ANA SƏHİFƏ / GÜNDƏM

Milli Məclis tətilə çıxdı - Deputatlara iki aylıq müavinət veriləcək

6080    |   2019-07-12 14:16
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası başa çatıb.

İyulun 12-də parlamentin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib.

Toplantıda 28 məsələ müzakirə olunub. Əksəriyyəti 2-ci cə 3-cü oxunuşa çıxarılan qanun layihələri müzakirələrdən sonra ayrı-ayrılıqda səsvermə nəticəsində qəbul edilib. İclas Azərbaycanın dövlət himninin səsləndirilməsi ilə başa çatıb və deputatlar tətilə çıxıblar.

Parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətdə olacaqlar.

"Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna əsasən, deputatlara məzuniyyətdə olduqları zaman müalicə olunmaları və istirahət etmələri üçün iki aylıq vəzifə maaşı məbləğində müavinət ödəniləcək. Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, tətil dövründə qanunverici orqanın növbədənkənar sessiyası çağırıldıqda parlamentin tətili növbədənkənar sessiyanın keçirildiyi müddətə dayandırılır və deputatlar həmin müddətə məzuniyyətdən geri çağırılırlar.

Qeyd edək ki, parlamentin yaz sessiyası fevralın 1-də başlayıb və mayın 31-dək davam edib. İyun-iyul aylarında qanunverici orqanın növbədənkənar sessiyası çağırılıb.

Növbədənkənar sessiya çərçivəsində 5 plenar iclas keçirilib.




İmza:

Bu gün deputatlar növbədənkənar iclasda 4 məsələni müzakirə edəcəklər

Bu muzey və sərgi zalları saat 14:00-dan fəaliyyətini dayandırır

Həftəsonu yollarda şəxsi avtomobilindən istifadə edənlər cərimə və yaxud həbs oluna bilər

Mətbuat Şurası həftəsonu məhdudiyyətlərlə bağlı jurnalistlərə müraciət etdi

Bu ərazilərdə sərt karantin rejimi tətbiq olunacaq

Bu gün qısa iş günü olacaq

DSX: Keşikçidağda təxribat xarakterli hər hansı hadisə qeydə alınmayıb

Bakı metrosu həftə sonu işləməyəcək

"ƏDALƏT" QƏZETİNİN OXUCULARININ NƏZƏRİNƏ!

Ramin Bayramlı: Hazırda pandemiyanın başlanğıc mərhələsindəyik

Azərbaycanda koronavirusa daha 262 nəfər yoluxub, 72 nəfər sağalıb, 2 nəfər ölüb

Azərbaycanda içməli su üzrə sayğaclaşma 82,5 faizə çatıb

SON XƏBƏRLƏR
2020-06-05
2020-06-04


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (89.39%)
Pullsuz (10.61%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki qonşu olur: biri hamıya pislik edən, bir neçə villanın sahibi, gününü eyş-işrətdə keçirən, Allahı, peyğəmbəri tanımayan bir məmur. O birisi də Allahı, peyğəmbəri tanıyan, xoş xasiyyətli müəllim.

Bir gün Allahı, peyğəmbəri tanımayan məmur ölür. İki-üç aydan sonra müəllim də ölür.

İnkir-minkir müəllimi sorğulayır, görürlər yaxşı adamdı, amma onun da günahları var. Deyirlər:

- Davay, cəhənnəmə.

Bir söz demədən gedir girir cəhənnəmə.

Bir az fırlanmış görür ki, məmur qonşusu oturub stolun başında, böyür-başında da əyanları. Məmurun başında da dəfnə çələngi. Yaxınlaşıb deyir:

- Qonşu, o dünyanı qatıb-qarışdırdın, min günaha batdın, cəhənnəmdə də stolun başında oturmusan, yanında da əyanların, başında da dəfnə çələngi.

Məmur deyir:

- Ə, yaxşı bax, məni ağaca keçiriblər, başımda çiçəkləyib.





digər lətifələr
ARXİV
FACEBOOK