ANA SƏHİFƏ / YAZARLAR

GÖRƏN İNSANLAR NİYƏ CİDDİ SÖZƏ İNANMIR?

(Bakıda Qış bulvarı salınmır)

25203    |   2010-02-27 02:28
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Qəzetləri açırsan, elə qəzet var ki, bu mövzuya üç-dörd məqalə həsr edir, özü də hər gün. Müzakirələr gedir, köşə yazıları yazılır və sair və ilaxır. Təbii ki, söhbətin nədən getdiyini bildiniz. Füzuli heykəlinin önündən Heydər Əliyev adına saraya qədər ərazidəki məhəllə sökülür. Əslində şəhərin mərkəzindəki bu məhəllə Bakımıza heç yaraşmır. Köhnə, uçuq-sökük binalar, şəraitsiz, dar dalanlar, həyətlərdə ümumi ayaqyollarıg Harda, özü də şəhərin düz mərkəzində.
   
   
   
   İndi bu məhəllələr sökülür və yerində gözəl bir park salınacaq.
   
   Hələ Sovetlər dönəmində Bakının baş planında bu məhəllələrin sökülüb yerində park və bağlar salınması nəzərdə tutulmuşdu. Özü də təkcə həmin ərazi yox, eyni zamanda Milli Dram Teatrının arxasından keçmiş Sovetski küçəsinə qədər ərazidə.
   
   O vaxt Bakını istəməyənlər, ümumiyyətlə Azərbaycanı istəməyənlər bu planın həyata keçirilməsinə mane oldular. İndi müstəqil dövlətik, əlimizin üstündə də əl yoxdur. Bakını dünya şəhərləri sırasına çıxarmaq üçün kimsə bizə mane ola bilməz.
   
   Ona görə, həmin məsələ yenidən gündəmə gəlib, layihə hazırlanıb , özü də gözəl bir layihə hazırlanıb. Və möhtərəm prezidentimiz İlham Əliyev bu layihəyə xeyir-dua verib və indi layihə həyata keçirilir. Kim istəyirsə Bakı Şəhər İcra Hakimiyyətinə gedib həmin layihə ilə tanış ola bilər. Və ümumiyyətlə, Bakı Şəhər İcra Hakimiyyəti binasının foyesində bütün layihələr divardan asılıb, foyeyə müxtəlif məhəllələrin maketləri qoyulub. Həmin layihələrə və maketlərə baxmaq kifayətdir ki, son 8-9 ildə Bakıda görülən işlərin həcmi haqqında dolğun bir bilgi alasan.
   
   Qış bulvarı söhbəti olub. Amma bu çox qısa zamanda ləğv edilib. Bakı Şəhər İcra Hakimiyyəti tamamilə başqa bir layihə hazırlayıb və həmin layihəni də möhtərəm prezidentimiz İlham Əliyevə təqdim edib. Prezidentimiz də layihəni bəyənib.
   
   Layihə həyata keçirilməyə başlayanda bizim qəzet də bu məsələ ilə maraqlandı, layihə ilə tanış oldu. Və bu barədə də 2009-cu il 23 dekabr nömrəmizdə "Bakıda "Azərbaycan dahiləri" parkı salınır" adlı məqalə dərc olundu, layihə haqqında məlumat verildi.
   
   Amma, nədənsə bizim dəqiq məlumatımıza heç kim əsaslanmır, hamı ağız söhbəti üstündə köklənir. Ay nə bilim, Qış bulvarı belə getdi, ticarət mərkəzi tikiləcək, nə bilim nə tikiləcək. Və hər gün də fakta söykənməyən müzakirələr.
   
   Ona görə də, mövzuya qayıtmağı məsləhət bildik.
   
   Burada park salınır. Və bu parkda da Azərbaycanın tarixində çox mühüm rol oynamış şəxsiyyətlərin, dahilərimizin büstləri qoyulacaq. Özü də burda qəribə bir simvolika var. Dahi Füzulidən başlayan park Azərbaycan xalqının yetişdirdiyi, Azərbaycan dövlətinin qurucusu dahi Heydər Əliyevin möhtəşəm heykəlinə qədər uzanacaq.
   
   Bu parkın salınması həm də şəhərimizdəki tıxac probleminin həllində önəmli bir rol oynayacaq. Parkın altında 2000-ə yaxın avtomobil üçün üçmərtəbəli dayanacaq da nəzərdə tutulub. Bu da şəhərin mərkəzi küçələrinin hərəkətə maneçilik törədən 2000 avtomobildən qurtulması deməkdir.
   
   Bunun nəyi pisdir? Niyə bu parkın salınmasına qarşı belə bir hücum var, etiraz var? Həmin parkın salınmasına bir çox iş adamları da maraqlı deyillər. Çünki onlar həmin ərazini ələ keçirib orda göydələnlər tikmək üçün bərk çalışsalar da istəklərinə nail ola bilməyiblər. İndi mətbuatın onları dəstəkləməsi qəribədi. Yaxşı işə xeyir-dua verərlər, daşa tutmazlar.
   
   Və hökumət bu parkın salınması, bakılıların mədəni və mənəvi istirahəti üçün, körpələrimizin sevinci üçün milyonlarla manat pulundan keçir.
   
   Güman ki, hökumətin imkanı çatanda Milli Dram Teatrının arxasından köhnə Sovetskiyə qədər (indiki Nərimanov prospekti) ərazidə də abadlıq işlərini həyata keçirəcək.
   
   Və həmin ərazilərdə heç bir məişət şəraiti olmayan, kommunal şəraiti olmayan insanlar da təzə mənzillərlə, rahat mənzillərlə təmin olunacaq. Bunun nəyi pisdi?
   
   Bütün sivil ölkələrdə olduğu kimi Azərbaycanda da dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsində hansısa binaların sökülməsi qanunla müəyyən edilib. Və sökülən binaların sahiblərinə də bazar qiymətləri ilə pul ödənilir. Razılaşmayanların da hüquqları var ki, məhkəməyə müraciət etsinlər. Amma heç kəs öz istədiyi qiyməti qoya bilməz. Kimsə bir kvadratmetrə 10 min manat pul istəyir. Bakının hansı ərazisində kvadratmetri 2500 manatdan artıq olan mənzil var?
   
   Bakı Şəhər İcra Hakimiyyəti də bununla bağlı açıqlama verdi, amma yenə də söz-söhbət davam edir.
   
   Ərazidə "Azərbaycan dahiləri" parkı salınır, Bakının gözəlləşməsi üçün daha bir möhtəşəm layihə həyata keçirilir. Kim bizim yazımıza, eləcə də Bakı Şəhər İcra Hakimiyyətinin açıqlamasına inanmırsa, buyurub Bakı Şəhər İcra Hakimiyyətinə gedib layihə ilə tanış ola bilərlər.


YAZARIN ARXİVİ

2011-01-22 : ÖLÜLƏR
2011-01-08 : ÖLÜLƏR
2010-05-07 : GÜL BAYRAMI
2010-04-30 : DAĞLAR OĞLU
2009-06-24 : EŞŞƏK ZARAFATI
2009-06-20 : DOLU
2009-05-07 : GÜL BAYRAMI...
2008-12-27 : GÜL BAYRAMI
2008-04-12 :
2006-08-30 : İSLAM FAŞİZMİ
SON XƏBƏRLƏR
2018-07-21
2018-07-20


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirirsiniz?

Evdə (20%)
İşdə (80%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
Qadın hirslə ərinə zəng edir:
-Hansı cəhənnəmdəsən indiyə qədər? Saat neçədir, xəbərin var?
-Əzizim, o heç vaxt unutmadığın qeyri-adi üzük olan zərgərlik dükanı var idiye. O vaxt pulum olmadı, ala bilmədim sənə. Dedim ki, eybi yox, pulum olan kimi ilk işim bu üzüyü sənə almaq olacaq. Yadındadır? Qadın yumşalır və həyəcandan titrəyən səslə:
- Hə, əzizim, əlbəttə yadımdadır. Heç xatırlamaz olarammı?
- Bax o dükanın yanındakı çayxanada uşaqlarla domino oynayıram, bir azdan gələcəm.




digər lətifələr
ARXİV
FACEBOOK