hacklink satın al hacklink al warez forum warez script hacklink Adalet.az | Millət vəkili Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb Adalet.az | Millət vəkili Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / GÜNDƏM

Millət vəkili Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb

6264    |   2019-07-19 12:00
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Millət vəkili Qənirə Paşayeva Namibiyanın baş naziri ilə görüşdə Qarabağ həqiqətlərindən danışıb.

Adalet.az-ın məlumatına görə, Namibiyanın baş naziri xanım Saara Kuugongelna-Amadhila ilə görüş zamanı Q.Paşayeva Azərbaycanın bütün ölkələrlə, o cümlədən Afrika ölkələri ilə əməkdaşlığın inkişafına önəm verdiyini deyib. Azərbaycan parlamentinin Afrika ölkələri ilə əlaqələrin və dostluğun inkişafına verdiyi önəmdən danışan deputat əməkdaşlığın daha da genişlənməsinin vacibliyini xüsusi vurğulayıb.

Müzakirələr zamanı Q.Paşayeva Namibiyanın baş nazirinə ölkəmizin Birinci vitse-prezidenti Mehriban Əliyeva başda olmaqla Azərbaycan qadınlarının cəmiyyətdə rolundan danışıb və qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Deputat Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları,1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi və onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 26 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə ətraflı məlumatlar verib.O deyib ki, dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar. İki ölkənin qadın siyasətçləri, iş adamları, qeyri-hökumət, KİV nümayəndələri arasında münasibətlərin və qarşılıqlı səfərlərin vacibliyi, münasibətlərin, əməkdaşlığın inkişafı üçün böyük prespektivlər olduğunun vurğulandığı görüşdə və iki ölkə arasında qarşılıqlı dəstəyin və əməkdaşlığın daha da sürətlənəcəyinə inam vurğulanıb.

Namibiyanın baş naziri xanım Saara Kuugongelna-Amadhila millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva ölkəsinə dəvət edib. Görüşün sonunda millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Q.Paşayeva Namibiyanın baş naziri xanım Saara Kuugongelna-Amadhilaya Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Şurasının dəstəyi ilə hazırlanmış Azərbaycan tarixini, mədəniyyətini, Qarabağ, Xocalı soyqırımı həqiqətlərini özündə əks etdirən xarici dillərdə hazırlanmış kitab, sənədli film və materialları təqdim edib.



İmza:
SON XƏBƏRLƏR
2020-01-26
2020-01-25
2020-01-24


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90.32%)
Pullsuz (9.68%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Sovet dönəmi. Vəli Xramçaylı universitetin jurnalistika fakültəsində oxuyur. Ateizm müəllimi Qədim Mustafayev Allahın yoxluğu ilə bağlı mühazirə oxuyur və sonda bir-bir tələbələri durğuzub deyir:

- Denən Allah yoxdur.

Hamı bir-bir deyir ki, Allah yoxdur. Axırda sıra Vəli Xramçaylıya çatır, o dillənmir. Qədim müəllim soruşur:

- Sən niyə demirsən?

Vəli Xramçaylı:

- Məllim, yoxdusa yoxdu, varsa niyə yoxdu deyib Allahla aramı vurum?!





digər lətifələr
ARXİV
FACEBOOK