nulled forum hacklink satın al hacklink al Hack haber epin scripti warez forum warez script hacklink nulled scripts warez forum xenforo nulled Adalet.az | Nəcməddin Sadıkov general Tod Volterslə GÖRÜŞDÜ Adalet.az | Nəcməddin Sadıkov general Tod Volterslə GÖRÜŞDÜ Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / SİYASƏT

Nəcməddin Sadıkov general Tod Volterslə GÖRÜŞDÜ

14313    |   2019-07-10 17:58
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov ölkəmizdə işgüzar səfərdə olan NATO Müttəfiq Qüvvələrinin Avropadakı Ali komandanı general Tod Voltersin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, general-polkovnik N.Sadıkov qonağı salamlayaraq onu yeni vəzifəyə təyin edilməsi münasibətilə təbrik edib və uğurlar arzulayıb.

Azərbaycan ilə Şimali Atlantika Alyansı arasında 25 illik dayanıqlı əməkdaşlıqdan danışan Baş Qərargah rəisi bu əlaqələrin inkişaf etdiyini, Azərbaycan Ordusunun müxtəlif proqramlar çərçivəsində fəaliyyətini və ölkəmizin Əfqanıstandakı "Qətiyyətli Dəstək” Missiyasına verdiyi töhfəni qeyd edib.

Bölgədəki hərbi-siyasi vəziyyətə toxunan general-polkovnik N.Sadıkov NATO-nun ölkəmizin ərazi bütövlüyü və suverenliyinə dair mövqeyini yüksək qiymətləndirərək Alyansın bundan sonra da bu istiqamətdə səylərinin davam edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində general T.Volters Azərbaycanın Alyansın etibarlı tərəfdaşı olduğunu xüsusi qeyd edərək, ölkəmizin terrorizmlə mübarizədə iştirakını, sülhməramlı əməliyyatlar üçün yük daşımalarına önəmli töhfə verdiyini, Əfqanıstanda həyata keçirilən əməliyyatlarda göstərilən peşəkarlığı yüksək qiymətləndirib.

General T.Volters NATO-nun Azərbaycanın ərazi bütövlüyünü, müstəqilliyini və suverenliyini dəstəklədiyini bildirərək Alyansın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu diqqətə çatdırıb.

Qonaq səmimi qəbula və göstərilən qonaqpərvərliyə, həmçinin Bakıda Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşün keçirilməsi üçün yaradılan şəraitə görə Azərbaycan dövlətinin rəhbərliyinə minnətdarlığını bildirib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.




İmza:

Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb

MSK yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim etdi

İlham Əliyev ABŞ Dövlət katibinin müavininin müşavirini qəbul etdi - YENİLƏNİB

İlham Əliyev Ərdoğana zəng etdi

Xələf Xələfov: Xocalıda törədilən cinayətlər tam sübuta yetirilib

Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri başa çatıb

Miqrasiya Xidmətinin rəisi Avstriyanın federal polis attaşesi ilə görüşüb

Azərbaycan BMT İnsan Hüquqları Şurasının iclasında təmsil olunur

Azərbaycanda 87 seçki məntəqəsi buraxıldı

Daha iki seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayıldı

Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının VIII iclası keçirilib

Prezidentlər mətbuata birgə bəyanatla çıxış etdilər - VİDEO

SON XƏBƏRLƏR
2020-02-27
2020-02-26


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Dövlət xəstəxanaları pulludu, yoxsa pulsuz?

Pullu (90%)
Pullsuz (10%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

Əsgər qaça-qaça gəlir:

- Cənab kapitan, cənab kapitan, bizim taqım komandiri yenə içib…

Kapitan:

- Hardan bilirsən?

Əsgər:

- Necə yəni hardan bilirəm? Üzünü sabunlayıb güzgünü qırxır.





digər lətifələr
ARXİV
FACEBOOK