deneme bonusu viagra sipariş bahis siteleri viagra satış kacak bahis viagra fiyatları viagra fiyatı kaçak bahis mobil ödeme bahis time4bets kaçak bahis canlı bahis güvenilir bahis siteleri deneme bonusu bonusal deneme bonusu hacklink yobit.net Takipçi satın al İnstagram takipçi Twitter takipçi Takipçi satın al İnstagram takipçi Twitter takipçi Adalet.az | İrandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlanıb Adalet.az | İrandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlanıb Adalet.az | Ədalət -
ANA SƏHİFƏ / KRİMİNAL

İrandan gələn Azərbaycan vətəndaşında narkotik aşkarlanıb

4002    |   2019-07-10 14:59
Şriftin ölçüsü:
A+ Böyütmək
A+ Balacalaşdır

Cənub Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan əməliyyat məlumatı əsasında piyada yolla İran İslam Respublikasından gələn Azərbaycan Respublikası vətəndaşı Astara gömrük postunda saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, şəxsi yoxlama zamanı onun üzərindən, gömrük nəzarətindən gizlədilmiş 2 ədəd büküm və 1 ədəd bağlama aşkar edilib. Həmin bağlama və bükümlərə baxış zamanı 1 ədəd bükümdə 227 qram açıq qəhvəyi rəngli narkotik vasitə - heroin, 1 ədəd bükümdə 50 qram ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 1 ədəd bağlamada qəhvəyi rəngli, birxətli, üzərində "F/M40" nişanəsi olan 199 ədəd "metadon" adlı həb, olduğu məlum olub.

Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.




İmza:
SON XƏBƏRLƏR
2019-07-18


VİDEO



ƏDALƏT BU GÜN
Redaktor seçimi
FOTOREPORTAJ
GÜNÜN SİTATI
SORĞU
Yay tətilini harada keçirəcəksiniz?

Evdə (76.85%)
İşdə (23.15%)

ÇOX OXUNAN
GÜNÜN LƏTİFƏSİ

İki kişi restoranda oturublar. Yanlarında ofisiant keçir. Biri ona qışqırır:

- İki pivə xahiş edirəm!

İkincisi əlavə edir:

- Təmiz bakalda olsun xahiş edirəm!

Bir neçə dəqiqədən sonra ofisiant əlində iki bakal pivə gəlir və soruşur:

- Təmiz bakalda kim istəmişdi?





digər lətifələr
ARXİV
FACEBOOK