AYRILIQ

FAİQ QİSMƏTOĞLU
34030 | 2013-05-04 00:37

... Bir gözqırpımında mərmi gəlib düz kəndin ortasına düşdü. Mərmi kəndin ortasınadüşəndən sonra möhkəm partladı. Camaat bir-birinə dəydi: ayaq altında qalankim, qışqıran kim və canını götürüb qaçan kim! Mərminin partlayışı o qədərgüclü idi ki, çoxları qulaqlarını tutub dizüstə oturmuşdu. Eləsi də vardı ki,nə mərminin partlayışından qorxurdu, nə də "erməni gəldi qaçın" deyənkiminsə çağırışından...

... Yenəətrafa göz gəzdirdi. Doyunca həyətlərindəki iri palıd ağacına baxdı. Bu palıdağacının 150 yaşı vardı. O qədər palıd ağacının kölgəsində əyləşib nərdtaxtaoynamışdılar ki! Elə bu palıd ağacı da onlara sanki bir arxa idi. Kənddə buhay-küydən sonra hərə bir tərəfə qaçmışdı. Amma Məhəmməd müəllim heç nəolmayıbmış kimi bir də palıd ağacına baxdı, kənd qəbiristanlığında uyuyaninsanların məzarına baxdı, gözləri doldu. Gözlərindən axan yaş sifətinə doğruaxdı. Əlinin arxasıyla çöhrəsindəki yaşı sildi. İstədi ki, hamı getsə də o eləoturub kənddə qalsın və ov tüfəngi ilə axırıncı patrona qədər ermənilərlədöyüşsün...

Çoxfikirləşəndən sonra bu qərara gəldi ki, ailə-uşağını götürüb kənddən çıxsın.Çünki bir az ləngisəydi, hər şeyin axırı pis qutarardı: topların gurultusu,mərmilərin səsi lap yaxından gəlirdi! Lap yaxından gələn səsə diqqətlə hakimkəsildi, üzünü həyat yoldaşına və övladlarına tutub dedi:

- Kənddənhamı çıxıb. Heç özüm də bilmirəm nə eləyim?! Ancaq ləngimək ölümə bərabərdi.Gərək 5-10 dəqiqəyə kənddən çıxaq!

Məhəmmədmüəllimin həyat yoldaşı Sevinc dilləndi:

- Bayaqdanbaxıram, görürəm, gözlərin dolub. Səni qınamıram, bu yurdda atalarımızın,babalarımızın qəbirləri qalır. Evimiz qalır, eşiyimiz qalır. Bir də qoca palıdağacı qalır. Ayağımız gedir, ürəyimiz getmir. Neynəmək olar?! Elnən gələnqada-bala toy-bayramdı!..

Məhəmmədmüəllim:

- Belə dəbayram olar?! Hər şeyimiz əlimizdən çıxır, biz də aciz vəziyyətdə arvad-uşağıgötürüb kənddən qaçırıq...

- A kişi,görmürsən, bütün ordu, əsgərlər, komandirlər hamısı aradan çıxıblar. Sən indidurub burda ermənini qarşısında ov tüfəngi ilə nə eləyə biləyəcəksən?! Yaxşısıbudur, ləngimə, maşını işə sal, tez çıxaq, - deyə həyat yoldaşı Məhəmmədmüəllimə ürək-dirək verdi.

Məhəmmədmüəllim axırıncı dəfə həyətlərinə baxdı, palıda baxdı və uşaqlara işarə elədiki, maşına əyləşsinlər. Uşaqlar maşına əyləşdi, o da sükan arxasında oturub maşınıüzü Horadiz şəhəri istiqamətinə sürdü. Ordan da düz Bakıya üz tutdu...

Çox çətinidi onlar üçün, qaçqın həyatı yaşamaq. Amma Məhəmməd müəllim heç vaxt ruhdandüşmürdü. Fikirləşirdi ki, dünyanın işini bilmək olmaz, bir də görərsən ki, hərşey dəyişdi, bizimkilər işğal altında olan torpaqlarımızı azad elədi. Hər günevə gələndə dilxor qayıdırdı. Həyat yoldaşı Sevinc isə ona təsəlli verib,deyirdi:

- AyMəhəmməd, tək biz deyilik ki, yurdundan didərgin düşən. Gör nə qədər qaçqınvar?! Ay rəhmətliyin oğlu, onların sayı 1 milyondan çoxdur ey! Sən də elə bilki, dağ uçub altında qalmısan.

EləMəhəmməd müəllim uçan dağın altında qalan adama bənzəyirdi: bir az dərdli, biraz qəmli, bir az da kədərli. Başının açılan vaxtı olmurdu. Düzdü, məktəbə gedibuşaqlara dərs deyər və üstəlik də direktor olduğu kollektivdə vaxtınıkeçirərdi. Buna vaxt keçirmək yox, Əzrayılla əlləşmək demək idi. Məhəmmədmüəllim çətin anda, ağır gündə ailəsinə, balalarına sığınırdı. Onları bir yerdəgörəndə, çöhrələrində təbəssüm hiss eləyəndə, bir balaca eyni açılırdı və qanıdurulurdu...

...Qızlarından biri ağır xəstəliyə düçar oldu. O, yer qalmadı ki, Məhəmmədmüəllimin qızı Gülbaharı ora aparmasın. Həkimlər müayinə etdilər, müalicəyazdılar, amma bunun da bir faydası olmadı. Hər gün qızı Gülbahar onun gözününqarşısında şam kimi əriyirdi. Bu ata üçün çox böyük dərd idi. Atanın gücüçatmırdı ki, balasını bu sağalmaz dərddən xilas eləsin! Həkimlər də demişdilərki, biz bacardığımızı elədik, bundan sonra hər şey Allahdan asılıdı. Məhəmmədmüəllim və həyat yoldaşı Sevinc isə hər gün Allaha dua eləyər, balasına şəfaverməsini arzulayardı.

Gülbaharyataqdan qalxıb atasına baxdı. Gördü ki, atası qəm dəryasındadı. ƏlləriniMəhəmməd müəllimin əlinə toxundurdu:

- Ata, qəmeləmə, şükür Allaha, o biri uşaqlarının canı sağ olsun. Bir də mənim üstümdə nəəziyyət çəkmisən, halal elə! Neçə aydır o həkim qalmayıb ora aparmayasan. Ammagörünür, mənim taleyim belə yazılıbmış: yurdumuzdan didərgin düşməliymişəm vəgəlib qərib yerdə dünyamı dəyişməliymişəm.

Qızınınsözlərindən sonra Məhəmməd müəllimin gözləri daha da doldu. İstədi göz yaşlarınıGülbahara bildirməsin. Gülbahar isə hər şeyi görürdü və bilirdi. Atası onunsaçlarını sığallayaraq:

- Qızım,sən niyə ümidsiz danışırsan?! Hər şeyi həyata gətirən də Allahdır, aparan da.Allah səni heç vaxt darda qoymaz. Allah məni də, ananı da dardaqoymayacaq, - deyib susdu.

Qızı dabilirdi ki, atası ona təsəlli verir və atası Gülbaharın yaşaması üçün bir atakimi hər şeyi artıqlaması ilə eləmişdi. Gülbahar da yaxşı bilirdi ki, Məhəmmədmüəllim onun yaşaması üçün həyatını da verməyə hazır idi...

... Səhərsaatlarında Gülbahar keçindi. Məhəmməd müəllimin dağ boyda olan dərdi daha daböyüdü. Həyat yoldaşı Sevincin bu dərdən beli büküldü. Amma dərdi verən Allah,səbri də verir. Həmin an Allah-Təala Məhəmməd müəllimə elə bir səbr verdi ki, osəbr olmasaydı, yəqin ki, qızının dərdindən onun ürəyi partlayardı. Allah heçvaxt bəndəsini darda qoymur. Sadəcə olaraq, onu çətinə salmaqla, sınamaqlaimtahana çəkir. Bu imtahandan çıxanlar Allahın ən çox sevdiyi insanlar olurlar.Elə Məhəmməd müəllim də bu dərdli anında Allaha olan sevgisini qorudu...

Yaxın dostuilə Binəqədidəki qəbiristanlığa getdi. Orda münasib bir yer tapıb qızını dəfnelətdirmək istəyirdi. Qəbiristanlıqda qəbirlər üçün yer ayıran adamayaxınlaşdı:

- Bu yermənim xoşuma gəlir: həm çökəklik deyil, həm də bir az hündürdür. Nə qədərdesəniz hörmət eləyəcəm. Bu yeri bizə verin ki, uşağı dəfn eləyək!..

Yeri ayıranadam:

- Buranısizə verə bilmərəm. Çünki həmin yer çox bahadır. Başqasına satacam. Sən dəqaçqın adamsan, o qədər pulun nə gəzir ki, o yeri alasan?!

Məhəmmədmüəllim:

- A kişi,sən pulunu de, mən verərəm!

- Bilirsənqardaş, o yeri satmıram ey! Yaxşı müştəri çıxanda bilmirəm verəcəm,verməyəcəm?! Elə yaxşısı budur, bax bu yeri götürün!

- Axı buraçökəklikdir. Yağış yağanda su qəbri basacaq!

- Mənbilmirəm, bundan artıq yer verə bilmərəm. Özü də pulu indi ver!

Məhəmmədmüəllim əlinin cibinə salıb o dediyi məbləğdən 10 manat az pul verdi. Bildirdiki, cibində olan pul bu qədərdi. Bir-iki saatdan sonra dəfin başa çatanda o 10manatı da verərəm.

Oğlan əsəbihalda dilləndi:

- Bilmirəm,bax mütləq verərsən ha, pulu?! Verməsən, ailəmi bir-birinə qataram...

Dəfnmərasimi başlaynada yenidən həmin adam Məhəmməd müəllimə yaxınlaşdı. Məhəmmədmüəllim dərdin-qəmin içində canını qoymaya yer tapmayanda o adam onun qulağınapıçıldadı:

- Bayaq nə danışmışdıq. Demişdin ki, 10manatı verəcəksən. amma bu azdır, 10 manat da əlavə elə!

Məhəmmədmüəllim baxışlarını onun üzündə gəzdirdi və sonra da bu adamın qulağına pıçıltıilə dedi:

- A kişi, görmürsən ki, bütün camaatqəbiristanlıqda bizə baxır. Bir səbrini bas, gözlə, dəfn qutarsın, mən özümsənə yaxınlaşıb dediyin məbləği verəcəm!

Artıq ətrafdakılar da hiss eləyirdilər ki, Məhəmmədmüəllim hansı anları yaşayır: bilmir dəfn olunan qızının dərdini çəksin, yoxsa qəbiristanlıqdayer satan adamın nazıyla oynasın. Dəfn mərasimi bitdi və Məhəmməd müəllim həminadama o əlavə pulu da ödədi.

Qızının7-si günü bütün qohum-əqrəba Gülbaharın məzarını ziyarət eləməyə gəlmişdi.Həmin qəbrin yaxınlığındakı yerdə isə başqa bir adamı dəfn edirdilər. Qəbirqazan çox nurlu və halal bir adam idi. O, Məhəmməd müəllimə yaxınlaşaraq birdaha ona Allahdan səbr dilədi və dedi:

- Məhəmmədmüəllim, bilirsən, orda dəfn olunan adam kimdir?! Yeddi gün bundan əvvəl o yerisizə vermirdi ha, qəbir yeri satan adamı deyirəm. Bax həmin adam qəfildənrəhmətə gedib, indi onu dəfn edirlər. O vaxt ona dedim ki, ay kişi, Allahındanqorx, dərdli adamla bazar açma. Görürsən ki, onun qızı rəhmətə gedib, özü dəabırlı, ziyalı adamdı, nə qiymət "oxuyursan"?! Bilirsən, həmin adamsənin kimi nə qədər dərdli insanın dərdiylə alver edib, pul qazanıb?! Deyirdima bala, belə yolla qazanan pulu yemək olmaz! Amma nə mənası var, dünya vecinədeyildi. Bu qulağından alıb, o qulağından verirdi. Allahın səbri böyükdür. Səninçəkdiyini mən yaxşı bilirəm. Mən bilirəm ki, övlad itirmək, nə deməkdir! Düz 40ildir bu qəbiristanlıqda işləyirəm. İmkansız adamların çoxundan qəbir qazandapul almamışam. Axı mənim də iki cavan oğlum bu qəbiristanlıqda yatır...

Məhəmmədmüəllim qəbir qazan Əşrəf kişini dinləyəndən sonra bildirdi:

- Qurbanolum Allaha! Mən heç vaxt haqsız iş görməmişəm. Amma qəbir yeri satanın o əməliyadımdan çıxan deyil. Görünür, Allah onun belə işlərinə dözmədi və cəzasınıverdi. Əşrəf kişi mənim qızımın məzarını sən qazmısan. Bilirəm ki, halaladamsan, o pulu da sənə zornan veriblər. Amma adam ki, başının üstündə Allahıgörür, Allah heç vaxt o insanı darda qoymur...

AllahMəhəmməd müəllimi də darda qoymadı. Çünki o biri övladları çox fərasətli,bacarıqlı çıxdılar. Ali tibb təhsili aldılar və Məhəmməd müəllim övladlarınabaxanda sevinirdi. Hələ nəvələri isə onun qucağına atılanda ən ağır dərdinibelə unudurdu. Nəvələrini bağrına basır və deyirdi:

- Allahsənə şükür! Bunları vermisən, bunları həyata gətirmisən, bunlar da məniyaşadır!

NəvələriMəhəmməd müəllim evə gələndə üstünə qaçırdılar. Hamısı bir ağızdan qışqırırdı:babamız gəldi, babamız gəldi...

Məhəmmədmüəllim evə qayıtdı və sevinclə dilləndi:

- Ayuşaqlar, ay Sevinc, hamınız hazırlaşın, sabah Füzuliyə gedirik...

FAİQQİSMƏTOĞLU

[email protected]

TƏQVİM / ARXİV