viagra sipariş viagra satış palo santo viagra fiyatları viagra fiyatı time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri izmir escort live bet Film izle hacklink kiralık bahis sitesi satılık bahis sitesi Adalet.az | Aristokratlığı ilə seçilən fərqli xanım Adalet.az | Aristokratlığı ilə seçilən fərqli xanım Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / ƏDƏBİYYAT

Aristokratlığı ilə seçilən fərqli xanım

ÖZÜM GÜNAHKARAM

7913    |   2019-07-11 16:51
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

O, xanım-xatınlığı ilə seçilir. Fərqli bir xanımdır. Ədəbi mühitdə özünün və şeirlərinin sakit və "ağırtaxtalı” olması da diqqətdən kənar qalmır. Sözlərinə yazılan mahnılarda da bir ziyalılıq, bütövlük və böyüklük boy verir. Haqqında həmişə xoş sözlər eşitmək olar. Onunla, tanınmış şair Kəmalə Abıyeva ilə "qora bişirən” iyul ayının nisbətən sərin keçən bir günündə həmsöhbət olduq.

- Kəmalə xanım iyul ayı sizin üçün nə ilə fərqlənir?

-Xoş gördük Faiq bəy.Bu isti günlərdə oxucularımızla belə isti görüş üçün təşəkkür edirəm . Yəqin hamı üçün dünyaya gəldiyi gün, ay fərqlidi-"mənim ayım, günüm” deyirsən. Nədənsə həmişə valideynlərimi, onların gəncliyini, sevgisini xatırlayıram.

- Nədənsə bu isti yay havasında sözlərinizə yazılan mahnılar daha çox yada düşür. Bakı yay aylarında istisi ilə adamı bezdirirmi?

-Bir neçə gün öncə Mərdəkanda idim. Bakı küləyi gecəni "Bakı haqqında nağıl”a bürümüşdü. Xoş idi. Öz - özümə düşündüm ki, mahnını vurğunluqla dinləyənlər bilmir ki, müəlliflərdən biri eyvandan Xəzərə baxır. O mahnılar gözəldir, həmişə yada düşəcək.

İsti hava adamı bezdirir,amma Bakı, ya başqa bir qarış torpağım məni bezdirmir.Mən problemlərə görə vətəni qınayanları başa düşmürəm. Azərbaycanın, Bakının dili olsaydı, "sizdən bezmişəm”deyərdi. Bakının havası həmişə bürkü,isti olub. Amma belə olmayıb. Bu sayı-hesabı olmayan tikililər Bakını boğub, küləyi çaşbaş edib. Bu qədər daşın içində havamı olar? Bu şüşələr var ha, hər yerə vururlar, bunlar hamısı havaya ziyandı.

- Nə yazırsız, nədən yazırsız?

- Əslində çox şeydən yazıram və yazmaq istəyirəm: şeirlər, publisitik yazılar, hekayələr . Bütöv Azərbaycan istəyirəm. Son şeirlərim bu haqdadır:

Bir az bənövşə kimi kol dibində qalmışam,

Bir az İrəvan kimi böynubükük olmuşam...


İtən bir iz kimiyəm,axtarıb tapmaq olmur.

Bir az Təbriz kimiyəm, gedirsən çatmaq olmur.

....


- Bəs nədən bezirsiz?

- İnsanın kiçik düşməyindən,xırdalanmağından-yalandan,laqeydlikdən, haqsızlıqdan.Nədənsə bezmək bir az da əhvala bağlıdır.

- Deyirsiz”dünyanı nağıl bilək”. Mümkünmü?

- Nağılların təsiri ilə yazılan şeirlərim var: Mənə nağıl danış,ay ana de ki,ötən günlərimiz nağıldı elə.

Sonu yaxşı olur hər bir nağılın, nə qədər qorxulu olsa da belə.

Və ya

Ən sadə həqiqəti,ən adi həqiqəti elə nağıllar dedi:

Əgər biri vardısa, o biri də yox idi.

Həyat elə nağıldı: həmişə biri yoxdu...Xeyir –şər,divlər,təpəgözlər,Simurq quşu və s.həyatımızda var. Hər kəsin nağıllardan fərqli olaraq sonu həmişə xeyrin qələbəsiylə bitməyən həyat nağılı var. Kiminsə əlindən tutanda "dünyanı nağıl bilək” dediyin anlar var. Yanaşma nisbidi həyatın özü kimi. Bir vaxt anlayırsan:"nağıllar anaların uydurduğu ümidlər, ümidlər anaların uydurduğu nağıllardı”.

- Havaların istisi təbinizin ləngiməsinə təsir etmir ki?

- Xeyir. Məncə yazı fəslin deyil, adamın öz havasından asılıdır.


Arada tərcümə ilə də məşğul olursuz.

- Elədi. Rus dilini bilirəm. Dünya ədəbiyyatını rus dilində oxuyurdum. Son illər danışmadığımızdan danışıqda azca çətinliyim olur. Amma tərcümədə çətinlik çəkmirəm. Qızım Aysel Əlizadənin tərcümə kitablarını redəktə etmişəm. Hal-hazırda İ. Pintoseviçin kitabını tamamlamışam. Belarus ədəbiyyatından Aleksey Matvienko və Oleq Jdan Puşkindən tərcümə etmişəm. Lap elə bu günlərdə Belarusyanın informasiya naziri Ales Karlyukeviçdən yeni tərcümə təklifi gəlib. Minskdə MDB ölkələrinin "Sozvuçye” ədəbiyyat və publisistika portalı fəaliyyət göstərir. Dəyərli yazıçımız Kamran Nəzirlinin şəxsi təşəbbüsü ilə bədii əlaqələrimiz yaranıb. Son bir – neçə ildə Kamran bəy istedadlı yazarlarımızın yazılarını "Sozvuçye”- yə təqdim edir. Heç bir dostluq, tanışlıq əlaqəsi olmadan. Ədəbiyyatımıza xidmət edir təmənnasız əsil ziyalı, yazıçı, söz adamı kimi. Təəssüf ki, O yeganədir.

-Kəmalə xanım, gününzün yəqin ki bəzi vaxtları nəvənizlə keçir. Nəvə şeir kimi şirindir, yoxsa şeir nəvə kimi?

- Şeir nəvə kimi şirin olar.Nəvədən şirin, nəvədən böyük nə varki? Siz də bunu bilirsiz. Dəniz indi sizdən məşhurdur.

-Sözlərinizə yazılan mahnılar hamısı ürəyə yatımlıdır. Sizcə buna görə bəstəkara təşəkkür düşür, yoxsa bəstəkar bu sözlərə görə sizə "sağ ol” deyir?

- Ümumilikdə, mətni seçə bilən bəstəkarların hamısına təşəkkür edirəm. "Gəl, gəl yarım,get,get yarım” tipli sözlərə elə bu tip musiqi yazanları, ifaçıları peşəkar hesab etmirəm, yüz musiqi təhsili olsa da. Amma bəstəkarlar da "sağ ol”deyir. Başqa necə ola bilər? Axı mahnını çox vaxt şeir yazdırır. Bəstəkar sözü duymasa, gözəl mahnı yarada bilməz. Sevimlimiz, Xalq artisti Aygün xanım Səmədzadənin mahnıları çox sevilir. Çünki sözə həssaslıqla yanaşır, şeiri duyur.


-Xanım xatın qadınsınız, özünüzə məxsus xarakteriniz var. Şeirləriniz necə, başqa şairələrin şeirlər ilə müqyisə də atistokratığı ilə seçilirmi?

- Belə fikir yaratmaq çox xoşdur. Hər kəsin özünəməxsusluğu var. Yaradıcılıq da belədir. Siz də fərqli görürsüz məni və yaradıcılığımı. Deməli seçilirəm müəyyən mənada. Bayağı, şit görünmək istəmirəm.Mən başqasının kitab təqdimatında güclə söz alıb öz şeirini oxuyanları başa düşmürəm. Adam elə aristokrat olmalıdır:özünə,sözünə hörmət etməlidir.

-Sizin mahnılarınız elə bil Bakının boyuna biçilib, başqa regionlarla müqyisədə yəni. Ümumiyyətlə mətnləriniz fərqlidir.

- Bakıda böyümüşəm, oxumuşam, yaşamışam. Təbiiki təsiri hiss olunmalıdır.Nəsə anladan,yaşadan söz dəyərlidir.Mahnı mənim üçün ciddi sənətdir. Bir mahnı səni daha çox tanıdır, fikir yaradır, sevgi, şöhrət verir. Mahnının insanların müsiqi zövqünə təsiri daha çoxdur.

- Doğum gününz olacaq bu günlərdə.

- 13 – də.

- Siz də nəhs hesab edirsiz?

- İnsan həyatı boyu yalnışlar edir.Sonra səbəb,bəhanə axtarır. Olub ki, mən də "nəhs gündə doğulmuşam” düşünmüşəm. Amma götür-qoy edəndə görüsən ki, 13 yox, özüm günahkaram.

- Nə hisslər yaşayırsız?

- Yaşa dolduqca doğum günlərinin gec olmasını, unudulmasını istəyirsən. Qocalıq gəlir. "Yaşımla fəxr edirəm-filan. Qocalıq gözəldi” deyənlər var. Mən demirəm. İstəmirəm yaşımı soruşsunlar. Qocalıq da elə qocalıqdı.Nəyi gözəldi?

-Deyin, gənclik illərində sizə məktub yazanlar çoxmu olub? İndi necə? Heç məşhur bir mahnıda deyildiyi kimi məktub yazıb bağışlanmağını istəyənlər olubmu?

- İlk sevgi məktubunu məktəb illərindəalmışam. Çox yazılıb, etiraflar olub. Amma elə ciddi günahı olan biri olmayıb ki, bağışlanmasını istəsin. Sevgilər,etiraflar və hörmət olub. Amma "nə vaxtsa sizi incitmişəmsə məni bağışlayın”kimi mesajlar almışam.

- Kəmalə xamım, bu isti yay havasında ədəbi aləmdə vəziyyət sizcə necədir? Bürkü, boğanaq deyil ki?

-Boğanaqdı. Söz var,yaradıcılıq var, istedadlı nəsil var. Amma çoxu işsiz,evsiz... Bilirsiz, mən hay-həşir salan deyiləm. Amma bu yaxında bir status paylaşmışdım: "Deyirlər, AYB-nin 1500-dən çox üzvü var. Amma elə bil AYB-nin 15 üzvü var”- qısaca deyirəm. Hər yerdə eyni adamlar. Cavanlar danışanda qınayanlar çox olur, amma haqlıdılar. Niyə Mövlud kimi istedalı gənc intihar etməlidir? Ya Mahmud ölməlidir? Dözmürlər. Rəşad Məcid dəstək olmağa çalışsa da, kifayət deyil. İllərdi prezident təqaüdü var. İllərdi düşünürəm ki, daha çox ehtiyacı olanlar var. Amma elə adamlara verirlər ki, heç o pula ehtiyacı yoxdur. Axı bu təqaüd hansısa xüsusi əsərə, yazıya görə verilmir. Bu yazarların maddi vəziyyətinə dəstək kimi təsis olunub. Nə bilim, nə deyim? Əgər mən də danışıramsa, deməli boğanaqdı.

Sizcə nə etmək olar?

- Bilirsiz, bir dəfə müəllimə yoldaşımla AYB-yə getdim. Xanım elə bilirdi ən möhtəşəm yerdədi. Ona elə gəlir yazıçılar ən ədalətli, ən ağıllı,ən dürüst insanlardır, yəni fərqlidilər.Tərif çıxsa da, məni tanıyır yaxından: yalan danışmayan, haqqın yanında,ədalətli kimi. Kənardan çoxu belə düşünür. Bu mühiti yaratmaq lazımdır. Gənclərə,cavanlara daha həssas yanaşmaq, istedadlara dəstək olmaq lazımdır. Azərbaycanın Yazıçılar Birliyi olmaq lazımdır.

- Biz sizə uğur, xoş günlər, bütün planlarınızın yerinə yetməsini arzulayırıq. Siz özünüzə nə arzulayardınız?

- Özümə də, hər kəsə də mənəvi və fiziki sağlamlıq arzulayıram. Sizə də mənə oxucularla söhbətləşmək imkanı verdiyinizə görə təşəkkür edirəm.





Faiq BALABƏYLİ



İmza:
SON XƏBƏRLƏR
2019-09-16
2019-09-15
2019-09-14


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Məktəbli formalarının qiymətlərindən razısınızmı?

Hə (25%)
Yox (75%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Vaxtilə ölkənin baş antisemiti Mixail Andreyeviç Suslov danışdığı bu anektoda hələ də gülürük.

Sovetin vaxtı.

Bulvara bir çəllək kvas gətirirlər. Satıcı onu qoşqudan açıb satmağa hazırlaşır.

Bir nəfər yaxınlaşır:

-Çəlləyin hamısının qiyməti nə edir?

-Özün hesabla: iki yüz litr, hər bardağı da 30 qəpikdən. Yüz iyirmi manat.

-Al, bu da sənin pulun, get gəz, kef elə. Axşam gəlib boş çəlləyi götürərsən.

-Yaxşı!

Satıcı çıxıb gedir. Kişi plakat açır: "Kvas pulsuzdur”.

Camaat əvvəlcə təəccüblənir. Sonra yavaş-yavaş yaxınlaşır. Sonra növbə, sonra uzun növbə, daha sonra əsl izdiham. Söyüş, hay-həşir. Kimi növbəsiz soxulur, kiminə çatmır. Dava, mərəkə, bıçaqlaşma.

Milis gəlib, izdihamı dağıdır. Təhrikçilərisə qoduqluğa.

Kişini də aparırlar.

Sıxma-boğmaya salırlar.

-Dava salmaqda məqsədin nə idi?

-Qətiyyən belə bir məqsədim yox idi!

-Qeyri-qanuni ticarətlə məşğulsan?

-Camaata havayı kvas paylayırsan. Şahidlər var.

-Deməli oğurlamısan!

-Öz pulumla almışam. İxtiyarım çatır.

-Bəlkə dəlisən?

-Normal adamam. Arayışım var.

-Yaxşı, başa düşdük, biz səni buraxırıq. Ancaq, de görüm, niyə bunu edirdin? Niyə öz pulunu göyə sovurursan? Niyyətin nədir?

- Yaxşı, qoy deyim. Mən artıq yaşlı adamam. Dəqiq bilirəm ki, kommunizmə kimi yaşaya bilməyəcəm. Ancaq çox istəyirdim ki, kommunizmin necə olacağını öz gözlərimlə görüm...

Kommunizmdə...





digər lətifələr
ARXİV
FACEBOOK