Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Artıq çəkilərə “əlvida!” deməyin 7 sağlam üsulu Adalet.az | Artıq çəkilərə “əlvida!” deməyin 7 sağlam üsulu Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / MARAQLI

Artıq çəkilərə “əlvida!” deməyin 7 sağlam üsulu

9093    |   2019-07-18 17:29
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Tez çəki itirmək bir çox hallarda təhlükəlidir, təbii ki, bu sizin pəhrizinizdən asılıdır. Sağlam qidalanma ilə də sürətli arıqlamaq mümkündür. Necə? Cavabı bu məqaləmizdə.

1. Özünüzə qidalanma və idman üçün xüsusi təqvim tutun

Dərs, iş və şəxsi həyatınıza uyğun saatlarda edəcəyiniz idmanı və yeyilməsi lazım olan qidaları planını hazırlayın. Hər həftənin əvvəlində günəbəgün hazırlaya biləcəyiniz bu bəsit metod daha idarəli şəkildə çəki atmağınızda faydalı olacaq.

Beləliklə, darıxdırıcı və məcburi planlarla deyil, öz hazırladığınız, sizə uyğun planla idman, yuxu və qidalanma siyahınız sayəsində daha asan və tez çəki itirəcəksiniz.

2. Yeyilməyən deyil, yeyilən qidalara fokuslanın

Çəki atmaq istəyirisinizsə, hətta bunu daha tez həyata keçirməyi arzulayırsınızsa, qidalanmaya xüsusi diqqət yetirməlisiniz. Bunun üçün nə yeməli olduğunuzu bilib, bu siyahıdan kənarda qalan qidaları həyatınızdan uzaqlaşdırın. Gün ərzində yeməklərin çeşidlərinə fərdi yanaşmalı, hər yeməkdə bir protein qaynağı, bir yağ qaynağı və karbohidratı az olan tərəvəzlər seçilməlidir.

3. Yeməkləri asta yeyin

Bəzən film izləyərək yeyirik və nədən nə qədər yediyimizin fərqində olmuruq. Ortaya təqdim olunan yeməklərdən hansından neçə qaşıq yediyimizi belə xatırlamırıq. Beləcə, kaloriləri hesablamadığımız müddətdə tez arıqlamaq mümkün olmaz.

Boşqabdakı yeməkləri yaxşı çeynəyərək, dadını hiss edərək yeyin. Bu formada qidalansanız beyninizə doyduğunuz barəsində siqnalları tanımaq üçün vaxt vermiş olursunuz. Bu həm çəki itirməyə kömək edir, həm də çox yeməyinizin qarşısını alır.

4. Çox su için

Araşdırmalara görə, çox su içən insanların az su içənlərə nəzərən daha tez arıqladığı məlumdur.

Meyvəli sular hazırlayaraq həm suyu daha rahat içəcək, həm də artıq kalorilərdən qurtulacaqsınız. Suyunuza limon, göyərti, nanə, dəmlənmiş yaşıl çay ya da darçın, zəncəfil qataraq öz aromalı sularınızı hazırlaya bilərsiniz. Bundan əlavə, gün ərzində meyvə, qatıq və yulaflı qidalar yeməyiniz tövsiyə olunur. Hər gün bir fincan yaşıl çayla südsüz və şəkərsiz qəhvəni də siyahınıza əlavə edin.

5. Hər gün idman edin

İdman yağları yandırmaqla yanaşı ideal və sağlam bədən quruluşuna sahib olmağınıza kömək edəcək. Qidaları azalda bilmirsinizsə, mütləq hər gün idman etməlisiniz. Sağlam həyat tərzi üçün bunu vərdiş halına çevirin.

6. Gecə yuxusuna diqqət edin

Bəzi araşdırmalar göstərir ki, yaxşı yatmayan insanlar yemək yeməyə və kökəlməyə daha çox meyilli olur. Bu səbəbdən 6-8 saat yuxu almağınız mütləqdir.

7. Stressinizi azaldan işlərlə məşğul olun

Stress adrenalin və kortizol kimi hormonların fəaliyyətini dəyişir. Davamlı stress zamanı kortizol qanda daha çox qaldıqda bu iştahı artırır və kökəlməyinizə səbəb olur.

Qısca desək, sağlam və tez çəki itirmək istəyirsinizsə əsəbdən uzaq olun.

Qaçış, yoqa, meditasiya və nəfəsalma məşqləri edərək stressinizi azalda, yox edə bilərsiniz. Heç birin etməsək belə, açıq havada sakit otura, dənizdə və təbiətdə ayaqyalın gəzə bilərik.




İmza:
SON XƏBƏRLƏR
2019-09-21
2019-09-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
"Qarabağ", yoxsa "Sevilya"?

"Qarabağ" (60%)
"Sevilya" (40%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK