Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | "Facebook gündəliyi" Adalet.az | "Facebook gündəliyi" Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / RUBRİKA

"Facebook gündəliyi"

6615    |   2019-07-17 15:01
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Facebook - fikirləri ifadə etmək üçün əsrarəngiz məkandır. Bir vaxtlar qətiyyən xəyalımıza gətirə bilmədiyimiz, keçmişə nəzərən möcüzəvi sayılan bu məkan, indi həyatımızın ayrılmaz bir parçasıdır. İnsanı bir cümləsindən belə tanıtdırmağı bacardığı üçün Facebook sosial şəbəkəsini sadəcə, alqışlamaq lazımdır. Həyatda necəsənsə, virtualda da o cürsən. Nə olsun ki, məkan dəyişikliyi var, sən ki həmin adamsan.

Yaz, səni tanıyım. Yazmaq elə danışmaqdır. İnsan öz-özünə danışdıqlarını yazır. Yazır və məhz onda daha dəqiq, daha səlis eşidilir.

Əziz dostlar, xüsusən də ictimai sferada tanınanlar, siz yazın, biz onları yayaq. Biz, yəni Adalet.az. Yayaq ki, yazdıqlarınız daha çox oxunsun, tanınsın. Necə varsa, elə də tanınmaq, bəlkə də insanın özünə arzuladığı ən böyük istəkdir.


***



Günay Arda: "Artıq təqaüd almaq üçün "Neçə il dövlətə işləmişəm" qırğını edən adamlar indi ona-buna "Sən dövlətə işləyirsən" deyir.


***


Rəfiqə Əziz: "Gözləmədiyin yerdən, gözləmədiyin insanlar tərəfindən, gözləmədiyin hərəkətlə vurulmaq deyə bir həqiqəti var imiş bu dünyanın. Xatırlatdı...


***


Zaur Əhməd: "Təmkinli, səbrli, emosiyasız, dünyəvi, vurdum-duymaz olmaq lazımdır. Bizi gor qonşularımızla üz-göz eləməyin. Hər nə oldusa, oldu. Tay şişirtməyin nə mənası var.? Hamımız torpaqdan gəlmişik, torpağa da gedəcəyik. Torpaq üçün də dava-dalaşa, səs-küyə dəyərmi? Kim nə deyirsə, təxribatdı. Yola verin, getsin. Bundan sonra belə məsləhətdi.


***


Əziz Əlibəyli:Bundan sonra mənim üçün "gürcü xəngəli" bitmişdir.
Yaşasın "Borçalı xəngəli"...


***


İlqar Atabəyli: "Hamı dad edir ki, ölkədə boşanma pik həddə. Bütün saytlarda yazılar var. Amma əsil səbəbi izah edə bilmirlər. Sosial vəziyyət pisdir? Müharibə vaxtı və ondan sonra bundan pis olub. İnsanlar yarıac olub amma boşanmayıb. Düzdü, sovet ideologiyası boşanmanı təqdir etmirdi. İndi hec bir ideologiya yoxdu. Ailə institutu dağılıb. Əvvəl kişi qızını ərə verəndə deyirdi, ordan meyidin çıxsın. Yəni boşanma. İndi deyir bir şey olsa dalında atan var.
Millət dəyişib. Azərbaycanlı olaraq15-20 il qabaq düşünə bilməzdi ki, kimsə çıxa verlişə, ailə problemindən danışa, gəlinindən, qızından, arvadından. İndi adi şey.
Texnoliogiya- telefon, internet, narkomaniya, alkoqolizm. Bunar da səbəblərdən biri.
Məsləhətsiz evlənmələr, yerd yurd bilmədən. İnciməsin hec kim, tutaq ki, tovuzlu ilə masallının evliliyi nadir halda tutar. Biri dindar və qapalı, biri yeyib-icən.. Ailələr də uyğun gəlməli.
Kənd yerində boşanan nisbətən az. Cünki hamı bir birin tanıyır, söz söhbətdən ar edir.
Bakıda it yiyəsin tanımır.
Ailə saxlamağa hazır olmayan gənc oğlanlar var ki məsuliyyəti dərk etmir. 6 aya bezir. və s.”


***


Elməddin Muradlı: "Həyatda hər kəs öz rolunu oynayır. Kimi sadəcə artistlik edir, kimi də iz qoyub gedir...


***


Ceyhun Rzayev: "Kaş, gözlənilmədən vəzifəyə keçərdim. İt ilində hardasa mənimlə şəkil çəkdirən, illərlə arayıb-axtarmayan biri xəbəri saytlardan oxuyan kimi dərhal həmin şəkli arxivdən tapıb paylaşardı ki, əziz dost, doğma insan, hər şeyin ən yaxşısına layiqsən. Adımı da işarələmək şərtilə. Dostlar, tanışlar, yoldaşlar, qohumlar, qlamurkalar kommentdə adımı işarələyib təbrik edərdilər. Vəzifəyə keçən hər bir insan kimi mən də yazılanları oxuyub reaksiya verməzdim. Illərlə məni arayıb-axtarmayan adam da bütün təbrik kommentlərini əvəzimə layk edərdi.


***


İlkin İzzət Bağırov: "Mənə çox maraqlıdır. Dövlətin kənd təsərrüfatına və fermerlərə dəstəyi artdıqca biz meyvə-tərəvəzin və digər k/t məhsullarının qiymətinin getdikcə aşağı düşəcəyini gözləyirdik. Amma nədənsə proses əksinə gedir. Bunun inandırıcı əsaslandırmasını verə bilən var? Mən Bakıda meyvə-tərəvəzin qiymətinin bu qədər baha olduğu mövsümü xatırlamıram. Bu barədə istər adi vətəndaşlar, istərsə jurnalistlər demək olar ki, hər gün yazır, sosial şəbəkələrdə paylaşımlar edir. Bəs rəsmi olaraq kimsə vəziyyətlə bağlı izahat verib, məsələyə aydınlıq gətirib? Bəlkə mənim diqqətimdən yayınıb, ona görə soruşuram.


***


Vüsal Məmmədov: "Harun Yahyaya verilən 870 il cəzanın bir qismini onun buradakı dişi və erkək pişiklərinin arasında bölmək pis olmazdı. O sıra ilə düzülüb, "Səni çox seviyoruz, Hocam", "Vətəni sevməyi səndən öyrəndik", "Qadınlara dəyər verməyi səndən öyrəndik" deyən boyu yerə soxulası məxluqat var idi ha, bax, onları deyirəm. Bulqakov "Master və Marqarita"da yazır ki, sevən öz sevdiyinin taleyini bölüşməlidir. Qoy, bunlar da sonacan sevib, Hocalarının taleyini paylaşsınlar. Bir ara əməlli-başlı qudurmuşdular, söyüş söyür, hətta üstümüzə "razborka"ya gəlirdilər. Gözləri ayaqlarının altını görmürdü sosyetik dindoşların. Nə oldu bəs, indi niyə itiblər?! Təkamül çürüyüb qurtardımı?! Xalq arasında keçini dingildədənin nə olması haqqında kobud bir məsəl var. Bunlarda da həmin haqq-hesab imiş.


***


Qadir İbrahimli: "Gürcülər iddialarında davam edəcək, Bakının təmkinli mövqeyi isə bu iddiaları daha da qidalandıracaq!



Sübhan


İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK