hacklink Adalet.az | Faiq QİSMƏTOĞLU: GÖY ÜZÜNÜN ADAMI Adalet.az | Faiq QİSMƏTOĞLU: GÖY ÜZÜNÜN ADAMI Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / YAZARLAR

Faiq QİSMƏTOĞLU: GÖY ÜZÜNÜN ADAMI

7286    |   2019-07-13 10:24
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

"Ömür mənalı yaşanıbsa, ölüm də mənalı olur...”

Vaqif Bəhmənli


... Dünyada Allah tərəfindən sevilən insanlar var və Allah tərəfindən sevilən insanlara böyük Yaradan hər şey bəxş edib; istedad verib, təmizlik verib, vicdan verib və bir də qeyri-adi ömür bəxş edib. Bu adamlar həm də Allah-Təalanın seçilmişləridir. Digərlərindən fərqli olaraq onlar dünyaya gəlirlər, öz izlərini qoyurlar, əbədi olaraq yaddaşlarda qalırlar. Və həm də bu adamlara göy üzünün adamları demək olar...

Mən çox təmiz adam tanıyıram. Amma professor, Azərbaycan mətbuatı tarixinə adı qızıl hərflərlə yazılmış Şirməmməd Hüseynov barmaqla sayıla biləsi böyük ziyalı, böyük alim, böyük jurnalist, böyük filosofdu. Bəlkə də Şirməmməd müəllim dünyanın ən təmiz, ən pak, ən vicdanlı, ən namuslu adamlarından biridir. O Şirməmməd müəllim ki, evi qədər doğma bildiyi Bakı Dövlət Universitetində öz təmizliyi, öz vicdanı və öz dəst-xəttiylə bir tarix yazıb.

Ola bilər bu universitetdə çox savadlı və istedadlı alimlər olsun. Və daha doğrusu, olub və var da! Ancaq Şirməmməd Hüseynov tək univürsitet aləmində deyil, Azərbaycanda çox böyük nüfuzu olan ziyalıdır. O ziyalı ki, həmişə, hər vaxt öndə olub... o ziyalı ki, balalarından da, doğmalarından da çox Azərbaycanı sevib... o ziyalı ki, sözüylə əməli həmişə bir olub... Bizdə çox adam danışanda gözəl danışır. Amma əməlinə baxıb görürsən ki, tutduğu yolla danışığı bir-birini tamamlamır. Yəni hər şeyi tərs mütənasibdi...

Ötən əsrin 70-ci illərində biz Şirməmməd müəllimin tələbələri olmuşuq. Daha doğrusu, 1974-79-cu illərdə Azərbaycan Dövlət Universitetinin (BDU) jurnalistika fakültəsində oxuyurduq. Və o vaxtlar da böyük müəllim bizim fakültənin dekanı idi. Fakültənin müəllimləri heç vaxt bizi incitmirdilər. Bizə ən çox kənardan gələn müəllimlər ədalətsizlik edərdilər. Bunu da Şirməmməd müəllim biləndə o dəqiqə aləm bir-birinə dəyərdi. Şirməmməd müəllim gəlib görərdi ki, kənardan gələn müəllim tələbələri haqsız yerə "kəsib”. O dəqiqə Şirməmməd müəllim məsələyə qarışar, kafedrayla danışar, yeni müəllim gələr və bizdən obyektiv imtahan götürərdi. Həmin müəllimin "kəsdiyi” tələbələrin əksəriyyəti təkrar imtahan zamanı yüksək qiymət alardılar. Haqsızlıq eləyən müəllim isə fakültədən qovulardı.

O, nə müəllimin haqqını tələbəyə, nə də tələbənin haqqını müəllimə verərdi. Çünki Şirməmməd Hüseynov heç vaxt haqqı nahaqqa verməzdi... çünki Şirməmməd Hüseynov insanlara və tələbələrinə qarşı həmişə ədalətli idi... çünki Şirməmməd Hüseynov jurnalistika fakültəsində çox böyük ədalət və şəffaflıq yaratmışdı. Mən Qurana əl basaram ki, onun dekanlığı dövründə fakültənin bir müəllimi belə tələbədən bir stəkan çay ummayıb... mən Qurana əl basaram ki, Şirməmməd müəllim və onun komandası istedadlı və savadlı tələbələrə qarşı heç vaxt ədalətsizlik eləməyib... mən Qurana əl basaram ki, o müəllimlər heç vaxt savadlı tələbənin haqqını tapdamayıblar...

Şirməmməd Hüseynov heç vaxt zəif adamlara qarşı öz gücünü göstərməyib. O, yalnız haqsızlığa qarşı mübarizə aparanda da özündən vəzifəcə böyük şəxslərə etirazını üsyankarcasına bildirib. Onun çiyindaşlarını bu gün də xatırlayıram: Mir Cəlal Paşayev, Nəsir İmanquliyev, Qulu Xəlilov, Nurəddin Babayev, Nəriman Zeynalov, Famil Mehdi, Cahangir Məmmədli, Tofiq Rüstəmov, Yalçın Əlizadə, Akif Rüstəmov, Əliş Nəbili, Mahmud Mahmudov, Nəsir Əhmədli... Bu böyük ziyalılar Şirməmməd müəllimin yaratdığı ədalətli və vicdanlı yolun yolçuları idi. Bu böyük ziyalılar nur işığı idi, sevgi idi, haqq-ədalət idi. Bizim qəlbimizə işıq saçırdılar. O müəllimlər bizimlə çox sadə və səmimi dildə danışmağı bacarırdılar. O böyük müəllimlər bizi öz balaları qədər sevirdilər. Və biz də onları öz doğmalarımız bilirdik.

Heç vaxt yadımdan çıxmır. Əbdürrəhman Vəzirovdan sonra Azərbaycanda hakimiyyətə Ayaz Mütəllibov gəlmişdi. O da vəzifəli şəxsləri və ziyalıları toplayıb Prezident Aparatında iclas keçirirdi. Şirməmməd Hüseynovun kəskin çıxışı bugünki kimi yadımdadı. O, üzünü Ayaz Mütəllibova tutub dedi ki, biz gözləyirdik siz köhnə hakimiyyətin səhvini təkrar eləməyəcəksiniz, Azərbaycanda sağlam mühit yaradacaqsınız. Amma siz o mühiti yaratmaq əvəzinə, qapı-pəncərəni bağladınız, xalq da bu havasızlıqdan boğulur. Bunu deməyə ürək lazım idi. Çünki bu sözü deyən adamı hər şey gözləyirdi: həbs də, ev dustaqlığı da! Ancaq Şirməmməd Hüseynov heç nədən çəkinib qorxmadan kişi kimi Ayaz Mütəllibovun üzünə dedi. Bax, ona görə, bu xalq, bu millət Şirməmməd Hüseynovu çox sevir. Çünki milyonlarla adamın deyə bilmədiyi sözü o deyib. Belə kişilər az-az olurlar və belə kişilər kişi kimi yaşayıb və kişi kimi də Allahın dərgahına qovuşurlar...

Bir dəfə müəllimimiz Akif Rüstəmovla metronun "20 Yanvar” stansiyasında görüşdük. İki daşın arasında Şirməmməd müəllimdən söhbət düşdü. Dedi ki, ahıl yaşda olmasına baxmayaraq, yenə hər gün arxivlərə gedir, Məmməd Əmin Rəsulzadə ilə bağlı sənədlər üzə çıxarır, öz təqaüd pulu ilə onları çap elətdirir. Bunu ancaq Şirməmməd müəllim eləyə bilərdi. Və ömrünün son gününə qədər Məmməd Əmin Rəsulzadə ilə bağlı çoxlu kitablar, heç kimin aşkar etmədiyi tarixi sənədlər üzə çıxardı. Və hamısı da onun zəhməti və alın təri hesabına işıq üzü gördü...

Professor Cahangir Məmmədli Şirməmməd müəllimin həm sevimli tələbəsi olub, həm də yaxın dostu. Daha doğrusu, böyük müəllim öz tələbəsinə atalıq eləyib. Şirməmməd müəllimin dəfn günündə Cahangir Məmmədlinin çox səmimi və qeyri-adi çıxışı məni də kövrəltdi. O dedi ki, mən atadan yetim qalmışdım. Şirməmməd müəllim mənə atalıq eləyirdi. O, dünyasını dəyişdi, ikinci dəfə atadan yetim qaldım. Hər iki müəllimimin bir-birinə çox səmimi münasibətləri olub. Bunu tələbə vaxtı biz də görmüşük. Və Şirməmməd müəllim heç də hər adamla Cahangir müəllimlə olduğu kimi isti münasibətdə - ata-oğul münasibətlərində olmayıb. Ən azından ona görə ki, o uzun illər görüb ki, Cahangir müəllim oğul kimi ona çox sədaqətli idi.

Şirməmməd müəllimin yas mərasimində bizim tələbə dostumuz və qardaşı oğlu Yusif Hüseynov Cahangir müəllimə yaxınlaşdı. Həmin masanın arxasında universitetin sabiq rektoru, akademik Abel Məhərrəmov və digər böyük ziyalılar əyləşmişdilər. Yusif Cahangir müəllimə dedi ki, indən sonra əmimin iyini səndən alacam! Bu söz Cahangir müəllimi və bizim hamımızı kövrəltdi, gözlərimiz doldu. Çünki böyük müəllim, böyük ictimai-siyasi xadim, böyük ziyalı Şirməmməd Hüseynov Azərbaycanın ziyalı dünyasından gedən şəxsiyyətdir. Yəni onun ölümü bir ailəni, bir rayonu, bir universiteti deyil, bütün Azərbaycanı kədərləndirib. Və belə ziyalılar heç də tez-tez dünyaya gəlmirlər.

Müəllimə ən yaxşı qiyməti onun tələbələri verir... müəllimi hamıdan yaxşı onun dərs dediyi tələbələr tanıyırlar... müəllimin hansı çətinliklər yaşadığını onun tələbələri daha yaxşı bilirlər... Bizim də tanıdığımız böyük Şirməmməd Hüseynov dünyanın ən təmiz, ən vicdanlı, ən namuslu ziyalısı idi. O, 95 il ömür yaşadı və bu 95 il ömrü çox mənalı, çox da yaddaqalan günlərə çevirdi. Onun bir saat, bir dəqiqə də vaxtı boş, mənasız keçməyib. Böyük Vaqif Bəhmənlinin diliylə demiş olsaq: "Ömür mənalı yaşanıbsa, ölüm də mənalı olur...”. Onun ölümü də ömrü kimi mənalı oldu və bütün Azərbaycanı silkələdi...

...Və bütün ziyalılar kövrəldi. Bu cür ziyalılar yer üzündən çox göy üzünün adamıdı... bu cür ziyalılar sağlığında Allaha qovuşurlar... bu cür ziyalılar əsrlər keçsə də heç vaxt tarixin yaddaşından çıxmırlar. Və Şirməmməd Hüseynov da göy üzünün adamıdı. Ruhun şad olsun, göy üzünün adamı!..




İmza:

YAZARIN ARXİVİ

2018-11-24 : ONLUQ QIZIL
2017-12-15 : O BİR QAYA
2017-12-13 : PARTAPART...
2017-12-05 : UNA NƏ QATAQ?
2017-11-28 : O BALACA UŞAQ
2017-11-22 : QALXIN, OTURAQ!
2017-11-08 : O, BİR NUR İDİ
2017-08-31 : DUZSUZ ADAMLAR
2017-08-28 : İSRAFÇILIQ
2017-08-18 : MÜBARƏK ÖLÜM
2017-08-11 : AY İŞIĞI
2017-07-07 : NƏNƏ VƏ NƏVƏ
2017-06-23 : MÖCÜZƏ
2017-06-06 : ÖLDÜR MƏNİ...
2017-05-23 : ÖLMƏYƏN ÜMİD
2017-05-12 : QARA QOÇ
2017-03-30 : NANKOR OĞUL
2017-03-17 : TUT QURUSU…
2017-02-03 : ÖLÜ XORTLADI…
2017-01-06 : BU ÜRƏKLƏ…
2016-12-09 : SÖZÜN ƏTRİ
2016-11-05 : O YAZ YAĞIŞI...
2016-11-04 : O YAZ YAĞIŞI…
2016-10-15 : AĞ YUXU
2016-07-09 : ÇİNAR AĞACI
2016-04-23 : ŞEYTAN AĞACI
2016-03-08 : BALACA PADŞAHLAR
2016-02-20 : KÖPƏYƏ EHSAN
2016-01-16 : DÜNYA MALI...
2015-11-14 : EŞŞƏK SÜDÜ
2015-08-22 : ZƏRBƏ
2015-07-04 : AĞACLAR QURUYUR
2015-06-13 : QORXMA, OĞUL!
2015-06-02 : ALAÇATI...
2015-05-16 : BİR KƏLMƏ...
2015-05-15 : ARXAYA BAXANDA...
2015-05-01 : ENDİRİMLƏR...
2015-04-11 : YAZ YAĞIŞI
2015-04-03 : BOLLUQ OLACAQ?
2015-03-20 : ELÇİLİK
2015-03-14 : DƏYİRMAN DAŞI
2015-03-05 : "BARI NAXÇIVAN"
2015-02-14 : FALA BAXIRAM
2015-01-24 : GÖZƏL ÖLÜM
2015-01-16 : QARA ÇÖRƏK
2015-01-15 : QARA ÇÖRƏK
2014-12-31 : SƏBRLİ OLSAN...
2014-12-20 : KİRVƏ
2014-12-13 : DİLİN BƏLASI
2014-12-06 : CƏHALƏT QUYUSU
2014-11-29 : LOTU
2014-09-27 : SƏBR ELƏ
2014-09-25 : BELƏ TOY OLAR?!
2014-09-20 : BÖYÜK GÜNAHLAR
2014-09-13 : KÜPƏ
2014-09-06 : BEŞ CANAVAR
2014-09-03 : SU QITLIĞI...
2014-08-16 : BÖYÜK DAYAQ
2014-08-12 : LAQEYDLİK
2014-08-09 : SOYUQ ADAMLAR...
2014-08-02 : TÖHMƏT
2014-07-19 : YALAN...
2014-06-07 : ÇƏTİN GÜN
2014-05-28 : EHSAN
2014-05-17 : ƏLDƏN QALAN...
2014-03-08 : Təmiz adam
2014-03-01 : Qarınotaranlar
2014-02-28 : Yağmurlu hava...
2014-02-22 : GÜN KEÇDİ...
2014-02-08 : TOY GECƏSİ...
2014-01-25 : TAMAH
2014-01-18 : XƏCALƏT TƏRİ
2014-01-11 : YAĞIŞ...
2013-12-28 : DÖNÜŞ
2013-11-23 : SƏDR ATI
2013-11-16 : YURD YERİ...
2013-11-02 : PAXIL
2013-09-07 : BAŞ REDAKTOR
2013-08-31 : CADUGƏR
2013-08-17 : KOBRA
2013-08-03 : POÇTALYON
2013-07-27 : AYRILIQ...
2013-07-20 : SÖZGƏZDİRƏN
2013-07-13 : SƏNGƏR
2013-07-06 : QUDURĞAN
2013-06-22 : DƏMİRÇİ
2013-06-15 : GOPÇU KİŞİ
2013-05-25 : QOHUMLUQ
2013-05-18 : HƏSRƏT YAĞIŞI
2013-05-11 : ƏRİK AĞACI
2013-05-04 : AYRILIQ
2013-04-27 : ELÇİLİK
2013-04-20 : İLDIRIM
2013-04-13 : GÜN İŞIĞI
2013-04-06 : DÖYÜŞ
2013-03-30 : EHSAN
2013-03-20 : YARMARKA OYUNU...
2013-03-16 : ÜRƏK DÖZSƏ...
2013-03-08 : KOR ARVAD
2013-03-02 : YALTAQ
2013-02-23 : ZƏHRİMAR
2013-02-16 : SÖNƏN OCAQ
2013-02-02 : DÜYÜN
2013-01-26 : VƏZİFƏ
2013-01-19 : MƏRDİMAZAR
2012-12-22 : QORXU
2012-12-15 : TƏNHA QOCA...
2012-12-08 : ÜZÜK
2012-11-27 : QAN DAVASI...
2012-11-27 : GÖZ DƏYİB...
2012-09-15 : GECƏYARISI QƏTL
2012-08-18 : GÖZ YAŞI...
2012-08-04 : DAŞ HASARLAR...
2012-06-15 : TOY...
2012-06-02 : DURULAN DÜNYA...
2012-05-12 : KÖÇ...
2012-04-28 : POÇT QUTUSU...
2012-04-07 : ÜNVANSIZ EŞQ
2012-03-03 : ZƏHƏR TULUĞU
2012-02-18 : POLKOVNİK...
2012-02-11 : YALANÇININ...
2011-12-31 : Bir ovuc torpaq
2011-12-24 : DÜZ SÖZ...
2011-12-17 : O DÜNYALIQ...
2011-12-10 : QUTUDA İLAN...
2011-12-03 : ARTIQ TAMAH...
2011-10-22 : DƏRİN QUYU...
2011-08-13 : PARTLAYIŞ...
2011-08-06 : OD İÇİNDƏ...
2011-07-23 : AĞ DÜNYA...
2011-05-07 : QARA EYNƏK...
2011-04-30 : HAQSIZLIQ
2011-04-23 : MÜBARİZƏ...
2011-04-16 : GÜNAH...
2011-02-12 : HARINLIQ...
2010-12-31 : ATƏŞFƏŞANLIQ
2010-11-06 : BAHALIQ
2010-08-28 : DƏLƏDUZLUQ...
2010-07-10 : BƏDNƏZƏR
2010-06-12 : ÇƏTİN GÜN
2010-03-13 : YOLUNU AZANLAR...
2010-02-27 : YASİN PULU
2010-02-20 : ÇİY SÜD
2010-02-13 : YANAR ÜRƏK...
2010-01-09 : YAD QIZI
2009-12-31 : DÜNYA QOPUR
2009-12-19 : UZUN GECƏ...
2009-11-07 : ADAM OL...
2009-10-24 : QURDUN PAYI...
2009-08-15 : DƏLİXANA
2009-06-06 : NADAN
2009-05-09 : BUZ BALTASI
2009-05-02 : PULSUZLUQ
2008-10-30 : ÇİY SÜD
SON XƏBƏRLƏR
2019-12-06


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (87.5%)
Pullsuz (12.5%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ
"- Orda danışdığın anektodu mənə də danışa bilərsən?"

"Lavrov: 

- Hansını? Mollanın Teymurla olan fil anektodunu?"



digər lətifələr
ARXİV
FACEBOOK