hacklink Adalet.az | Demokrat Cəfərin xoruzu Adalet.az | Demokrat Cəfərin xoruzu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Demokrat Cəfərin xoruzu

7225    |   2019-07-23 11:27
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

(Hekayə)

Biz Cənubi Azərbaycandan 1946-cı ilin qarlı dekabr günü Arazın bu tayına, vətənimizin Quzeyinə köçəndən ailəmiz Ağdam şəhərində Qarabağın gözel guşəsində məskunlaşmışdı. Ağdamın məşhur bazarına yaxın küçədə yəni Xanlar küçəsi ev 34 –də yaşayırdıq. Gözəl həyətimizi, iki mərtəbəli evimiz var idi. Dörd tərəfimiz yaxşı qonşularla əhatə olunmuşdu. Hamısı xeyrə-şərə yarayan qonşular idilər.


Ağdam şəhərinin camaatı qaynar bir həyat sürsələr də, çox adamlar bir-birini yaxndan tanıyırdı. Böyüyə, kiçiyə çox hörmət qotyurdular. Ağdamda çoxu ağ mişardaşlarından evlərini erməni ustaya tikdirirdilər. Bizim də iki mərtəbəli evimizi atamın "dost” saydığı erməni Suren tikmişdi. Bir ətək pul almışdı. Doyunca evimizdə yeyib içmişdi. Yaxşı yadımdadı elə daşı-daş duyduqca zarafata sahıb deyirdi:- "Ara Cafar narahat olma, ara bu evi özüm üçün tikirəm”. Çox sonralar anladım ki, bu Suren niyə belə deyirmiş? Əfsuslar olsun. Nə isə... Ağdamda çox adamı ləqəbi ilə tanıyırdılar. Məsələn: "Yumurta Bəhrəm”, "Qəssab Rəşid”, "Patifon Vəli”, "Zərgər Bahadur”, "Komunist İsa”, "Alverçi Soltan”, "Kömür satan Diləzbər”.

Mənim atam Cəfəri isə "Demokrat Cəfər” kimi tanıyırdılar. Məndən uşaq vaxtı soruşanda ki, kimin oğlusan? Özümdən asılı olmayaraq cavab verirdim ki, "Demokrat Cəfər”-in. Atam çox təşkilatçı kişi idi. Ali təhsili yox idi. Amma elə yazıb, pozurdu elə bil iki universitet qurtarıb. Gözəl tar çalırdı. Pəsdən Teymur Mustafayev sayağı oxuyurdu. Şeirler yazırdı. Cənubi Azərbaycanda Milli Azadlıq Hərəkatında fəaliyyətinə görə fərdi təqaüd alırdı. Deyəsən çox kənara çıxdım... Bizim həyətimizdə toyuq –cücə çox olurdu. Amma bir gözəl xoruzumuz var idi. Boyu hündür, qanadları, quyruğu zümrüd rəngində çalırdı. İri ayaqları var idi Gözöləri qartal gözlərinə oxşayırdı. Dimdiyi də dimdiyi kimi. Adamın üstünə yüyürəndə adam xoruzdan qorxurdu. Atam hər gün qamış zənbillə bazara gedər, bazarlıq eləyərdi. Dəmir darvazadan ayağını içəri qoyan kimi xoruz harada olsa onu görər, qanad açıb onun qabağına yüyürərdi, özünü aşağı əyib qanadını atam gətirən zənbilin altına verərdi. Darvaza ilə evimizin arası 20-30 metr olardı. Atam znbilli anama verənə kimi xoruz atama kömək eləyərdi. Kişi ilə insan kimi danışırdı. Hamımız bu xoruza məəttəl qalmışdıq. Hərdən uşaqlara da cumurdu. Amma kəsməyə əlimiz gəlmirdi.


Qarabağın acılı günləri başladı. Nankor ermənilər, ağdamlıları pərən-pərən elədilər. Evimizi qoyub çıxmalı olduq. Dəmir darvaza da elə açıq qaldı.

Bir gün xoruz yuxuma girdi.

Yuxuda gördüm, erməni Suren belində torba, əlində kalaşnikov avtomatı darvazamıza yaxınlaşır. Darvazanı açıq görüb ürəklə içəri girdi.

- Haa! Bu evi mən elə özüm üçün tikmişdim. İndi qapı-pəncərələri, ağ list dəmirləri söküb aparacam.

- Ay Cafar! Elə bu evi mənim üçün qoyub getmisən!.. birdən alnının ortasından iki qoşa təpik dəydi. Suren yerə sərildi. Özünü itirdi. Məgər burda adam var?... Birdən xoruzu gördü. Xoruz qartal kimi onun üstünə şığıdı. Qoşa təpiklə onu yerə sərdi. Suren ayağa qalxıb xoruza diqqətlə baxdı. Xoruz adam kimi danışırdı.

- Quq-quq, quq-quq... Xoruz deyirdi. Bu evdə yediyim çörək sənə haram olsun. Burnunun deşiyindən gəlsin. Quq-quq, xeyrini görməyəsən. Sənin həyət-bacan da belə yiyəsiz qalsın. Xoruz iki qanadı ilə Sureni altına basmışdı.

- Gözəl nə gözəl, belə xoruzu vurmazlar. Bunu diri tutub aparacam. Bu qartaldı ki,...

- İstədi xoruzu diri tutsun. Xoruz bir neçə dəfə ona hücum elədi. Üst-başını ayaq caynaqları ilə cırıq-cırıq elədi. suren hirsləndi. Avtomatı yerə qoyub, xəncərə bənzər bıçağını çıxartdı. Xoruz ondan əl çəkmirdi. Şığıyırdı üstünə. Əl atıb xoruzun boğazından yapışdı. Xəncəri xoruzun boğazına çəkdi və tələsik torbasına basdı. Pəncərələri, qapıları ağ dəmirləri sökməyi sonrakı günə saxladı. Küçəyə çıxdı. Xanlar küçəsi ilə üzü Sarı təpəyə tərəf getmək istəmədi. Qəfildən xoruz torbadan qanı axan boğazını çıxartdı. İki dəfə qanadlarını çırpdı. Qanlı boğazını Surenin üz-gözünə şappıldatdı. Surenin üz-gözü qana bulaşdı. Bir erməni harsını (arvadı) evləri gəzə-gəzə qənimət toplayırdı. Sureni bu halda görüb;

- Axber (qardaş) məgər burda ağdamlı qalıb?... Səni bu kökə kim salıb?.. Suren torbadakı boğazından qan axan gözəl xoruzu göstərdi. Haxçınin (arvadın) matı-mutu qurudu.

- Səni bu günə başı kəsik xoruz qoyub? Ağdamlı qalmış olsaydı səni sağ buraxmazdı. Suren başını kəsdiyi xoruzu fəxrlə yuxarı qaldırıb arvada dedi:-Axçı bilirsən bu kimin idi? Bu xoruz "Demokrat Cəfərin xoruzudu”.

- Mən belə bir yuxu görmüşdüm. Amma mənə elə gəlir ki, bizim xoruzumuz elə belədə eləyib. Axı o Demokrat Cəfərin xoruzu idi.

Tariyel Ümid.




İmza:
SON XƏBƏRLƏR
2019-11-15


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (93.33%)
Pullsuz (6.67%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK