirməyə, saflığa, əxlaqi dəyərlərə yönəltmək məqsədi daşıyır.O, bütün əsərlərində həyati reallığa sözün ecazkar qüdrəti, bədii ifadəsi kimi yanaşır və bunu estetik ideal, yüksək zövq mənbəyi kimi qələmə alır.O, hər bir əsərində düşüncə tərzi, emosional ovqatı ilə fərqlənən, vətənə bağlılıq nöqteyi- nəzərindən həyatın ən adi, təbii hadisələrini belə qeyri-adi şəkildə əks etdirməyi bacarır.

Nəticə olaraq qeyd edim ki, Zəka istedadlı və peşəkar yazıçıdır. Onun mayası halallıqdan, məramı haqq sevgisindən yoğrulub.Yaradıcılığını xalq ruhunun parlaq ifadəsi kimi qəbul etmək olar.Bütün əsərlərində fikir aydınlığı və yazıçı məsuliyyəti önəmlidir.Odur ki, yeni kitabına görə dəyərli qələm dostumuzu ürəkdən təbrik edir, ulu Tanrımızdan ona möhkəm can sağlığı və ədəbi mühitdə yeni-yeni yaradıcılıq uğurları arzulayıram!

SƏTTAR QARAĞACLI

Şair, pedaqoq



İmza:
SON XƏBƏRLƏR
2019-08-21


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa “Linfild” ?

"Qarabağ" (66.67%)
“Linfild” (33.33%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Akif Əhmədgil (gül kimi Akif Əhməd idi, bu «gil»i hardan gətirib Əhmədə yapışdırdı bilmirəm. Heç ondan sonra da normal bir şer yazmayıb, yazıbsa gətirsin çap edim) bostan oğurluğuna gedirlər. Baxırlar ki, bostanın ortasında bir adam durub. Akif deyir ki, Vəli, gözləyək, adam getsin.

Vəli:

- Ə, adam deyil, müqəvvadı.

- Ə, bir az vurmuşuq, gözünə müqəvva kimi görünür, adamdı.

Vəli:

- Ə, sən sərxoşsan ey, görmürsən müqəvvadı, adam olsa əlində telefon olardı.





digər lətifələr
ARXİV
FACEBOOK